Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7529/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Kreditor ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Kreditor MMC-nin xeyrinə 465 manat borc məbləği, 47 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 532 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Borclu 03.08.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 465 manat məbləğində qalıq borcun və 47 manat cərimə borcunun alınaraq Kreditor MMC-yə ödənilməsi barədədir, tələbin əsasını cavabdehlə Vorld Telecomun müdiri X1 (VÖEN:**********) arasında 03.08.2020-ci il tarixində bağlanmış nisyə alqı-satqı müqaviləsi təşkil edir, həmin müqavilənin predmeti 18 ay müddətinə hissə hissə ödəmək şərti ilə “Samsung A415 64 DS (R) (İMEİ **********68224, **********68222) markalı əşyanın alıcıya verilməsindən, alıcının isə əşyanı qəbul edib əvəzində bu müqavilənin şərtlərini yerinə yetirməsindən ibarətdir. İş materiallarından alıcının həmin əşyaları müqavilə şərtlərinə uyğun olaraq təhvil alması görünmür. Həmçinin müqavilə borclunun ödənişi 18 ay müddətində hissə-hissə ödəməsi şərti ilə bağlansa da, tələbkar müqavilə müddəti bitmədən məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268, 276 və 279-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor MMC-nin “Borclu Kreditor MMC-nin xeyrinə 465 manat borc məbləği, 47 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 532 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasına” dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7529/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7529/2021
24.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver