Məhkəmə qərarları › İş №e-2(011)-8540/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8540/2025

20.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8540/2025 20.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə “mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçının xeyrinə 50.000 (əlli min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat, ümumilikdə 50.125 (əlli min yüz iyirmi beş ) manat pulun və ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X13 yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 28 may 2020-ci il tarixdə saat 11:10-da Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə “Əhmədli” metro stansiyasının üzərindən üzü “Ukrayna” dairəsinə doğru yol vərəqəsi ilə idarə etdiyi “Daewoo BS-090” avtobus markalı **-UN-*** dövlət nömrə nişanlı avtobusu yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, təxminən 30-40 km/saat sürətlə idarə edərkən ünvan 1 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməmiş, sağ səkidən sol tərəf səkiyə yolu perpendikulyar olaraq keçmək istəyən, asta yerişlə 4 metr yol qət etmiş piyada xx.xx.1963-cü ildə Tərtər şəhərində anadan olmuş, Tərtər şəhəri, Nizami küçəsi, ev 40, mənzil 42-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 39A-da yaşayan X6 idarə etdiyi avtobusun ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona “baş beynin və beyin kötüyünün əzilməsi, baş beynin sərt qişasında cırılmalar və ocaqlı qansızmalar, baş beyin maddəsinə, yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar; başın sol təpə-ənsə, sağ təpə–ənsə– gicgah nahiyələrində hematomalar və dərialtı qansızmalar ilə qeyd olunan təpə–ənsə– gicgah sümüklərinin kəllə əsasına keçən əsasən iri və xırda qəlpəli sınıqları, hər iki göz almasının ağlı qişasında qansızmaları” kimi, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan, ölümü ilə nəticələnən bədən xəsarətləri yetirməklə, yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində həyatını itirmiş X9 İddiaçı atasıdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin1(011)-28/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 50.000 (əlli min) manat mənəvi ziyan dəymişdir. Hadisə nəticəsində həyatını itirmiş X9 İddiaçı atasıdır. İddiaçı mərhum atasının faciəvi şəkildə ölümündən sonra hələ də özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. X6 faciəvi şəkildə ölümü həyatının sonuna qədər iddiaçının qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. X6 ölüm səbəbi Cavabdeh əməkdaşının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Ona görə də bu ziyan Cavabdeh tərəfindən ödənməlidir. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi mərhum hal-hazırda həyatda olardı və iddiaçı mənəvi istirab çəkməyəcəkdi. İddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 (bir yüz iyirmi beş) manat pul ödəmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, əməkdaşları hadisəni qəsdən törətməmiş və hadisə ehtiyatsızlıqdan olmuşdur. İşdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X7 təqsirləndirilən şəxs X13 ilə barışmış, ona dəymiş ziyanın ödənilməsinə dair ərizə vermişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş 5.000 (beş min) manat məbləğində ziyan təqsirləndirilən şəxs X13 tərəfindən ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi, X6 hüquqi varisi X2 dəymiş zərər təqsirləndirilən şəxs X13 tərəfindən ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 1(011)-28/2021 saylı hökmünün surətindən görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, X10 cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X13 yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 28 may 2020-ci il tarixdə saat 11:10-da Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə «Əhmədli» metro stansıyasının üzərindən üzü “Ukrayna” dairəsinə doğru yol vərəqəsi ilə idarə etdiyi “DAEWOO BS-090” avtobus markalı 90-UN521 dövlət nömrə nişanlı avtobusu yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, təxminən 30-40 km/saat sürətlə idarə edərkən ünvan 2 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməmiş, sağ səkidən sol tərəf səkiyə yolu perpendikulyar olaraq keçmək istəyən, asta yerişlə 4 metr yol qət etmiş piyada xx.xx.1963-cü ildə Tər-tər şəhərində anadan olmuş, Tər-tər şəhəri Nizami küçəsi ev 40 mənzil 42-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu 8-ci Əhmədli küçəsi ev 39A-da yaşayan X8 idarə etdiyi avtobusun ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona “baş beynin və beyin kötüyünün əzilməsi, baş beynin sərt qişasında cırılmalar və ocaqlı qansızmalar, baş beyin maddəsinə, yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar; başın sol təpə-ənsə, sağ təpə–ənsə– gicgah nahiyələrində hematomalar və dərialtı qansızmalar ilə qeyd olunan təpə–ənsə– gicgah sümüklərinin kəllə əsasına keçən əsasən iri və xırda qəlpəli sınıqları, hər iki göz almasının ağlı qişasında qansızmaları” kimi, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığı ağır zərərvurmaya aid olan, ölümü ilə nəticələnən bədən xəsarətləri yetirməklə, yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, şahid X6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 1998- ci ildən «Şidli.A.İ» şirkətini təsis etmiş və həmin şirkətin direktorudur. X12 həmin MMC ilə müqavilə əsasında işləyir. Belə ki, 44 saylı xətt marşurutu Elxana məxsusdur. Həm də Elxana məxsus olan avtobuslar onunla müqavilə əsasında işləyir. «Daewoo BS-090» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtobus X3 adına qeydiyyata alınsa da faktiki olaraq Elxan Qarayevə məxsusdur. Həmin avtobus 44 saylı xətt marşrutunda fəaliyyət göstərir. X13 08 dekabr 2014-cü il tarixdən hazırki vaxta kimi «Şidli.A.İ» şirkətində sürücü işləyir. Elxan Bağırov şirkətə işə qəbul olunan zaman əmək müqaviləsi bağlanılmışdır. Elxan Bağırovun sərnişin avtobusu idarə etməsi üçün «BCD» kateqoriyalı, «AD» seriyalı, 007494 nömrəli sürücülük vəsiqəsi vardır. 28 may 2020-ci il tarixdə eşitmişdir ki, həmin gün, saat 11 radələrində ünvan 1 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında yol nəqliyyat hadisəsinin baş vermişdir. Belə ki, 28 may 2020-ci il tarixdə saat 11:10 radələrində X4 Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə «Əhmədli» metro stansiyasının üzərindən üzü “Ukrayna” dairəsinə doğru idarə etdiyi «DAEWOO BS-090» markalı, 90- UN-521 dövlət nömrə nişanlı avtobusla ünvan 2 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında sağ səkidən sol tərəf səkiyə yolu perpendikulyar olaraq keçmək istəyən, xx.xx.1963-cü ildə Tər-tər şəhərində anadan olmuş, Tər-tər şəhəri, Nizami küçəsi, ev 40, mənzil 42-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 39A-da yaşayan X8 vuraraq sonuncunun ölümü ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin tarixdən əvvəl Elxan Bağırov şirkətdə işlədiyi müddət ərzində hərhansı bir yol-nəqliyyat hadisəsi törətməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə onun hər-hansı bir şəxsdən şikayət və tələbi olmadığını göstərmişdir. Ona heç bir maddi ziyan dəyməmişdir. X4 bir neçə ildir ki, onun işçisi olmaqla 44 saylı xətt marşrutunda Elxana məxsus olan avtobusları idarə etmişdir. Elxan Bağırovdan heç bir zaman şikayət daxil olmamış, yaxşı sürücüdür, yaxşı xarakterizə olunan işçidir. Kollektiv içərisində müsbət xarakterizə olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 saylı, xx.xx.2025-ci il tarixli qərarının 4.36-cı bəndinə görə əmək münasibətlərinin həyata keçirilməsi zamanı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi əsasları və qaydası mülki qanunvericiliyin müvafiq tələblərinə uyğun tənzimlənir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə onun işəgötürəni məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Bu maddənin məzmunu baxımından işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən elə fiziki şəxs başa düşülür ki, o, işəgötürənin tapşırığı və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürən dedikdə isə əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulur. İşçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın olmasıdır. Həmin Qərarın 2-ci maddəsində qeyd olunub ki, yaşamaq, sağlamlıq və bədən toxunulmazlığı hüququ insanın doğulduğu andan malik olduğu mütləq hüquqlardır – şəxsiyyət hüquqlarıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 82.4-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh işçisi X13 28 may 2020-ci il tarixdə saat 11:10-da avtobus idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur və nəticədə ehtiyatsızlıqdan iddiaçının atasını - X8 vurmuşdur. F.Qurbanov həyatını itirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 1(011)- 28/2021 saylı hökmü ilə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçının oğlu İddiaçı atasının ölümündə təqsirli olan E.Bağırovun işlədiyi şirkətdən onun işçisinin törətdiyi deliktlə bağlı mülki məsuliyyətə cəlb olunmasını, sonuncudan mənəvi ziyana görə 50.000 manat pul məbləğinin tutulmasını xahiş edir. İş materiallarına qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hadisə 28 may 2020-ci il tarixdə Cavabdeh işçisi X10 müqavilə üzrə vəzifələrinin icrası zamanı baş vermişdir. Bununla da hadisə günü Cavabdehndə sürücü işləyən X10 Cavabdeh nəzarəti altında, həmin şirkətin işlərinin görülməsi məqsədilə və sonuncunun iqtisadi maraqları naminə avtobusu idarə etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işçisinin törətdiyi deliktə görə mülki məsuliyyəti cavabdeh təşkilat daşıdığından, iddia əsaslı hesab edilərək, qismən təmin edilməlidir. Cavabdehin işçisinin vurduğu zərərə görə məsuliyyəti müəyyən edən hallarla bağlı məhkəmə həmçinin qeyd edir ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması işin mübahisəsiz hallarıdır. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş X10 hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilən şərtlər ödənildiyindən, yəni zərər vurmuş şəxs X13 cavabdeh təşkilatın işçisi olduğundan, və cavabdehin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında işlədiyindən, iddia qismən təmin edilərək cavabdeh təşkilatdan iddiaçının xeyrinə 10.000 manat mənəvi ziyan məbləği tutulmalıdır. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvünün ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə əsaslar var. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının atasının ölməsini, lakin iddiaçının bu hadisə ilə bağlı mənəvi zərər tələbi ilə hadisədən 5 il sonra məhkəməyə müraciət etməsini nəzərə alaraq, mənəvi zərərə görə tutulmalı olan pul məbləğinin 10.000 manat müəyyənləşdirilməsini ağlabatan hesab edir. Məhkəmə iddia ərizəsinin hüquqi yardım üçün tələb edilən məbləğə də qiymət verərək, hesab edir ki, hüquqi yardıma görə çəkilmiş xərcin məbləği olan 125 manat xərc cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən və tələb qismən təmin edildiyindən, iddia tələbi ödənilmiş dövlət rüsumunun 120 manat hissəsinin cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 10.000 (on min) manat pul məbləği Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımla bağlı çəkilmiş xərclərə görə 125 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi olmaqla, cəmi 245 (iki yüz qırx beş) manat məhkəmə xərci Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar