Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8034/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X21 qızının katibliyi İddiaçı nümayədəsi və vəkili Vəkil Cavabdeh İB-nin nümayəndəsi X19 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçının faciəvi şəkildə vəfat edən 11 yaş kiçik bacısı X9 və öz övladı kimi böyüdüb, sevdiyi bacısının övladları - X6 və X3 ölümləri onu çox sarsıtmışdır. Cavabdehin məsul vəzifədə çalışan işçilərinin qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətlərinə görə baş verən hadisə nəticəsində ona mənəvi zərər dəymişdir.
2. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” X12 rayon qaz istismarı sahəsinin 6 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi vəzifəsində işləyən X23 tərəfindən zamanında texniki baxış, nəzarət və yoxlanışların aparılmasının həyata keçirilmədiyindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X15, X31 arxa tərəfində İçəri şəhər adlanan məhəllədə, X14 məxsus fərdi yaşayış evində qaz sızması baş vermiş, nəticədə həmin ünvanda yaşamış iddiaçının bacısı X16 və bacısının övladları - X11 və X10 09 yanvar 2015-ci tarixdə dəm qazından kəskin zəhərlənərək ölmüşlər.
3. Bundan başqa hadisə baş vermiş ünvana vaxtında texniki baxış və təlimatlanma aparılmasının həyata keçirilmədiyini aradan qaldırmaq məqsədi ilə Natiq Manafovun göstərişi ilə Tərlan Orucov, rəsmi sənədlər hesab edilən daxili qaz avadanlığına texniki baxış və profilaktiki xidmət işlərinin həyata keçirilməsi haqqında akta, yaşayış evlərində, ictimai binalarda və digər obyektlərdə qaz avadanlıqlarına texniki baxış və profilaktiki xidmət işlərinin keçirilməsinin qeydiyyatı və təlimat jurnalına, qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə 146 nömrəli müqaviləyə hadisədən əvvəlki yəni xx.xx.2014-cü il tarixi qoymuş, hadisə baş vermiş evin sahibinin əvəzinə qonşuluqda yaşayan X4 imza etdirməklə vəzifə saxtakarlığı etmişlər və Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(003)-241/2015 nömrəli hökmünə əsasən, X23 600 manat cərimə və 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, X17 500 manat cərimə və 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına, X5 2 il sınaq müddəti ilə şərti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
4. Lakin, bu faciəvi itki nəticəsində dəymiş mənəvi zərərlə bağlı cavabdeh və ya işçiləri tərəfindən iddiaçıya bu hər hansı ödəniş edilməmişdir.
İddiaçının tələbi:
5. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 90.000 manat, hüquqi yardıma görə ödənilən 300 manat, dövlət rüsumu olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş 360 manat, etibarnamə verilməsi üçün ödənilmiş 17 manat 25 qəpik olmaqla, ümumilikdə 90.677 (doxsan min altı yüz yetmiş yeddi) manat 25 qəpik məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
6. Cavabdehin nümayəndəsi X26 xx.xx.2026-cı il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, dövlət mənəvi dərəcə etibarilə ən üstün ölüm sayılan Vətənin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak edərək şəhidlər birinci sırada dayanır və bunun üçün dövlətin ayırdığı sosial yardım 11 000 (on bir min) manat məbləğində müəyyənləşdirilmişdir. Buna görə də İddiaçı bacısı və bacısının iki övladının itirilməsi faktına görə çəkmiş olduğu mənəvi iztirabların 90000 manat həcmində dəyərləndirməsi Vətən uğrunda könüllü olaraq canından keçmiş şəhidlərin ailələri üçün Dövlət tərəfindən ayrılmış məvacibdən olduqca çox olduğunu bildirərək, Azərbaycan Respublikası MPMnin 284-5.2-ci müvafiq olaraq və MPM-nin 154-cü maddəsini rəhbər tutaraq, İddiaçı Cavabdeh İB-yə qarşı iddiasına etiraz etmiş və iddianın təmin edilməməsi, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
7. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayədəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək qeyd etmişdir ki, iddiaçının faciəvi şəkildə vəfat edən 11 yaş kiçik bacısı X9 və öz övladı kimi böyüdüb, sevdiyi bacısının övladları - X6 və X3 ölümləri onu çox sarsıtmışdır, cavabdehin etirazı tamamilə əsassızdır, çünki şəhid ailələrinə 11 000 manat məbləğində bir dəfəlik edilən ödəniş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna əsasən edilən ödənişdir və iki situasiya müqayisə predmeti deyildir. Son olaraq iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etmişdir.
8. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X28 öz izahatında bildirmişdir ki, iddiaçının öz tələbində qeyd etdiyi məbləğin şişirdilmiş məbləğdir və iddianın təmin edilməməsi, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(003)-241/2015 nömrəli hökmünə əsasən, X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2. maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3. maddəsinə əsasən qəti olaraq 600 manat cərimə və 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2. maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3. maddəsinə əsasən qəti olaraq 500 manat cərimə və 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2.maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti ilə şərti olaraq 3 ilmüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
10. Qanuni qüvvəyə minmiş hökmün icrası barədə göstərişə əsasən, Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin X23 haqqında 09 oktyabr 2015-ci il tarixli 1(003)-241 №-li hökmün surətini icra edilməsi üçün Suraxanı rayon icra şöbəsinə göndərilmışdir. 09 oktyabr 2015-ci il tarixli 1(003)-241 №-li hökm 30 oktyabr 2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
11. Digər sənədlər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Konstitusiyası:
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
15. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı.
16. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.
17. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il Qərarı.
18. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı
Məhkəmənin mövqeyi:
19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.
20. Belə ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçisinin iddiaçının oğlunun ölümündə təqsirli olubolmaması, habelə cavabdehin öz işçiləri X23, X17, X1 hərəkətlərinə görə məsuliyyət daşıyıbdaşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün müəyyən şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması.
21. Mülki iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(003)- 241/2015 nömrəli hökmünə əsasən, X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2. maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3. maddəsinə əsasən qəti olaraq 600 manat cərimə və 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2. maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3. maddəsinə əsasən qəti olaraq 500 manat cərimə və 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2.maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti ilə şərti olaraq 3 ilmüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər və hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. (§9) Hökmə əsasən, zərərçəkmiş şəxslərin hüquqi varisi qismində X20 tanınmış, mərhum X16 onun həyat yoldaşı, X10 və X11 onun övladları olmuşdur. Hökmün mətnində qeyd edilmişdir ki, X23, X17, X5 vəzifəli şəxslər olmaqla işlərinə laqeyd münasibətləri və xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədikləri, səhlənkarlıq etmələrii nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olmuşdur.
22. Məhkəmə araşdırması zamanı mərhum X9 iddiaçı X27 bacısı, mərhum X10 və X6 isə bacısı uşaqları olduğu müəyyən edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının bacısının və bacısı uşaqlarını ölümünə cavabdehin işçilərinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir.
23. Mülki hüquq pozuntusu törətmiş X23, X17, X1 hərəkətinə görə cavabdehin məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə MM-in 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur (§13). X23, X17, X1 Cavabdeh İB-nin əməkdaşları olmaları işin mübahisəsiz halıdır. O ki qaldı deliktin X23, X17, X1 əmək vəzifələrinin icrası zamanı törtmələrinə, bu hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş və X23, X17, X2 qarşı ittiham onların əmək funksiyalarının pozulmasına görə verilmişdir. MM-in 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir (§13).
24. Beləliklə, məhkəmə MPM-in 82.4-cü maddəsinə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olduğundan və qeyd edilən hökmə əsasən, cavabdehin işçisinin təqsirli olması və cinayət hadisəsi ilə birbaşa əlaqəsi öz təsdiqini tapdığından cavabdeh X8 iddiaçı qarşısında öhdəlik daşıması preyudisial əhəmiyyətli faktdır. Cavabdehin işçisi X23, X17, X1 törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır.
25. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. (§16)
26. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçilərinin təqsirindən iddiaçının bacısı və bacısı övladları ölmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. (§16)
27. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. (§18)
28. Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdehin işçilərinin təqsirli hərəkətləri ilə iddiaçının yaxın şəxslərinin ölməsi nəticəsində iddiaçının ağrı-acı keçirməsi, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.
29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.
30. İddiaçı mənəvi zərərə görə 90.000 (doxsan min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İşin hallarından da məlum olur ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən bacısı və bacsısı uşaqlarını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.
31. Lakin təqsirkar şəxsilərin bu əməlləri hansısa qəsdə dayanmamış, səhlənkarlıq və ehtiyatsızlıq səbəbindən baş vermişdir və bu hal özünü həmin şəxslərlə bağlı aparılan cinayət işinin gedişatında da tapmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı məbləğin miqdarı müəyyən edilərkən qeyd edilən hallar mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq qiymətləndirilməlidir.
34. Məhkəmə bədbəxt hadisənin xx.xx.2015-ci il tarixində baş verməsini və üzərindən uzunmüddət keçməsini, iddiaçının mərhumlarla birgə yaşamamasını, mənəvi bağlılığın çox sıx olması hallarının məhkəmə araşdırması zamanı aşkarlanmamasını, eyni zamanda yuxarıda qeyd edilən halları və cavabdehin mənafeləri baxımından onun üzərinə həddindən artıq böyük məbləğdə öhdəliyin qoyulmasını ədalətli mövqe hesab etmir.
35. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri oğlunun ölümünə görə tələb edir. İddiaçı baş vermiş hadisədən sonra psixoloji gərginlik, əzab, ruhi sarsıntı və iztirablar keçirmiş, bütün bu olanlar iddiaçıya sarsıdıcı təsir göstərmişdir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının bacısı və bacısı uşaqlarının ölümünü, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 90.000 (doxsan min) manat deyil, 6000 (altı min) manat pulun tutulmasını mütənasib hesab edir.
36. Beləliklə, məhkəmə obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlara dayanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və Cavabdehndən 6000 (altı min) manat məbləğində pul vəsaiti iddiaçı X7 xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş təmin edilmiş iddia həcminə mütənasib olaraq 80 (səksən) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də aiddir. İddia tələbi qismən təmin edildiyinə görə də məhkəmə hesab edir ki, vəkilə hüquqi yardım göstərdiyi üçün ödənilmiş 300 manat və etibarnamə verilməsi üçün ödənilmiş 17,25 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh işçiləri tərəfindən vurulmuş mənəvi ziyanın əvəzi olaraq 6000 (altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin.
3. İddia ərizəsini verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçıya ödənilsin.
4. Cavabdehndən göstərilmiş hüquqi yardımın əvəzi olaraq 300 manat və etibarnamə verilməsi üçün ödənilmiş 17,25 manat olmaqla, ümumilikdə 317,25 (üç yüz on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin.
5. İddia qalan hissədə təmin edilməsin.
6. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova