Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7993/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı bir uşağa görə aylıq 220 manat sabit pul məbləğində, eyni zamanda əvvəlki dövr üçün 3 illik müddət həddində alimentin müəyyən edilməsi və cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddianın dəlillərin ondan ibarət olmuşdur ki, uşağın təhsil haqqı ayda 1800 manat təşkil edir. 14 il ərzində iddiaçı aliment istəməmişdir. O, işində layihələr dayandırılan zaman maddi yardım üçün müraciət etmiş cavabdehə, lakin hər-hansı köməklik etməmişdir. Uşağı sadəcə hər hansı bir məclisləri olan zaman iddiaçı uşağı göndərmiş, lakin maddi cəhətdən ona hər hansı bir yardım göstərilməmişdir. 3 illik alimentin istəməyinin səbəbi isə uşağın yeniyetmə dövrüdür, uşaq psixoloji travmalar yaşamasın deyə, uşağın məktəbini dəyişmək istəməmişdir. Lakin, onun işində layihə yekunlaşmışdır. Növbəti layihə isə növbəti ilin sentyabr ayında olacaq. Uşağın təhsil haqqını ödəmək üçün iddiaçı kredit almışdır. 3 il ərzində uşağın təhsilinə, əlavə kurslarına ödədiyi pullara dair sübutlar təqdim etmişdir. Bu müddət ərzində müraciət etdiyinə baxmayaraq o, qarşı tərəfdən hər hansı maddi yardım almamışdır. Bunlar uşağın babası ilə telefon yazışmasından görünür. Uşağın babası isə vergi borcunun olduğunu, imkanının olmadığını bildirmişdir. Lakin keçən il Xırdalanda 300-350 min manatlıq yeni ev almış, ora köçmüşdür. Həyətində 3 avtomobil var. Cavabdeh isə başqa qadının uşağını isə özəl məktəbdə oxudur, öz uşağına isə köməklik etmir. Uşaq atası ilə ünsiyyət qurmaq üçün əlaqə saxlamağa çalışmış, lakin atası uşağın telefon zənqlərinə cavab verməmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, övladı X2 bu vaxtadək lazımı qayğı ilə əhatə olunmuş, 4ay bundan əvvələdək hər həftə iddiaçı və atasının evində dərslərindən kənar vaxtlarda yaşamışdır. Xırdalan şəhəri 27-ci məhəllədə 14 saylı binanın 87 saylı 110000 manatlıq tam təmirli 2 otaqlı mənzil övladının adına rəsmi çıxarışlar onun tərəfindən hədiyyə edilmişdir. O, Qarabağ müharibəsi veteranı olaraq İ qrup əlildir və öhdəsində daha 3 övladı var. Buna baxmayaraq, onun və ailəsi tərəfindən övladı X1 ad günləri keçirilmiş, müxtəlif hədiyyələr, o cümlədən, maşın, velosiped, kompyuter, saat və sairə hədiyyələr edilmişdir. Bununla yanaşı oğluna 20000 manatlıq qızıl-zinət əşyaları hədiyyə etmişdir. İşin halları - X2 21 sentyabr 2009-cu il tarixində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Uşaq anası ilə birlikdə yaşayır. - X2 “X3” Təhsil Kompleksində təhsil alması ilə bağlı İddiaçı arasında 01 may 2023cü il tarixində müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən təhsil ili üçün təhsil haqqı məbləği 17950 manat təşkil edir. - İddiaçı tərəfindən 2023-cü ilin yanvar ayından oktyabr ayınadək "X3” Təhsil Kompleksinə 14360 manat məbləğində vəsait, 2022-ci ilin may ayı və sentyabr ayından dekabr ayınadək 8180 manat məbləğində vəsait ödənilmişdir. - İddiaçı təqdim etdiyi ödəniş cədvəlindən görünür ki, o, "xxxx" ASC-dən xx.xx.2023cü il tarixli razılaşmaya əssən 10000 manat məbləğində kredit götürmüşdür. - “Elektron məhkəmə” İnformasiya Sistemindən görünür ki, İddiaçı "xxxx" MMC-də maliyyə məsələləri üzrə direktor vəzifəsində işləyir, aylıq əmək haqqı məbləği 1600 manat təşkil edir, Cavabdeh adına ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı fəaliyyət istiqaməti üzrə dayandırılmış VOEN var, İ qrup əlilliyə görə 270 manat məbləğində pensiya alır. - Cavabdeh 16 yanvar 2004-cü il təvəllüdlü X4 adlı, 26 noyabr 2007-ci il təvəllüdlü X5 adlı, 11 iyul 2016-cı il təvəllüdlü X6 adlı uşaqları var. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, birgə uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Odur ki, tərəflərin birgə nikahından olan uşağın maddi cəhətdən təmin edilməsi hər iki valideynin vəzifəsi olaraq qəbul edilməli, iddiaçı və cavabdehin maddi vəziyyətinə dair mülki iş materiallarına olan sübutları nəzərə alınaraq, Cavabdeh 21 sentyabr 2009-cu təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 220 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalı və qətnamə dərhal icra edilməlidir. Məhkəmə iddiaya əvvəlki dövr üçün 3 illik müddət həddində alimentin müəyyən edilərək cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 100.3.-cü maddəsinin məzmunundan aydın olur ki, əvvəlki dövr üçün aliment o halda təyin edilə bilər ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünə baxmayaraq, aliment ödəməli olan şəxs onu verməkdən boyun qaçırmış olsun. Lakin iddiaçı hazırkı mülki iş üzrə bu bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddia qeyd edilən hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 46,4 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddia alimentin tutulması ilə bağlı olduğundan, iddiaçı isə aliment ödəməkdən azad edildiyinə görə məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 21 sentyabr 2009-cu X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 oktyabr 2023-cü il tarixindən hesablanmaqla Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 46,40 (qırx altı manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7993/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7993/2023
06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver