Məhkəmə qərarları › İş №e-2(011)-828/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-828/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-828/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı MMC-nin cavabdeh X1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh2 1200 manat, Cavabdeh1 160 manat, Cavabdeh3 64 manat məbləğində pul vəsaiti və ödənilmiş 34.24 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı MMC ilə lizinq alan Cavabdeh2 arasında bağlanmış 29 iyul 2020-ci il tarixli MAS-2755 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə lizinq alan tərəfindən əməl edilmədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 20 dekabr 2023-cü il tarixli 2(011)-1936/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 3353.82 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücülər Azərbaycan Respublikası DİN BDYPİ və BNA tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh2 EQ9299094 saylı protokola görə 16 manat; EQ10690236 saylı protokola görə 16 manat; EQ10690229 saylı protokola görə 16 manat; EQ10690232 saylı protokola görə 80 manat; EQ10690242 saylı protokola görə 80 manat; EQ10690234 saylı protokola görə 80 manat; EQ10690230 saylı protokola görə 240 manat; EQ10690235 saylı protokola görə 64 manat; EQ10690228 saylı protokola görə 64 manat; EQ10690237 saylı protokola görə 32 manat; BNA1314700 saylı protokola görə 32 manat; BNA1624074 saylı protokola görə 32 manat; BNA1314702 saylı protokola görə 32 manat; BNA1314704 saylı protokola görə 32 manat; BNA1528235 saylı protokola görə 32 manat; BNA1314698 saylı protokola görə 32 manat; BNA1314699 saylı protokola görə 32 manat; BNA1936179 saylı protokola görə 32 manat; BNA1314703 saylı protokola görə 32 manat; BNA1528234 saylı protokola görə 32 manat; BNA1314701 saylı protokola görə 32 manat; BNA2309628 saylı protokola görə 32 manat; BNA2195968 saylı protokola görə 32 manat; BNA1814381 saylı protokola görə 32 manat; BNA1314697 saylı protokola görə 32 manat; BNA2195968 saylı protokola görə 32 manat cərimələnmişdir. Cavabdeh1 EQ10217704 saylı protokola görə 96 manat; BNA2309618 saylı protokola görə 32 manat; BNA2309616 saylı protokola görə 32 manat cərimələnmişdir. Cavabdeh3 BNA1943736 saylı protokola görə 32 manat; BNA1956480 saylı protokola görə 32 manat cərimələnmişdir.. Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 1424 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X3 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Cavabdehin iddiaya dair münasibəti: Cavabdeh iddiaya dair yazılı qaydada hər hansı münasibət bildirməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iclasında iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: İddiaçı MMC ilə lizinq alan Cavabdeh2 arasında bağlanmış 29 iyul 2020-ci il tarixli MAS-2755 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Avtomobil xx.xx.2022-ci il tarixində cəmiyyətin duracağına yerləşdirilmişdir. Avtomobil Cavabdeh2 istifadəsində olduğu müddətdə onun və digər cavabdehlər barəsində yol hərəkəti qaydalarının pozulması barədə barəsində 26 dəfə - EQ9299094 saylı protokola görə 16 manat; EQ10690236 saylı protokola görə 16 manat; EQ10690229 saylı protokola görə 16 manat; EQ10690232 saylı protokola görə 80 manat; EQ10690242 saylı protokola görə 80 manat; EQ10690234 saylı protokola görə 80 manat; EQ10690230 saylı protokola görə 240 manat; EQ10690235 saylı protokola görə 64 manat; EQ10690228 saylı protokola görə 64 manat; EQ10690237 saylı protokola görə 32 manat; BNA1314700 saylı protokola görə 32 manat; BNA1624074 saylı protokola görə 32 manat; BNA1314702 saylı protokola görə 32 manat; BNA1314704 saylı protokola görə 32 manat; BNA1528235 saylı protokola görə 32 manat; BNA1314698 saylı protokola görə 32 manat; BNA1314699 saylı protokola görə 32 manat; BNA1936179 saylı protokola görə 32 manat; BNA1314703 saylı protokola görə 32 manat; BNA1528234 saylı protokola görə 32 manat; BNA1314701 saylı protokola görə 32 manat; BNA2309628 saylı protokola görə 32 manat; BNA2195968 saylı protokola görə 32 manat; BNA1814381 saylı protokola görə 32 manat; BNA1314697 saylı protokola görə 32 manat; BNA2195968 saylı protokola görə 32 manat cərimə edilməsinə dair inzibati qərar çıxarılmışdır. Avtomobil Cavabdeh2 istifadəsində olduğu müddətdə Cavabdeh1 barəsində 3 dəfə - EQ10217704 saylı protokola görə 96 manat; BNA2309618 saylı protokola görə 32 manat; BNA2309616 saylı protokola görə 32 manat cərimə edilməsinə dair inzibati qərar çıxarılmışdır. Avtomobil Cavabdeh2 istifadəsində olduğu müddətdə Cavabdeh3 2 dəfə - BNA1943736 saylı protokola görə 32 manat; BNA1956480 saylı protokola görə 32 manat cərimə edilməsinə dair inzibati qərar çıxarılmışdır. Yuxarıda qeyd edilən cərimələr iddiaçı tərəfindən ödənilmişdir. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən olunur ki, avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdehlər cərimə edilmişdir. Həmin cərimələr və onlara hesablanmış dəbbə pulu isə iddiaçı tərəfindən ödənilmiş və buna görə iddiaçı maddi zərər çəkmişdir. Odur ki, iddaçının iddiası əsaslıdır, onun tərəfindən ödənilmiş cərimə və dəbbə pulu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İnzibati xəta haqqında protokollara görə ödənilmiş 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. İnzibati xəta haqqında protokollara görə ödənilmiş 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilsin. İnzibati xəta haqqında protokollara görə ödənilmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,24 (otuz dörd manat iyirmi dörd qəpik) məbləğin pul vəsaiti müştərək qaydada Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar