Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8506/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun bütün qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikahından 1 (bir) oğlan övladı – xx.xx.2023-cü il təvəllüdlü X8 anadan olmuşdur. Atalığın müəyyən edilməsi 4 saylı Bakı “Asan Xidmət” X2 qeydiyyata alınmışdır. Belə ki, xx.xx.2023-cü il təvəllüdlü X8 ilə bağlı atalığın müəyyən edilməsi faktı 4 saylı Bakı “Asan Xidmət” X2 atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində, 424№ ilə qeyd edilmişdir. 4 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ № 488650 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə digər zəruri sənədlərlə birlikdə iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh ilə İddiaçı bir ailə kimi bir müddət birlikdə yaşamışlar. Cavabdehlə iddiaçının rəsmi nikahı olmasa da uzun müddət birlikdə bir yerdə yaşayaraq normal ailə münasibətlərini davam etdirmişlər. Lakin sonradan cavabdehin hərəkətləri səbəbindən iddiaçı ilə cavabdehin qeyri-rəsmi ailə münasibətləri pozulmuş və həmin müddətdən sonra iddiaçı cavabdehlə qeyri-rəsmi nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X8 ilə birlikdə tək yaşamağa məcbur olmuşdur. Həmin vaxtdan etibarən Cavabdeh azyaşlı övladının (Hacızadə Calalın) maddi vəziyyəti ilə maraqlanmamış, uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi köməklik göstərməmişdir. Cavabdeh də İddiaçı kimi bir valideyn olaraq azyaşlı – xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılmasında iştirak etməli, belə ki, azyaşlı uşağın gündəlik tələbat, zəruri xərclərinin, habelə təhsil, müalicə və digər zəruri xərclərində iştirak etməli, bir sözlə uşağın yetkinlik yaşınadək saxlanılması üçün aliment ödəməlidir. İddiaçı himayəsində olan azyaşlı X8 ilə birlikdə artıq uzun müddətdir ki, tək yaşayırlar. Yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X8 İddiaçı himayəsində (iddiaçının yanında) qalır və həmin azyaşlı uşağın saxlanılması ilə bağlı bütün zəruri xərc və məsrəflər məhz İddiaçı tərəfindən təkbaşına qarşılanır, Cavabdeh isə yetkinlik yaşına çatmayan – azyaşlı X1 üçün iddiaçıya aliment ödəmir. Hal-hazırda yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X5 iddiaçı tərəfindən saxlanılması məsrəfləri, uşağın gündəlik dolanacaq və digər zəruri xərcləri kifayət qədərdir. Demək olar ki, azyaşlı uşaq Hacızadə Calalın saxlanılması üçün bütün zəruri məsrəflər, xərclər yalnız uşağın anası - İddiaçı tərəfindən təkbaşına qarşılanır. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh bir valideyn olaraq yetkinlik yaşına çatmayan azyaşlı övladını saxlamağa borclu olduğunu ya unudub və ya ailə qanunvericiliyi ilə müəyyən edilmiş bu məsuliyyətini hələ də dərk etməyib. X7 hal-hazırda bütün qayğılarını, ehtiyaclarını, maddi məsrəflərini və dolanacaq xərclərini, eləcə də digər zəruri xərclərini demək olar ki, tamamilə iddiaçı təkbaşına olaraq özü qarşılamağa çalışır. Belə olan halda himayəsində olan azyaşlı Hacızadə Calalı təkbaşına saxlamaq, onu təkbaşına böyütmək, uşağın maddi tələbat və zəruri ehtiyaclarını təkbaşına qarşılamaq iddiaçıya olduqca çətindir. Buna görə də, İddiaçı azyaşlı – xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh qarşı “alimentin tutulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı qeyrirəsmi nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X8 ilə iddiaçının hər həftənin şənbə və bazar günləri saat 14:00-dan bazar günü saat 19:00-dək, hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 18:00-dan saat 20:00-dək, uşağın doğum günündə, yəni hər ilin 10 oktyabrında saat 14:00-dan saat 19:00-dək, iddiaçının doğum günündə, yəni hər ilin 14 aprelində saat 14:00-dan saat 19:00-dək, qanunvericiliklə müəyyən edilmiş bayram günü hesab edilən “Yeni İl”də (bayramın 2-ci günü saat 14:00-dan saat 19:00dək, “Novruz” bayramında (bayramın 2-ci və 3-cü günləri saat 14:00-dan saat 19:00dək), “Qurban” bayramında (bayramın 2-ci günü saat 14:00-dan saat 19:00-dək), “Ramazan” bayramında (bayramın 2-ci günü saat 14:00-dan saat 19:00-dək) ünsiyyət vaxtının verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8506/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbi barədə qarşılıqlı iddia tələblərinə ayrıayrı icraatlarda baxılması; İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə mülki işin baxılması hazırki iş üzrə davam etdirilməsi; İddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbi barədə mülki işin (İş № 2(5-94)-183/2026) baxış iclasının 26 yanvar 2026-cı il tarixə saat 17:30-a təyin edilməsi qərara alınmışdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz etmişdir. O bildirmişdir ki, cavabdeh birinci rəsmi nikahından olan uşaqlarına mediasiya qaydasında təsdiq edilmiş barışıq sazişi üzrə aliment ödəyir. Bu sazişlə ödənilən aliment nəzərə alınmalıdır və cavabdehdən gəlirinin ¼ hissəsində alimentin tutulması barədə iddia təmin edilməməlidir. Cavabdeh hazırda ikinci rəsmi nikahındadır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində onunla cavabdehin bir ailə kimi yaşamasını göstərsə də, iddiaçı ilə cavabdeh heç vaxt bir ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Lakin, cavabdeh iddiaçının və uşağın qayğısına daimi qalmış, hər ay müntəzəm olaraq maliyyə vəsaiti köçürmüş, həmin vəsaitdən əlavə də xərclər çəkmişdir. Cavabdeh isə rəsmi nikahda olan arvadı və uşaqları ilə birlikdə yaşamışdır. İlk əvvəl cavabdeh iddiaçıya müntəzəm qaydada ona ayda 3.000 (üç min) manat pul köçürürdü və ya nağd formada verirdi. Sonradan, cavabdehin maliyyə vəziyyətinə dəyişikliklər olduğuna görə, cavabdeh iddiaçıya bank kartına köçürmə yolu ilə və ya nağd qaydada ayda 1.000 (bir min) manat məbləğində vəsait ödəyirdi. 2025-ci ilin iyul ayından isə iddiaçı cavabdehin uşaqla ünsiyyətində maneələr yaratmağa başlayıb. Halbuki, cavabdeh həmin ayda, hətta avqust ayında da iddiaçıya vəsait köçürmüşdü. Buna baxmayaraq, iddiaçı cavabdehin telefonlarını bloklamış və bank kartını da dəyişmişdi. Çünki, cavabdeh onun bank kartına köçürmə etmək istəsə də, bu əməliyyatı həyata keçirə bilməmişdir. Onu da qeyd etmək lazımdır ki, cavabdeh uşağın ad günü münasibətilə ona iri oyuncaq almış və iddiaçının ünvanına gətirmişdir. Buna baxmayaraq, onu və hədiyyəni qəbul edən olmamışdır. Bu səbəbdən cavabdeh oyuncağı qapıda qoyaraq getmişdir. Oyuncaq isə sonradan götürülmüşdür. Göründüyü kimi, cavabdeh iddia ərizəsində qeyd olunduğu kimi uşağı diqqətsiz qoymamış və qoymaq niyyəti də olmamışdır. İddiaçı aliment olaraq cavabdehin bütün gəlirlərinin 25%-i məbləğində aliment tələb etmişdir. Belə ki, cavabdeh rəsmi nikahda olmuş və bu nikahda onun 2 uşağı olmuşdur. Cavabdehin birinci rəsmi arvadı nikahın pozulması ilə bağlı mediasiya sessiyasının başlanması məqsədi ilə 15 saylı Mediasiya Təşkilatına müraciət etmiş və həmin Təşkilatda mübahisənin məhkəmədənkənar həll olunması məqsədilə 13 dekabr 2024-cü il tarixli MŞB/MT0152024-0405/02 nömrəli barışıq sazişi (bundan sonra “Barışıq sazişi”) tərtib edilmişdir. Həmin Barışıq sazişinin 2-ci bəndinin 6cı yarımbəndində əsasən də müəyyən edilmişdir ki, cavabdeh hər birinə 1.500 (bir min beş yüz) manat olmaqla bu uşaqlara hər ay 3.000 (üç min) manat məbləğində aliment ödəməlidir. Cavabdehin hal-hazırda əmək müqaviləsi ilə işlədiyi iki iş yeri var və onun həmin iş yerlərində aldığı ümumi əmək haqqı 8.000 (səkkiz min) manat təşkil edir. Əgər cavabdehdən Barışıq sazişi üzrə tutulan vəsaitdən əlavə gəlirlərin 25%-i də tutularsa, bu halda artıq mütənasiblik və cavabdehin hüquqları pozulmuş hesab olunmalıdır. Bütün yuxarıda qeyd olunan hallar, sübutlar və faktlar nəzərə alınaraq o, e-2(011)- 8506/2025 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh qarşı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1) 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2) 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3) 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.7-ci maddəsinə görə alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan” Xidmət X4 tərəfindən xx.xx.2025-ci il tarixində qeydə alınmış atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X5 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Bakı 15 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. “Azemis” Elektron Məhkəmə-İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh “X16 Consulting” MMC-də (əmək haqqı: 3.412,57 manat) direktor vəzifəsində və "xxxx" ASC-də (əmək haqqı: 5.570 manat) bölmə rəhbəri vəzifəsində işləyir. İş materiallarında olan Bakı 15 saylı X3 tərəf X6 ilə İkinci tərəf Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər nikahın davam etdirilməsinə razı olmadılar və nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldıracaqlar. Tərəflər nikahın pozulmasından irəli gələn məsələlərə dair ailə mübahisəsinə aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll edirlər. Nikah pozulduqdan sonra, birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X9 (bundan sonra “Uşaqlar” adlandırılacaq) yetkinlik yaşına çatana kimi Birinci Tərəfin yanında (himayəsində) saxlanılacaq və İkinci tərəf buna etiraz etmir. Tərəflər razılaşır ki, İkinci Tərəf qabaqcadan məlumat verməklə, Uşaqları heç bir məhdudiyyət olmadan ziyarət edə və ünsiyyət saxlaya bilər. Tərəflər öhdələrinə götürürlər ki, uşaqların Azərbaycan Respublikasının xaricinə çıxarmağa icazə verən müvafiq razılığın rəsmiləşdirilməsini ağlabatan ən qısa zamanda qarşılıqlı təmin edirlər. İkinci Tərəf öhdəsinə götürür ki, Uşaqların bütün təhsil xərclərini qarşılayacaq və uşaqların saxlanılması və burada əks olunmayan bütün digər xərclərinin qarşılanması üçün, uşaqların yetkinlik yaşına çatana kimi, hər ayın ilk həftəsi ərzində, aylıq 3.000 (üç min manat) AZN (bütün vergilər və icbari ödənişlər xaric) aliment məbləğini uşaqların bank hesabına ödəməyi öhdəsinə götürür. (qeyd: uşaqların bank hesabına bağlanılmış bank kartları uşaqlarda saxlanılır). Tərəflər birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsünü aşağıdakı kimi həyata keçirməyi razılaşırlar: a) Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən (bağışlanma əsasında) Birinci Tərəfin adına rəsmiləşdirilmiş 136,10 m2 ümumi sahəli mənzil – Birinci Tərəf; b) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-2 bağ massivi, ev 237 F (yeni qaydada: AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X15 küçəsi, giriş 3) ünvanda yerləşən Birinci Tərəfin adına rəsmiləşdirilmiş 125 m2 ümumi sahəli bağ sahəsi – Birinci Tərəf; c) 77NZ707 dövlət qeydiyyatlı Toyota RAV4 markalı avtomaşın – Birinci Tərəf; d) 99HA014 dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomaşın – İkinci Tərəf; Tərəflər 7-ci bəndində qeyd edilmiş əmlaklara münasibətdə razılaşdırılmış paylar üzrə bir-birlərinə qarşı heç bir tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsi, ev 10, mənzil 37 (digər adda: ünvan 3 ünvanda yerləşən İkinci Tərəfin adına rəsmiləşdirilmiş mənzil və ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış “X16 Consulting” MMC-nin nizamnamə kapitalındakı paylar barədə Tərəflər arasında qarşılıqlı razılıq yoxdur və bununla bağlı məhkəmədə ayrıca iddia qaldırılacaq. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehin etirazlarına hüquqi qiymət verərək bildirir ki, cavabdeh könüllü qaydada mediasiya sazişi bağlayaraq özünün əvvəlki nikahından dünyaya gəlmiş uşaqlarının maddi rifahını təmin edərkən özünün iradə ifadəsinə uyğun seçim sərbəstliyinə malikdir. Lakin cavabdehin digər övladlarının təminatı ilə bağlı mediasiya sazişində tərəf olması və bununla bağlı üzərinə könüllü şəkildə maddi öhdəliklər götürməsi hazırki iddianın təmin edilməməsi üçün əsas deyil. Bundan başqa, məhkəmə xx.xx.2023-cü il təvəllüdlü X8 üçün tutulan alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddianın verildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, 126,43 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, alimentin tutulması barədə qətnamə dərhal icra edilməlidir. Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbləri təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh onun qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 126,43 (bir yüz iyirmi altı manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-8506/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8506/2025
07.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver