Məhkəmə qərarları › İş №e-2(011)-855/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-855/2024

12.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-855/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehna qarşı “aliment miqdarının 50 faizinin bank hesabına köçürülməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehna qarşı – 23 oktyabr 2019-cu il təvəllüdlüHüseynova Miray Sənan qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Hüseynov Sənan Natiq oğlundan hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulan alimentin 50 (əlli) faizinin Hüseynova Miray Sənan qızının adına olan bank hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(005)- 609/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehna qarşı “nikahın pozulması" tələbinə dair ilk, Cavabdehnın İddiaçı qarşı “uşağın himayəsi və aliment” tələbinə dair qarşılıqlı iddiaları təmin edilərək, Hüseynova (Cəfərova) Edilya Nizami qızı ilə İddiaçı arasında xx.xx.2018-ci ildə 685 saylı akt qeydi ilə 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X2 anası Cavabdehnın yanında qalması və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancın (başqa gəlirlərin) dörddə bir (1/4) hissəsi miqdarında aliment tutularaq Cavabdehna verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli Qərardadına əsasən: Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır. Alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyən şəxsin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələbinə baxıldıqda, aliment yenidən tutulmur və ya onun məbləği müəyyən edilmir, yalnız alimentin bir hissəsinin hansı qaydada ödəniləcəyi müəyyən olunur. Buna görə də, bu müraciətə iddia icraatı qaydasında deyil, MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılmaqla, müvafiq qərardad qəbul edilməlidir. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan şəkildə icra qaydasının müəyyən edilməsi, habelə onun ləğvi və dəyişdirilməsi ilə bağlı müraciətlərə yuxarıda göstərilən qaydada baxılması prosessual qənaət prinsipi baxımından da əlverişli olmaqla, alimentin ödənilməsi ilə bağlı məsələlərin daha çevik və qısa müddətlərdə həllinə imkan vermiş olacaqdır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1- ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1 -ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, alimentin ödənilməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılmalı olduğundan, MPM-in 261.0.1 -ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehna qarşı “aliment miqdarının 50 faizinin bank hesabına köçürülməsi” barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar