Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8266/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının” ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının” ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən mediasiya sazişinə əsasən mübahisəsiz ödənilməli olan 7427 manat əsas borc məbləğinin, gecikməyə görə hesablanmış 1% olmaqla 11 877 manat cərimənin, mediasiya xərci kimi ödənilmiş 260 manat məbləğin və iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğ olmaqla, ümumilikdə 21564 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, həmçinin cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna qanunla nəzərdə tutulmuş məcburi ödənişlərin tam şəkildə həyata keçirilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləainin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı, Cavabdeh MMC və mediator X1 arasında mediasiya prosesi nəticəsində bağlanmış 25 iyul 2025-ci il tarixli, MŞB/20/2025-00606 nömrəli barışıq sazişindən görünür ki, tərəf 2 (Cavabdeh MMC) tərəf 1 (İddiaçı) ilə bağladığı əmək müqaviləsinə xitam verərkən tərəf 1 (İddiaçı) ödənilməmiş son haqq-hesabının 7427 manat məbləği olduğunu qəbul edir. Tərəf 2 (Cavabdeh MMC) ümumilikdə 7427 manat olan məbləği 2 ay ərzində tam şəkildə (son ödəniş tarixi 25 sentyabr 2025-ci il) İddiaçı oğunun təqdim etdiyi bank kartına ödəməyi öz öhdəsinə götürür. Tərəf 1 (İddiaçı) Tərəf 2 (Cavabdeh MMC) ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Əmək Müfəttişliyinə etdiyi şikayəti geri götürəcəyini qəbul edir. Həmin barışıq sazişinin 8-ci bəndindən görünür ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Tələbkar İddiaçı borclu Cavabdeh MMC-yə qarşı “əmək haqqının” ödənilməsi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbin əsasalı olmasını təsdiq edən sənədlər nəzərə alınmaqla 7427 manat ödənilməmiş son haqq-hesabın və 260 manat ödənilmiş mediasiya xərcinin borclu Cavabdeh MMC-dən tutularaq tələbkara ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7652/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qərardadına əsasən Tələbkar İddiaçı borclu Cavabdeh MMC-yə qarşı “əmək haqqının” ödənilməsi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilmiş, İddiaçı xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, hesab edirəm ki, tərəflər arasında əmək haqqının ödənilməsi ilə bağlı barışıq sazişi olduğundan, qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı yenidən xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 267-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının” ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin.. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova İş № e-2(011)-8266/2025 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi Mən, Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2, iddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının” ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:30-da başlandı Prosessual hərəkət saat 14:40-da başa çatdı. Protokol 31 oktyabr 2025-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-8266/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8266/2025
31.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver