Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-80/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X8, X2, X9 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. ünvan 1 ünvanda yerləşən 1947 kvadrat metr torpaq sahəsində yerləşən, ümumi sahəsi 20.8 kvadrat metr olan fərdi yaşayış evi X12 mülkiyyətində olmuşdur. Abşeron rayon 2 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə-3-340 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi və evin yerləşdiyi 1947 kvadrat metr torpaq sahəsi X17 tərəfindən Cavabdeh satılmışdır. X13 1947 kvadrat metr torpaq sahəsi üzərində istifadə hüququ da, alqı-satqı müqaviləsi ilə iddiaçıya keçmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənəd hesab olunur. Göstərilən 1947 kv. metr torpaq sahəsinə dair X12 adına texniki pasport xx.xx.2001-ci ilədək tərtib edildiyindən, həmin torpaq sahəsi onun qanuni istifadəsində olmuşdur.
2. Abşeron rayon 2 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə-3-340 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 281 ünvanda yerləşən 1947 kvadrat metr torpaq sahəsində yerləşən tikili Cavabdeh mülkiyyətinə keçdiyi üçün, həmin tikilinin yerləşdiyi 1947 kvadrat metr torpaq sahəsi üzərində X12 istifadə hüququ da, AR MM-nin 243.2-ci maddəsinin tələbinə əsasən, Cavabdeh keçmişdir.
3. Həmin normanın tələbinə görə, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 281 ünvanda yerləşən 1947 kv. metr torpaq sahəsi Cavabdeh əvəzsiz mülkiyyətinə verilir.
4. Beləliklə, ünvan 2 ünvanda yerləşən 1947 kvadrat metr torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququnun olduğu işin mübahisəsiz halıdır. Fərdi yaşayış evinin yerləşdiyi 1947 kvadrat metr torpaq sahəsinin 4 sot (400 kv. metr) hissəsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli razılaşmaya əsasən 5200 ABŞ dolları müqabilində iddiaçıya satılmışdır. Abşeron rayon 2 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə1-14 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 105.9, köməkçi sahəsi 133.3 kv. metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 1947 kvadrat metr torpaq sahəsinin 459.8 kvadrat metr hissəsi Cavabdeh tərəfindən X1. xx.xx.2004-cü il tarixli müqavilədə Cavabdeh tərəfindən özgəninkiləşdirilmiş fərdi yaşayış evinin yerləşdiyi 1947 kvadrat metr torpaq sahəsinin Alim Şıxəliyevə satılmış 389 kv. metr hissəsindən kənarda qalan torpaq sahəsinin ölçüsü 1558 (1947 – 389 = 1558) kv. metr təşkil etmişdir. Həmin torpaq sahəsinin 400 kvadrat metr hissəsi yuxarıda qeyd olunduğu kimi iddiaçıya satılmış, qalan hissəsində X11 və X7 tərəfindən fərdi yaşayış evləri tikilmişdir.
5. Həmin 400 kv. metr torpaq sahəsi hal-hazırda da İddiaçı mübahisəsiz sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatındadır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********34 saylı məktubla bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh adına 2002-ci ilin iyul ayında tərtib olunmuş, inventar nömrəsi 444, qeyd nömrəsi 21333 olan texniki pasport mövcuddur, həmin sənədin surəti məhkəmənin sorğusu əsasında təqdim edilə bilər. Həmin idarənin xx.xx.2023-ci il tarixli **********57 saylı məktubu ilə bildirilmişdir ki, ünvan 4 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi (sənəd üzrə 1000 kv. m., faktiki 1947 kv. m.) Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 314 saylı sərəncamına əsasən, xx.xx.2002-ci il tarixdə X12 adına qeydə alınmışdır.
6. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli müqaviləyə əsasən, tərəflər, ünvan 4 ünvanda yerləşən 4 sot torpaq sahəsinin 5200 ABŞ dolları müqabilində iddiaçıya satılması barədə razılığa gəlmişlər. Göstərilən 4 sot torpaq sahəsi, xx.xx.2002-ci il tarixdən cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş və hazırda da iddiaçının sahibliyindədir.
İddiaçının tələbi:
7. ünvan 3B ünvanda yerləşən və İddiaçı sahibliyində olan 4 sot (400 kvadrat metr) torpaq sahəsinin, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
8. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında ekspert rəyinin mütəxəssis rəyi əsasında tərtib edildiyini, kordinatları göstərilən torpaq sahəsinin faktiki ölçüsünün 419.2 kv.m təşkil etdiyini, bunun isə onların tələblərində göstərilənlərə uyğun olduğunu bildirmişdir. O dörd evin yerləşdiyi torpaq sahəsinin daha əvvəl Cavabdeh məxsus olduğunu, bu faktın məhkəmə iclaslarında iştirak etmiş maraqlı şəxlər və cavabdeh tərəfindən də təsdiq edildiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil qeyd edilən torpaq sahəsi barədə məlumatların olmamasının həmin torpaq sahəsinin daha əvvəl Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə daxil olmasını istisna etmədiyini, məhkəmə tərəfindən əraziyə baxış keçirilən zaman da evin orada yerləşdiyi müəyyən olunduğunu, digər şəxslərin müvafiq evlərlə bağlı sənədlər əldə etdiyini, hazırda həmin evlərin həmin şəxslərin mübahisəsiz mülkiyyətində olduğunu bildirmişdir. O qeyd edilən torpaq sahəsinin müvafiq icra hakimiyyətinin balansına qaytarılmasına münasibətdə qeyd etmişdir ki, məhkəmə tərəfindən əraziyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin ərazi bütünlüklə yaşayış evlərindən ibarətdir və mübahisə predmeti təşkil edən yaşayış evi yaşayış massivinin ortasında yerləşir, həmin mübahisəli yaşayış evinə bitişik olan maraqlı şəxs qismində məhkəmə prosesinə cəlb edilmiş şəxslərin evlərinə çıxarış verilmişdir. O öz izahatında bildirmişdir ki, torpaq sahəsinin müvafiq icra hakimiyyətinin balansına qaytarılmasının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına qədər olan hüquqi rejimdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil mübahisəli torpaq sahəsinin cavabdehin adına tərtib edilmiş 1947 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini, mübahisəli torpaq sahəsi üzərində cavabdehin gözlənilən mülkiyyət hüququnun olduğunu, bu hüququ müəyyən ödəniş müqabilində iddiaçıya verdiyini, torpaq sahəsinin Bakı Şəhəri İcra Hakimiyyətinin istifadəsinə verilməsinin həmin torpaq sahələrinin vətəndaşların mülkiyyətinə keçməsini istisna etmədiyi bildirmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin (vəkili) dediklərini ilə razıdır. O 4 sot torpaq sahəsini satdığını qeyd etmiş, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.
11. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 qeyd etmişdir ki, cavabdeh ondan başqa 3 adama həmin torpaq sahəsini satıb. Bunlar iddiaçının qayınatası, Aydın və Mirsəlimdir. O qeyd edilən şəxslərdən sonra torpaq sahəsini almışdır. İllər öncə İcra Hakimiyətindən gələn şəxslər Abşeron Rayonun ləğv olunacağını və bundan sonra sonra sənədləşdirmə prosesinin çətin olacağını bildirmişdirlər. O və Aydın adlı qonşusu müvafiq sənədi almışdır, lakin iddiaçının qayınatası sənəd almamışdır. Onlar tələb olunan sənədləri Xırdalana gedərək oradakı quruma təqdim etmişlər, bir müddət sonra onlarla əlaqə saxlanılaraq gəlib çıxarışı götürə biləcəklərini bildirmişdirlər. Mirsəlim sonradan çıxarış almışdır. O həmin torpağın Elşənin halal torpağı olduğunu, çıxarış versələr yaxşı olacağını bildirmişdir. O iddiaçının nümayəndəsinin (vəkili) sualına cavab olaraq iddia tələbi ilə əlaqədar bir tələbinin və gözləntisinin olmadığını bildirmişdir.
12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, X2, X9 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin bu barədə mövqeyini də nəzərə alaraq, işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
13. xx.xx.1997-ci il tarixli əmr.
14. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə bağlanmış sadə yazılı müqavilə: Cavabdeh ona məxsus olan 8 sot torpaq sahəsinin 4 sotunu İddiaçı 5200 ABŞ dollarına vermişdir.
15. Abşeron rayonu 2 saylı Zeytun sovxozu rəhbərliyi tərəfindən X15 verilmiş xx.xx.2002-ci il tarixli, № 220 saylı arayışa əsasən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 314 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən 2 saylı Zeytun sovxozu ərazisində ona fərdi yaşayış evi inşa etmək üçün 0.06 ha torpaq sahəsi verilmişdir. X3 verilmiş torpaq sahəsində yaşayış evi inşa etmiş və hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Evin başı bağlı deyil, heç bir inzibati tədbiri və məhkəmə mübahisəsi yoxdur.
16. xx.xx.2002-ci il tarixli müqaviləyə əsasən X6 rayonu, 2№-li Zeytun sovxozu Zeytun küçəsində 1947 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 20.8 kv.m olan 1 otaqdan ibarət 281 saylı yaşayış evini Cavabdeh satmışdır.
17. Abşeron rayonu X4 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu Zeytun küçəsində 281 saylı yaşayış sahəsi 20.8 kv.m 1 (bir) otaqdan ibarət yaşayış evi Cavabdeh adına mülkiyyət hüququ əsasında Abşeron rayonu 2 saylı notariusda 03 iyul 2002-ci il tarixli 4-Ə-3-340 saylı alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır. 18.xx.xx.2004-cü il tarixli, № 217044 saylı müqavilə.
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh adına 2002-ci ilin iyul ayında tərtib olunmuş, inventar nömrəsi 444, qeyd nömrəsi 21333 olan texniki pasport mövcuddur.
21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli məktubuna əsasən ünvan 4 saylı fərdi yaşayış evi (20.8 kv.m) və evin yerləşdiyi torpaq sahəsi (sənəd üzrə 1000 kv.m, faktiki 1947 kv.m) Abşeron Rayon İcra Hakimiyyəti başçısının 314 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən, xx.xx.2002-ci il tarixdə X12 adına qeydə alınmışdır. X17 ilə bağlanmış Abşeron rayon 2 saylı DNK-nın 4Ə-3-340 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən (20.8 kv.m) fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi (müqaviləyə əsasən 1947 kv.m, texniki sənədlərdə 459.8 kv.m) xx.xx.2002-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh ilə bağlanmış Abşeron rayon 2 saylı DNK-nın 4Ə1-14 reyetr nömrəli xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsi, 389.2 kv.m torpaq sahəsində yerləşən (texniki sənəddə torpaq sahəsinin faktiki ölçüsü 459.8 kv.m göstərilmişdir) 281 saylı yaşayış sahəsi 105.9 kv.m, köməkçi sahəsi 133.3 kv.m olan 6 otaqdan ibarət fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu.
23. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/8708/2024 №-li rəyə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcı Misirxanov Müşviqin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 419.2 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətidir. Torpaq sahəsi keçmiş Zığ Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
25. İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı Əlavə Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi (xx.xx.2000-ci il tarixədək qüvvədə olan)
42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.
43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarı: Azərbaycan Respublikası MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ. K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2006-cı il tarixli Qərarı.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.
32. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
34. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. (§26) Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququ mövcuddur.
35. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən 1947 kvadrat metr torpaq sahəsində yerləşən, ümumi sahəsi 20.8 kvadrat metr olan fərdi yaşayış evi X12 mülkiyyətində olmuşdur. Abşeron rayon 2 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə-3-340 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 281 ünvanda yerləşən 1947 kvadrat metr torpaq sahəsində yerləşən tikili Cavabdeh mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Cavabdeh ilə bağlanmış Abşeron rayon 2 saylı DNK-nın 481-14 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsi, 389.2 kv.m torpaq sahəsində yerləşən (texniki sənəddə torpaq sahəsinin faktiki ölçüsü 459.8 kv.m göstərilmişdir) 281 saylı yaşayış sahəsi 105.9 kv.m, köməkçi sahəsi 133.3 kv.m olan 6 otaqdan ibarət fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. Eyni zamanda AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 3-16- 16/2-10/8708/2024 №-li rəyə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcı Misirxanov Müşviqin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 419.2 kv.m təşkil edir.
36. Məhkəmə araşdırması zamanı məlum olmuşdr ki, iddiaçı xx.xx.2002-ci ildə cavabdehə məxsus 4 sot torpağı 5200 ABŞ dollara almış, cavabdehə alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün dəfələrlə müraciət etsə də onun bundan yayınması, aldığı torpaqda ev tikdirib əsaslı təmir işləri aparmaqla 2002-ci ildən bu günə kimi orada ailə üzvləri ilə birlikdə yaşaması müəyyənləşdirilmişdir. Cavabdeh ilə İddiaçı arasındakı xx.xx.2002-ci il tarixli razılaşmaya əsasən fərdi yaşayış evinin yerləşdiyi 1947 kvadrat metr torpaq sahəsinin 4 sot (400 kv. metr) hissəsi, Cavabdeh tərəfindən İddiaçı satılmışdır. Qeyd edilən hallar məhkəmə iclasında iştirak edən Cavabdeh da təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi notarial formada tərtib edilməlidir, lakin tərəflər arasında bağlanmış xx.xx.2002-ci müqaviləsi tələb olunan formaya riayət edilmədən bağlanmışdır və iddiaçı tərəf cavabdehlə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmişdir.
37. Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir.
38. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. (§30)
39. Məhkəmə araşdırması zamanı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdeh tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması, və tərəflər arasında sadə yazılı formada bağlanmış əqdin özünün qanuna zidd olması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilməsi müəyyən edilmişdir.
40. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
41. Məhkəmə araşdırması zamanı (yerli baxış, ekpert rəyi) iddiaçının qeyd etdiyi torpaq sahəsi faktiki olaraq 419.2 kv.m təşkil edir və maraqlarına toxunulan şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi halları aşkar edilməmişdir.
42. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 3B ünvanda yerləşən və İddiaçı sahibliyində olan 4 sot (400 kvadrat metr) torpaq sahəsinin, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı satılmasına dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir.
Məhkəmə xərcləri:
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının rüsumun cavabdehdən tutulması ilə bağlı tələbi mövcud olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
44. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən məhkəmə xərclərinə və ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 100 manat məbləğində olmaqla, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
45. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. ünvan 3B ünvanda yerləşən və İddiaçı sahibliyində olan 4 sot (400 kvadrat metr) torpaq sahəsinin, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı satılmasına dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin.
3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova