Məhkəmə qərarları › İş №e-2(011)-86/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-86/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-86/2025 26.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh1 qarşı cavabdeh X7 dəymiş maddi zərər qismində 653 430 manat məbləğində pul vəsaitinin, həmin məbləğə illik 5 % -lə hesablanmış 65.343 manat məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 1013,87 manat məbləğində pul vəsaitinin, dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin, ilkin X11 tətbiqi üçün dövlət rüsumu qismində ödənilmiş 94,34 manat məbləğində pul vəsaitinin, iddia ərizəsi təqdim edilən zaman X11 tətbiqi üçün dövlət rüsumu qismində ödənilmiş 102 manat məbləğində pul vəsaitinin, ümumilikdə 724.989,21 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndələri və vəkilləri iddianı dəqiqləşdirilməsi ərizısi ilə müraciə edərək cavabdeh X7 dəymiş maddi zərər qismində 703 430 manat məbləğində pul vəsaitinin, həmin məbləğə illik 5%-lə hesablanmış 65.343 manat məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 1013,87 manat məbləğində pul vəsaitinin, dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin, İlkin X11 tətbiqi üçün dövlət rüsumu qismində ödənilmiş 94,34 manat məbləğində pul vəsaitinin, iddia ərizəsi təqdim edilən zaman X11 tətbiqi üçün dövlət rüsumu qismində ödənilmiş 102 manat məbləğində pul vəsaitinin, ümumilikdə 774.989,21 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının nümayəndələri və vəkilləri iddianı dəqiqləşdirilməsi ərizısi ilə müraciət edərək cavabdeh X7 dəymiş maddi zərər qismində 895 535 manat məbləğində pul vəsaitinin, həmin məbləğə illik 5%-lə hesablanmış 179.107 manat məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 1013,87 manat məbləğində pul vəsaitinin, dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin, İlkin X11 tətbiqi üçün dövlət rüsumu qismində ödənilmiş 94,34 manat məbləğində pul vəsaitinin, iddia ərizəsi təqdim edilən zaman X11 tətbiqi üçün dövlət rüsumu qismində ödənilmiş 102 manat məbləğində pul vəsaitinin, ümumilikdə 1.080.852,21 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının nümayəndələri və vəkilləri iddianı dəqiqləşdirilməsi ərizısi ilə müraciət edərək cavabdehlər X7 və Cavabdeh2 müştərək qaydada maddi zərər qismində 895 535 manat məbləğində pul vəsaitinin, həmin məbləğə illik 5%-lə hesablanmış 179.107 manat məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 1013,87 manat məbləğində pul vəsaitinin, dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin, ilkin X11 tətbiqi üçün dövlət rüsumu qismində ödənilmiş 94,34 manat məbləğində pul vəsaitinin, iddia ərizəsi təqdim edilən zaman X11 tətbiqi üçün dövlət rüsumu qismində ödənilmiş 102 manat məbləğində pul vəsaitinin, ümumilikdə 1.080.852,21 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı mərhum həyat yoldaşı X35 uzun illər dostluq münasibətində olduğu X2 və Cavabdeh1 xahişi ilə "xxxx" MMC-ni Cavabdeh1 adına təsis edilməsinə köməklik göstərmiş və Xətai rayonu Ayaz İsmayılov küçəsi 35 C ünvanında yerləşən mənzili alaraq onu həmin şirkət üçün ofis kimi təmir etdirməklə 130.390 manat pul xərcləmişdir. Daha sonra isə həmin şəxslərin xahişi ilə mərhum həyat yoldaşı 2018-2021-ci illər ərzində Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük sovxozunda (yeni ünvanı ünvan 2 həmin torpaqda müasir dövrün tələblərinə uyğun qaraj və iki mərtəbəli ev tikdirmiş, hovuz inşa etdirmiş, evin qapılarını, mətbəxt, yataq və sair mebel dəstlərini hazırlatdıraraq mənzildə quraşdırıb otaqlara düzdürmüş, evin santexnika işlərini gördürmüş, həyətyanı sahəyə hasar çəkdirilməklə darvaza qoydurmuş və sair işlər görməklə qeyd olunan tikinti işlərinin aparılmasına 523.040 manat pul xərcləmişdir. Lakin A. Tağıyev COVİD-19 xəstəliyinə tutularaq 18 sentyabr 2021-ci il tarixdə qəfil ölümü ilə bağlı çəkdiyi xərcləri həmin şəxslərdən almağa imkan tapmamışdır. X4 və Cavabdeh1 əməllərində dələduzluq cinayətinin tərkibi olması ehtimal edilərək onların barəsində iddiaçı tərəfindən hüquq mühafizə orqanlarına şikayət verilmişdir. Şikayətə əsasən toplanmış material üzrə Xəzər rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Xəzər RPİ-nin istintaq şöbəsində aparılmış istintaq zamanı şahid X24 ifadəsində göstərmişdir ki, COVİD-19 xəstəliyinə tutulmuş Azər Tağıyev xx.xx.2021-ci il tarixdə ölüm ayağında olduğu zaman onun və bağban X12 yanında İddiaçı demişdir ki, uzun illər dostluq münasibətində olduğu Allahverdiyev Tofiqdə və onun qızı Ayanda 400.000 manatdan yuxarı pulu vardır, həmin pulu onlardan almağı vəsiyyət etmişdir. X29 da eyni məzmunlu ifadə verərək X17 ölüm ayağında Allahverdiyev Tofiqdə və onun qızı Ayanda 400.000 manatdan yuxarı pulunun olmasını və həmin pulu onlardan almağı vəsiyyət etdiyini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 2018-ci ildə X17 onunla görüşərək Buzovna qəsəbəsi N. Musayev küçəsində yüz on min manata torpaq aldığını bidirib həmin torpaqda iki mərtəbəli yaşayış evi, müasir standartlara cavab verən qaraj, hovuz, və sair tikililər inşa etdirmək istədiyini bildirib ondan həmin tikililərin smeta dəyərini və planının hazırlamasını xahiş etmişdir. Smetanı və sxemi hazırlayandan sonra Azər Tağıyevin tapşırığı ilə həmin ünvanda öz briqadası ilə iki mərtəbəli yaşayış evi, müasir tələblərə cavab verən qaraj və hovuz inşa etmişdir. Alınana materialları Azər Tağıyev özü seçmiş və materialların pulunu eləcə də fəhlələrin pulunu Azər özü şəxsən ödəmişdir. X28 tərəfindən onlara 230.000-245.000 manat pul ödənilmişdir. O, həmin yerdə inşa işləri aparan zaman Tofiq Allahverdiyevi və Cavabdeh1 tanımamışdır. Cavabdeh1 ifadəsində göstərmişdir ki, atasının dostu olan X17 təklifi ilə ünvan 3 ünvanda yerləşən torpaq sahəsini 2018-ci ildə tanımadığı şəxsdən almışdır. Həmin torpaq sahəsində inşası nəzərdə tutulan iki mərtəbəli evin, qarajın və hovuzun tikintisini Azər Tağıyevə etibar etmişlər. Azər Tağıyev tikintini apardıqca anasının adına olan Kapital banka məxsus plastik kart vasitəsilə və atası tərəfindən nağd şəkildə Azər Tağıyevə pul ödəmişlər. Verilmiş sualları cavab olaraq Cavabdeh1 bildirmişdir ki, tikintini aparan şirkət barədə məlumatı yoxdur, Azər Tağıyevlə aralarında tikintinin aparılması ilə bağlı şifahi razılaşma olmuşdur. Həmin şifahi razılaşmaya əsasən bütün işlərin görülməsi və materialların alınması Azər Tağıyev tərəfindən həyata keçirilməli, onlar isə öz növbələrində Azər Tağıyevə ödənişlər etməli olmuşlar. X46 inşa və sair işlərə görə ümumilikdə nə qədər pul xərclənməsi barədə verilmiş suala Cavabdeh1 tikintinin başa çatmasından təxminən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq cavab verə bilməmişdir. İstintaq dövründə vəfat etmiş mərhum X1 verdiyi ifadəsində qızı Cavabdeh1 göstərdiklərini bir daha təsdiq etmişdir. İddiaçı ifadəsində göstərmişdir ki, 18 sentyabr 2021-ci il tarixdə həyat yoldaşı X35 COVİD-19 xəstəliyindən vəfat etmişdir. O, ölümündən əvvəl ona aşağıdakıları bildirmişdir. “Allahverdiyev Tofiqdə və qızı Ayanda 400.000 manatdan yuxarı pulum var. Həmin pulu onlardan alarsınız. Onlar üçün Buzovna kəndində Maştağa yolunun üstündə Badamlıq deyilən yerdə, bağ evi tikdirmişəm. Bağ evinin tikilməsi üçün bütün xərcləri özüm ödəmişəm. Söz vermişdilər ki, ev hazır olandan sonra çəkdiyim xərci ödəyəcəklər. Lakin evin tikintisinə görə mənə hələki pul ödəməyiblər. Bundan başqa Ayan xanımın şirkətində və şirkətin qarajında əmanətilərim var onları da oradan götürərsiniz.” Həyat yoldaşının vəziyyəti get-gedə pisləşmiş, buna görə ondan daha heç nə soruşa bilməmişdir. Az müddət sonra həyat yoldaşı dünyasını dəyişmişdir. İddiaçı ifadəsində daha sonra göstərmişdir ki, əri öləndən sonra bu məsələni sülh yolu ilə həll etmək məqsədilə Allahverdiyevlər yaşayan evə getmişdir. Lakin onlar onun təklifinə razılaşmayıb bildirmişlər ki, qeyd olunan evin əriniz tərəfindən və onun puluna tikilməsini nə vaxt sübut edərsiniz onda sizinlə söhbət edərik. Şahid1 da ifadəsində göstərmidir ki, Bakı şəhəri H. Əliyev prospektində yerləşən “Eleqant İnşaat” hamam aksessuarları, boru və santexnika məmulatlarının satışı ilə məşğul olan mağazasının daimi müştərisi kimi Azər Tağıyevi tanıyır və sonuncu vəfat edənə qədər daima ondan özü şəxsən və Dima adlı işçisinin vasitəsilə müxtəlif çeşidli mallar almış və pulunu özü ödəmişdir. Çox vaxt onun aldığı və yaxud sifariş verdiyi malları aparıb Buzovna qəsəbəsindəki Albalılıq deyilən yerdə (M. Nağıyev küçəsi 218 A) tikdirdiyi bağ evinə çatdırmışdır. Hətta belə bəzi əşyaların həmin bağ evində quraşdırılmasını da Azər Tağıyev üçün özü etmişdir. Allahverdiyev Tofiq və Cavabdeh1 adlı şəxsləri tanımır. X30 da X19 2021-ci ildə X3 və qızının xahişi ilə onlar üçün Buzovna qəsəbəsi M. Nağıyev küçəsində ev tikməsi və ölümünə qədər həmin pulu onlardan almaması faktını təsdiq etmişdir. X13 ifadəsində göstərmişdir ki, X35 ona Buzovna qəsəbəsi M. Nağıyev küçəsi 218 A saylı ünvanda yerləşən fərdi yaşayış evinin mebelini, qapılarını və sair işləri gördürmüşdür. O, Azərlə uşaqlıq dostu olduğuna görə ondan gördüyü işlərin maya dəyəri olan 18 000 manat pul almşdır. Şahid2Nikolayeviç ifadəsində göstərmişdir ki, X25 20 ildir ki, tanıyır. X41 evində və başqa yerlərdə santexnika işlərini o görmüşdür. Bakı şəhəri, Xətai rayonu Ayaz İsmayılov küçəsində olan yeni tikilinin birinci mərtəbəsində yerləşən Azər Tağıyevə məxsus olduğunu bildiyi ofisdə santexnika işlərini Azər Tağıyevin göstərişinə əsasən görmüşdür. Daha sonra isə Buzovna qəsəbəsi M. Nağıyev küçəsi 218 A saylı fərdi yaşayış evinin də santexnika işlərini Azər Tağıyevin tapşırığına əsasən yerinə yetirmişdir və gördüyü bütün işlərin və aldığı materialların pulunu ona Azər Tağıyev vermişdir. Şahid3 ifadəsində göstərmişdir ki, Buzovna qəsəbəsi M. Nağıyev küçəsində və həmin ətrafda tikilən evlərə , bağlara gözətçilik və bağbanlıq edir. Təxminən 2018-cu ildə Azər Tağıyev ona yaxınlaşaraq aldığı torpaq sahəsinə qulluq etməyi və onun mühafizəsi ilə məşğul olmağı tapşırmış və bunun müqabilində hər ay ona 100 manat əmək haqqı ödəmişdir. Pulu şəxsən Azər Tağıyev özü ödəmişdir. Bir müddət sonra Azər Tağıyev orada iki mərtəbəli evin tikintisinə başlamışdır. Tikinti aparılanda da həmin bağ evinə daima o nəzarət etmişdir. Azər Tağıyev özü də tez-tez bağa gələrək tikintiyə nəzarət etmiş və tikinti materialları alıb gətirmişdir. Evin tikintisi zamanı da o həmin yerə nəzarət etmişdir. Azər Tağıyev vəfat edəndən sonra onun əmək haqqını oraya köçüb yaşayan Ayan adlı qız ödəməyə başlamışdır. Kompleks məhkəmə tikinti və mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 10/3952 saylı rəyidə qeyd olunmuşdur ki, Buzovna qəsəbəsi M. Nağıyev küçəsi 218 A ünvanında yerləşən 0,11 ha torpaq üzərində inşa edilmiş iki mərtəbəli bağ evinin ( torpaq sahəsi nəzərə alınmaqla) hazırkı orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 523 040 manat məbləğində müəyyən edilir. ünvan 4 ünvanında yerləşən mənzilin (ofis) hazırkı orta bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 130 090 manat məbləğində müəyyən edilir. Aparılan araşdırma nəticəsində Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik -Südçülük sovxozu (yeni ünvanı ünvan 6paq sahəsinin alınması və onun üzərində inşa edilmiş iki mərtəbəli evin, qarajın, hovuzun, hasarın, evin təmirinə, qapı və mebellərinin, santexnika işlərinin görülməsinə xərclənmiş 523 040 manat pulun, həmçinin ünvan 7 ünvanda yerləşən "xxxx" MMC-nin inzibati binasının alınması və orada görülmüş təmir işlərinin aparılması üçün xərçlənmiş 130 390 manat, ümumilikdə 653 430 manat pulun X35 tərəfindən xərclənməsi və həmin məbləğin ona qaytarılmaması tamşəkildə təsdiqini tapmışdır. Cavabdehlərin etirazları: Cavabdeh1 məhkəməyə yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddiası əsassızdır və həmin iddia təmin edilə bilməz. Belə ki, o 2007-2011-ci illərdə mühəndis vəzifəsində işlədiyi "xxxx" MMC-də Azər Tağıyev müdür müavini vəzifəsində işləmişdir. Həmin MMC-yə o işə qəbul olduqda bilməmişdir ki, Azər Tağıyev atası Tofiq Allahverdiyevi yaxından tanımış, hətta atası vəkil işlədiyi vaxtda mərhum Azər Tağıyevə saqlığında hüquqi yardımlar etmişdir. 2011-ci ildə o "xxxx" MMC-də işdən çıxdıqdan sonra özü "xxxx" MMC təşkil etmiş və hal-hazıradək həmin MMC-də direktor vəzifəsində işləyir. "xxxx" MMC-ni o özü və öz adına təsis etmişdir. "xxxx" MMC-nin özünün ofisi yoxdur və heç vaxt olmamışdır, əvvəllər onlar başqa ünvanda fəaliyyət göstərirdilər. 2016-cı ildən halhazıradək icarə müqavilələrinə əsasən MMC ünvan 8 ünvanda fəaliyyət göstərir. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş Çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətindədir və 2016-cı ildən bü günə qədər icarə müqavilələri əsasında MMC həmin ünvanda fəaliyyətini davam etdirir. (Çıxarış və icarə müqavilələri əlavə olunur). "xxxx" MMC fəaliyyət göstərildiyi mənzilin təmiri onun öz vasaiti hesabına edilmiş və mərhum Azər Tağıyev bu işlərə pulunu xərcləməmişdir. 2018-ci ildə Azər Tagiyev atası Allahverdiyevlə Tofiq ilə əlaqə saxlayaraq ünvan 9 ünvanında yerləşən 868,0 kv.m. torpaq sahəsinin satılması haqqında bildirmişdir. Atası bu haqda ona dedikdə və həmin vaxt o bağ evinin tikdirmək istəyini nəzərə alaraq atası, o və Azər Tağıyev birlikdə gedib torpaq sahəsinə baxıb bəyəndikdən sonra o torpaq sahəsini almaq qərarına gəlmişdir, torpaq sahibi ilə alqı-satqı barədə və qiymətlə razılaşmışdır. Bundan sonra onlar torpaq sahibi ilə notarius kontoruna gedib, o rəsmi olaraq torpağın dəyəri olan 60.000 manat pulu bank vasitəsi ilə satıcıya ödəyib, həmin torpaq sahəsini öz adına alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Sonra həmin torpaq sahəsinə onun Mülkiyyət Hüquqlarına dair Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq Seriya RX, № 1247648, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Həmin torpaq sahəsini aldıqdan sonra elə həmin ildə bağ evinin tikdirmək qərarına gəlmişlər və binanın və qurğuların eskiz layihəsi hazırlanmışdır. Evin tikintisinə icazə verilməsinə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun o Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə müraciət etmiş və İcra Hakimiyyətinin xx.xx.2018-ci ildə onun adına ünvanladığı məktubla qeyd olunan evin tikintisinə ona icazə verilmişdir. Bundan sonra atası Tofiq Allahverdiyev və onun dostu və inandığı şəxs olmuş Azər Tağıyev belə razılığa gəlmişdilər ki, evin tikintisi ilə bağlı hər dəfə görüləcək işlərin həcminə uyğun lazım olunan pul vəsaitlərini hissə-hissə nağd şəkilində onlar tərəfdən Azər Tağıyevə veriləcək və beləliklə, öncə onlar tərəfdən Azər Tağıyevə verilən həmin pul vəsaiti hesabına sonuncu tikinti işlərin təşkili, zəruri tikinti materiallarının alınması, onların dəyərinin ödənilməsi, ustaları və fəhlələri dəvət edib onların gördükləri işlərə nəzarət edilməsi, onların gördükləri işlərin dəyərinin ödənilməsi ilə X35 məşqul olmalı idi. Tikinti işləri tam başa çatdıqdan sonra X35 onlardan aldıqları pul vəsaitlərinə dair yekun hesabatı yazılı şəkildə onlara təqdim etməli idi. Əldə olunmuş razılıqa əsasən evin smeta və layihə sənədləri X26 verilmiş və evin tikintisinə başlanılmışdır. İşlər başlanandan, hər dəfə növbəti görüləcək tikinti işlərinin növlərindən və həcmindən aslı olaraq öncə Azər Tağiyevə dədiyi məbləğdə pul vəsaiti o və atası tərəfindən Azər Tağıyevə verilirdi və o, tikinti materiallarının alınması, onların dəyərinin ödənilməsi, tikinti işlərinin təşkili, usta və fəhlələri dəvət edib görüləcək işlər və dəyəri barədə onlarla söhbəti X35 özü aparırdı və lazım olan ödənişləri o və atası verdiyi nağd pul vəsaitləri hesabına icra edirdi. Evin tikintisi zamanı, hər mərhələdə görülmüş işlər barədə onlara məlumat verərək Azər Tağıyev görülmüş işlərin foto şəkillərini onlara təqdim edirdi və onlar görürdülər ki, müəyyən işlər görülüb və növbəti işlərin görülməsi üçün Azər Tağıyevə tərəfindən istədiyi məbləğdə lazım olan pul vəsaitlərini onlar tərəfdən nağd şəkilində ona verirdi və bundan sonra Azər Tağıyev növbəti tikinti işlərini davam edirdi. Ödənişlərin bir hissəsi anası Cavabdeh2 kart vasitəsilə hesabından ödənilmişdir. X35 öz şəxsi pul vəsaiti hesabına bir qəpiqdə olsun onun evinin tikilməsinə xərcləməmiş, xərcləyədə bilməzdi və buna heç bir əsas olmamışdır. Əksinə, tikinti işləri aparılan zaman onlar hiss edirdi ki, istər tikinti materiallarının alınmasında, istərsə usta və fəhlələrin pullarının ödənilməsində əslən edilən ödənişlər barəsində və tikinti materiallarının qiymətlərində X35 onlara şişirdilmiş rəqəmləri deyib onlardan artıq pul alırdı. Lakin, onlar bu haqda ona bir söz deməmişlər və düşünürdülər ki, tikinti başa çatandan sonra son hesabat təqdim olunanda bu məsələni dəqiqləşdirmək olacaq. Hətta 2021-ci ilin sentyabr ayında X35 onlardan 8.000 ABŞ dolları məbləğində pul vəsaitini mebel almaq adı ilə götürmüş lakin mebel almamışdır. 18 sentyabr 2021-ci ildə X36 qəflətən rəhmətə getmişdir və ailəsi tərəfindən çəkilmiş xərclərə dair qeyd sənədləri artıq rəhmətə getmiş X20 qalmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı öz ailə üzvləri ilə həmin onların ünvan 10 ünvanında yerləşən evi zorla ələ keçirmək niyyətilə onlara basqın etmiş, nəlayiq sözlərlə təhkir etmişlər. Onların bu həhəkətləri barədə onlar rəsmi qaydada DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişlər. Daha sonra həmin şəxslər xx.xx.2021 il tarixdə bacısı X6 mülkiyyətində olan Xətai rayonu, Mehdi Mehdizadə küç., 1208-ci məhəllədə yerləşən 86 nömrəli mənzilinə gələrək, həmin mənzili Azər Tağıyev tərəfindən alınmasına iddia edərək, mənzili boşaldılmasını tələb etmişlər. Bu hadisə barəsində onlar dərhal polis və prokurorluq orqanlarına müraciət etmişlər. Sonra, İddiaçı tam əsassız, uydurma və absurd bir ərizə ilə polis orqanlarına müraciət edərək bildirmişdir ki, ölməmişdən əvvəl əri mərhum X35 ona demişdir ki, onun yəni, Cavabdeh1 üçün evin tikilməsi üçün o, Allahverdiyev Tofiqə 400.000 manat borc pul vermişdir və bunu təsdiq etmək üçün bildirmişdir ki, evin tikintisi ilə bağlı bütün ödənişləri mərhum əri Tağıyev Azər etmişdir. Bu şər və böhtan xarakterli absurd ərizələr üzrə dəfələrlə polis orqanlarında yoxlamalar və araşdırmalar aparılmış, bir dəfə cinayət işinin başlanması rədd edilmiş, sonuncu dəfə başlanılmış cinayət işinə xitam verilmişdir. Hazırda isə məlum olmuşdur ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək uydurma və absurd və heç bir əsası olmayan tələblər irəli sürmüşdür. İddia ərizəsindən göründüyü kimi iddiaçı mübahisəli evin tikintisi və tikinti materiallarının alınması ilə əlaqədar müəyyən şahidlərin ifadələrinə əsaslanaraq qeyd etmişdir ki, göstərilən şahidlər bildirmişlər ki, zəruri ödənişləri onlara Azər Tağıyev tərəfindən ödənilmişdir. Bu hallar heç də onu təsdiq etmir ki, Azər Tağıyev öz vəsaitləri hesabına evin inşasını həyata keçirmişdir. Əksinə bu faktar bir daha təsdiq edir ki, evin tikintisi və lazımı materiallarının alınması üçün onlar tərəfdən Azər Tağıyevə nağd şəkilində pul vəsaitləri verilmiş və razılaşmaya uyğun o zəruri ödənişləri həyata keçirmişdir. Bu ödənişlərin Azər Tağıyevin öz vəsaiti hesabına edilməsi barədə iddia ərizəsində göstərilən hallar absurddur və bəlli deyil Azər Tağıyevi nə vadar etmişdir ki, o əvvəl "xxxx" MMC-nın ofisini öz vəsaiti hesabına təmir etsin, iddia ərizəsində göstərdiyi kimi, bu xərclər ona ödənilmədiyi halda, o iki il müddətinə əlavə olaraq öz vəsaiti hesabına cavabdehin adına torpaq sahəsi alsın, bu pul da ona ödənilmədiyi halda həmin torpaq sahəsində, yenə Azər Tağıyevin pul vəsaiti hesabına cavabdehin adına bağ evi tikdirilsin. Bu hallar heç bir obyektiv sübutlarda təsdiq olunmur bunlar hamısı iddiaçının uydurmasıdır. Yuxarıda göstərilənlərə əsasən İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə İddiaçı iddiasına və iddia tələbinin həcminin artırılmasına dair ərizəsi ilə bağlı yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçının ərizəsində göstərdiyi ünvan 4 ünvanında yerləşən mənzilin 150.000 manata alınmasının iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçıya, nömrəsi bu günə kimi məlum olmayan mənzil, nə iddiaçı, nə də onun mərhum əri Azər Tağıyev tərəfindən alınmamışdır və heç vaxt onların sərəncamında və istifadəsində olmamışdır. Həmin mənzil ilə bağlı məhkəməyə təqdim olunmuş beh ödənişindən, notariat qaydada bağlanmış alqı-satqı müqaviləsindən, bank vasitəsi ilə edilmiş ödənişlərdən və mənzilə dair çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 177 nömrəli mənzil Cavabdeh2 tərəfindən 2015-ci il tarixində alınmışdır. Həmin mənzilin mülkiyyətçisi Cavabdeh2dır. 2016-cı ildən hal-hazıradək həmin mənzil icarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə verilmişdir. Göstərilən mənzildə lazımı təmir işləri mülkiyyətçi Cavabdeh2dır razılıqı ilə "xxxx" MMC-nın təsisçisi və direktoru kimi onun hesabına aparılmış və təmir işləri Azət Tağıyev tərəfindən dəvət olunmuş işçilər aparmışlar. Görülən təmir işlərinin xərci onun tərəfindən Azər Tağıyeva vaxtında və lazım olan məbləğdə tam həcmdə ödənilmişdir. Bu haqda Azər Tağıyev tərəfindən heç bir irad, narazılıq və tələb olmamışdır. Əks halda o bunu bildirmiş olardı və 2018-2021-ci illərdə əlavə olaraq ünvan 9 ünvanında o öz adına aldığı torpaq sahəsində o və atası Tofiq Allahverdiyev tərəfindən ödənilən pul vəsaitləri hesabına bağ evini inşa etməzdi. O ki qaldı iddiaçının iddia ərizəsində və iddia tələbinin həcminin artırılmasına dair ərizəsində istinad etdiyi kompleks məhkəmə tikinti və mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 10/3952 saylı rəyinə ki, ünvan 11 ünvanında yerləşən 0,11 ha torpaq üzərində inşa edilmiş iki mərtəbəli bağ evinin (torpaq sahəsi nəzərə alınmaqla) hazırkı orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 523 040 manat məbləğində və ünvan 12 ünvanında yerləşən mənzilin (ofis) hazırkı orta bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 130.090 manat məbləğində müəyyən edilməsi və hazırda ünvan 13 ünvanında yerləşən 177 nömrəli mənzilin 150.000 manata əldə edilməsi və iddia tələbinin həcminin artırılmasının əsasları kimi göstərilməsi, qeyd olunan sübutlar və əsaslar iddia tələblərinə aidiyyatı yoxdur və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iddia ərizəsində və iddia tələbinin həcminin artırılmasına dair ərizəsində iddiaçı ünvan 11 ünvanında yerləşən torpaq sahəsinin alınmasına, həmin torpaq sahəsində inşa edilmiş bağ evinin tikintisinə eləcədə, ünvan 13 ünvanında yerləşən mənzilin alınmasına və onun təmirinə güya mərhum əri Azər Tağıyev öz vəsaitləri hesabına edilməsinə istinad edərək, Azər Tağıyevin çəkdiyi xərclərini tələb etmişdir. Azər Tağıyev tərəfindən öz vəsaiti hesabına qeyd olunan əmlakların alınmasına və təmir-tikinti işlərin onun öz vəsaiti hesabına icra etməsinə dair sübutların olmadığından, iddiaçı həmin uydurma halları təsdiq etmək və Azər Tağıyevin çəkdiyi xərclərin məbləğlərini müəyyən etmək üçün kompleks məhkəmə tikinti və mühasibatlıq ekspertizasının rəyinə, həmin əmlakların onun öz adına və Cavabdeh2 adına alınması barədə alqı-satqı müqavilələrinə istinad etmişdir. Halbuki, qeyd olunan sübutlar bir daha təsdiq edir ki, qeyd olunan əmlaklar qanunla nəzərdə tutulmuş qaydada onun və Cavabdeh2 tərəfindən alınmış, əmlakların dəyəri bank vasitəsi ilə alıcılar yəni, onlar tərəfindən ödənilmiş və həmin əmlakların mülkiyyətçiləri o və Cavabdeh2dır. İddiaçının istinad etdiyi sübutlar heç də həmin əmlakların mərhum Azər Tağıyevin pul vəsaiti hesabına alınmasını və onun çəkdiyi xərclərin məbləğini təsdiq etmir. O ki qaldı iddiaçının iddia ərizəsində və iddia tələbinin həcminin artırılmasına dair ərizəsində istinad etdiyi inşaat materiallarını satan və təmir-tikinti işlərini aparan işçilərinin şahid ifadələrinə, həmin materialları satan və təmir-tikinti işlərini aparan işçiləri Azər Tağıyevi tanımışlar. İnşaat materiallarını alan və işçiləri dəvət edib, onlarlara tapşırıq verən, razılıq əldə edən, iş gördürən, alınan materiallarının dəyərini ödəyən və təmir-tikinti işlərini görən işçilərinin əmək haqlarını ödəyən Azər Tağıyev olmuşdur. Həmin şahidlər bu halları təsdiq edə bilər və bunu da təsdiq etmişlər. Onun və mərhum atası Tofiq Allahverdiyevin mərhum Azər Tağıyevlə görülən işlər barədə əldə olunmuş razılaşmanın, şərtlərin və onlar tərəfindən edilən ödənişlər barədə iddia ərizəsində və iddia tələbinin həcminin artırılmasına dair ərizədə istinad edilən şahidlərin məlumatları olmamış və təbii ki, bu haqda onlar heç bir ifadə verməmişlər. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndələri və vəkilləri iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin faktiki halları: 16 yanvar 2018-ci il tarixdə satıcı X31 alıcı Cavabdeh1 arasında ******* saylı Daşınmaz əmlakın alqı-satqısı müqaviləsini bağlayaraq satıcı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən ümumi sahəsi 0.2 hektar olan torpaq sahəsinin 0.0868 hektar olan hissəsini alıcıya 60.000 manat məbləğində pul vəsaitini satmışdır. Alıcı Cavabdeh1 15 yanvar 2018-ci il tarixli qəbz ilə 60.000 manatı ödəmişdir. Sonuncunun sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ 02 mart 2018-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində əvvəlcədən tərtib olunmuş layihə əsasında yeni 2 mərtəbəli yaşayış evinin tikintisinə icazə verilməsi barədə İcra Hakimiyyətinə müraciət olunmuşdur. İcra hakimiyyəti tərəfindən tərtib olunmuş layihə əsasında yeni 2 mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmiş və evin tikintisi başlanmışdır. 02 may 2015-ci il tarixdə beh vərən X5 ilə beh alan Şahid4 beh müqaviləsi bağlamışdır. Müqavilə beh verən beh alanın mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, 1152-ci məhəllə, Ayaz İsmayılov küçəsində yerləşən 35C saylı evin 177 nömrəli mənzilin alqı -satqı qaydasında Cavabdeh2 adına rəsmləşirməklə tərəflərin qeyd edilən mənzilin alqı-satqısına dair razılaşdırılmış 150.000 manat pul vəsaitinin 01 may 2015-ci il tarixli qəbz ilə beh alana ilkin beh kimi verilmiş 2500 manat pul vəsaitini nəzərə almaqla, beh alanın həmin mənzili Xalq Bank ASC-nin «Neftçilər» filialının xeyrinə İpoteka ilə yüklü edilməkə AZN ilə alınmış kreditin pul vəsaitinin qalıq hissəsi olan 28862 manat pul vəsaitini və 12002 ABŞ dolları vəsaitini əlavə olaraq beh qismində beh alanın əvəzində beh verən tərəfindən Xalq Bank ASC-nin «Neftçilər» filialına ödəməsindən ibarətdir. 08 may 2015-ci il tarixdə satıcı Şahid4 alıcı Cavabdeh2 arasında ******* saylı Daşınmaz əmlakın alqı-satqısı müqaviləsini bağlayaraq satıcı ünvan 15 ünvanında yerləşən 177 saylı mənzili alıcıya 150.000 manata satmışdır. Alıcı Cavabdeh2 yoldaşı X5 30 may 2015-ci il tarixli qəbz ilə 150.000 manat məbləğində pul vəsaitini ödəmişdir. Alıcı Cavabdeh2 ünvan 15 ünvanında yerləşən 177 saylı mənzilə dair tam mülkiyyət hüququ 20 may 2015-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İlkin olaraq 26 aprel 2016-cı il tarixdə icarəyə verən Cavabdeh2 mülkiyyətində olan ünvan 15 ünvanında yerləşən 177 saylı mənzili icarəçi "xxxx" MMC-nin adından Cavabdeh1 01 may 2016-cı il tarixdən 01 may 2017-ci il tarixədək aylıq 500 manata icarəyə vermişdir. Sonradan tərəflər 01 may 2017-ci il tarixdə, 16 aprel 2019-cu il tarixdə və 19 yanvar 2021-ci il tarixdə eyni məzmunlu icarə müqavilələri bağlamışdırlar. Sonuncu icarə müqaviləsinə əsasən tərəflər Cavabdeh2 məxsus ünvan 15 ünvanında yerləşən 177 saylı mənzilin "xxxx" MMC-nin adından Cavabdeh1 xx.xx.2025-ci il tarixədək icarəyə verilməsinə dair razılığa gəlmişdirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1095 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 16 ünvanda yerləşən fərdi yaşayış evininin tikildiyi torpaq sahəsinin ətrafına çəkilmiş hasarın uzunluğu 43.0 metr, eni 25 metr, hündürlüyü isə 2.6 metr təşkil edir. Tədqiq olunan hasarın daxili və xarici hissəsində fasad hissəsinə üzlük bəzək daşları vurulmuş, üzərinə metal təbəqə vurulmuş, 1 ədəd metal darvaza quraşdırılmışdır. Çəkilmiş xərcin müəyyən edilməsi ilə bağlı qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və və xidmətlərin qiymətləri müəyyən edilmir. Qərardadın üçüncü sualında ünvan 16 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində nə qədər ağac əkildiyini və onların alınmasına, əkilməsinə çəkilən xərc nə qədər təşkil etiyini müəyyən etmək tələb olunmuşdur. Sualda göstərilən məsələ mühəndis texniki ekspertizsının həll etdiyi məsələlər dairəinə aid deyil. Bu səbəbdən də sual üzrə tədqiqat aparılmadı. ünvan 16 ünvanda yerləşən fərdi yaşayış evinin içərisində olan hamamların döşəməsinə və divarlara keromoqranit vurulmuş, tavana alçıpan vurularaq, boya ilə rəglənmiş, hovuzun, döşəməsinə metlax vurulmuş, divaralarına kafel vurulmuşdur. Hamamlarda və hovuzda divaraltı olan işlər gözlə görünmədiyindən gizli işlərin müəyyən etmək mümkün olmamışdır. Çəkilmiş xəcin müəyyən edilməsi ilə bağlı qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti , elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. ünvan 16 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində qarajın qarajın tikintisində və təmirində mişar daşından, fasad üçün bəzək daşlarından, sementdən, qumdan, betondan dam örtüyü üçün nəzərdə tutulmuş şiferlərdən, metal barmaqlıqlardan, jalüz qapıdan və plastik pəncərələrdən istifadə edilmişdir. Çəkilmiş xərcin müəyyən edilməsi ilə bağlı qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. ünvan 12 ünvanında yerləşən danışmaz əmlakın ofis ofis üzrə, iş otaqlarının və dəhlizin divarları divar kağızı ilə üzlənmiş, tavana alçıpan materialı vurulmuş, döşəmə laminat materialı ilə üzlənmiş, arakəsmələrdə şüşə materialından arakəsmələr və qapılar quraşdırılmışdır. Sanitariya qovşağı üzrə döşəməyə metlax vurulmuş, tavana təbəqələr vurulmuş və divarlara kafel vurulmuşdur. Çəkilmiş xəcin müəyyən edilməsi ilə bağlı qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1029 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 17 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində 38 ədəd ağac əkilmişdir. Həmin ağacları alınması və əkilməsinə çəkilən xərc məhkəmə əmtəəşünashq ekspertizasının predmetinə aid deyil. Qeyd olunur ki, 2018-ci ilə daşınmaz əmlakın qiymətinə dair Mərkəzdə tədqiqat aparılmadığından və baza məlumatları olmadığından həmin ilə qiymətləndirmə aparmaq mümkün olmadı. Ekspertiza baxışına təqdim olunmuş əşyaların istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə hal-hazırki dövrə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6860,00 manat müəyyən olunur. Təqdim edilmiş 01 ədəd 3x4,10 ölçüdə MDF materiallı, üstü boyalı qarderob mebelinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. "xxxx" MMC-nin 08-001/24 saylı hesabatına əsasən, ünvan 15 ünvanında yerləşən 177 saylı mənzilin 2015-ci il tarixinə bazar dəyəri 156.100 manat, mənzilin ofis tipli təmirinə çəkilmiş xərcin 2015-ci il tarixinə bazar dəyəri 19.300 manat təşkil edir. "xxxx" MMC-nin 08-002/24 saylı hesabatına əsasən, ünvan 17 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin 2018-ci il tarixinə orta bazar dəyəri 133.400 manat, ünvan 17 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi, tikili və qurğuların təmir-tikinti işlərinə çəkilmiş xərclərin iyul 2021-ci il tarixinə ümumi dəyəri 592.835 manat təşkil edir. 27 mart 2022-ci il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2021ci il tarixdə vəfat etmiş X17 vərəsəsi arvadı İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X18 bildirmişdir ki, Firəngiz xanımı Azər müəllim rəhmətə gedəndən sonra tanımışdır. Tam tanış olmamışlar, amma onları tanış etmişlər ki, rəhmətlik Azər müəllimin yoldaşıdır. Cavabdeh1ı və Cavabdeh2 tanımır. Qeyriyaşayışla bağlı o heç nə deyə bilməz. O, işlə məşğul olmamışdır. Amma yaşayışla o məşğul olmuşdur. 2017-2018-ci illər idi təqribi olaraq. Zəng gəldi Azər müəllimdən. İnternetdən tapmışdı nömrəsini. Layihələndirmə işi lazım idi. Axşamüstü onlar görüşmüşdürlər. Hər şeyi danışmışdırlar. O, inşaat mühəndisidir. Ümumi hardasa 2 həftə onların layihələndirmə işləri getmişdir. Düzəlişlər edirdilər. Ondan sonra təklif etmişdir ki, tikintini etsin. Bütün qiymət razılaşdırmasını Azər müəllimlə etmişdir. Qiymət təklifi ilə razılaşandan sonra onlar tikintiyə başlamışdır. Demişdi ki, ev tikmək istəyir. Layihələndirmə müddətində artıq onlar sifariş edən tərəfdən sənədlər tələb edirlər. Çıxarış, vəsiqə filan və s. Orda xanımın adını görmüşdür. Və onlar heç vaxt sual vermirlər ki, kimdir, nəçidir. Bəlkə qızıdır. Yoldaşı da ola bilər. Ona görə sualı onlar vermirlər. Xanımın adına onlar sənədləşmə etdilər. Müqaviləyə əməl etmişlər və təhvil vermişlər. Tikinti müddətində də müqavilə olmalı idi onlarda. Daxili müqavilə. Daxili müqavilədə o öz tərəfinə imza etmişdir. Azər müəllim demişdir ki, Ayan xanım imza etsin, qaytaracaq. Amma qaytarmadı. Müqavilənin də onda əsli yox idi. Qaldı Azər müəllimdə. Azər müəllimin ofisində söhbət olmuşdu. Bütün söhbətləri də o Azər müəllimlə etmişdir. Ayan xanımı təkcə 2-3 dəfə tikinti sahəsində görmüşdür. O da uzaq məsafədən. Ödənişləri Azər müəllim etmişdi. Birbaşa, nağd şəklində. Toplam 200 mindən yuxarı idi. 230-240 min olardı. Hansı ki, o eləmişdir. Ondan o tərəfi o etməmişdir. Məsələn, iç təmirlərin çoxunu o etməmişdir. O müəyyən işləri etmişdir. Digər işləri digər şəxs eləmişdir. Dediyi məbləğ material daxil məbləğdir. O axırıncı dəfə evdə olanda təmir artıq tamamlanmaq üzrə idi. Çöl hasar da vurulmuşdu, iç döşəmə də vurulmuşdu. Pilləkən mərmər idi. O işlər tamamlanmaq üzrə idi. Sonra kamin var idi. Türk hamamı hazırlanmaq üzrə idi. İnşaat sektorunda staja uyğun olaraq o bildirmişdir ki, orda həmin vaxtlar ola bilər 500 mindən yuxarı olardı, 500-600 min olardı. Hələ tam deyildi. 80%-ə yaxın iş görülmüşdü. Xanım onlara göstəriş verməmişdir. Ünsiyyətdə olmamışdır. Yanında haqq-hesab söhbəti, pul ödənişi olmayıb. Onların orda ilk işi quyu qazıb suyunu çıxarmaq olub. Tam məbləğ də xatırlayır. 1950 manat pul tutmuşdu. Ondan sonra onlar qazıntı etmişlər. Binanı tikinti etmişlər. Pəncərəni o etmişdir. Dam, yanında qaraj. Qabaq hasarı, yol tərəfdə olanı söküb altını beton etmişik. Və hasar qaldırmışdır. Çünki yol tərəf olduğundan bir az zəif idi. Əyilmişdi. Çökmə ehtimalı var idi deyə. Hovuz tikmişdir. Yanında yenidən əlavə girən kimi solda brud etmişik betondan. Landşaft, fasad işləri. Təmirdən qabaq biz artıq suvaq vurmadıq ora. Üzlük vurmuşduq biz evin içinə. Onu da o görmüşdür. Dima gəldi artıq kabel çəkmə vaxtı. Məhkəmə iclasında şahid kimi dindirilmiş X14 bildirmişdir ki, Firəngiz xanım Azərin həyat yoldaşı idi. Ayan Allahverdiyevi, Cavabdeh2 tanımır. Ayan xanımı arabir görmüşdür, amma münasibəti yoxdur. Buzovnada qapıları, mətbəxi, ofisdə isə mebeli onlar düzəltmişlər. Azər müəllim sifariş edib. Bağ evi üçün 18 min ödəniş edib. Ofis isə yadında deyil. 10 min təxmini pul olardı. Məhkəmə iclasında şahid kimi dindirilmiş X30 bildirmişdir ki, Firəngiz gəlinləridir. Qardaşının yoldaşıdır. Ayanı da tanıyır. Qardaşı ilə bir ofisdə işləyib. Cavabdeh2 isə tanımır. Bu söhbətləri əvvəl bilmirdi. Məhkəmədən sonra öyrənib ki, belə bir məsələ var. Məhkəmə iclasında şahid kimi dindirilmiş X21 bildirmişdir ki, Firəngiz xanım Azərin yoldaşıdır. Firəngiz xanımı təzə tanıyıb. Cavabdeh1, Cavabdeh2 tanımır. O “Elegant İnşaat”-da işləyir. Azər müəllim inşaat mağazasında ondan mal alırdı, onlar aparırdı. Azər müəllim ondan 2 dəfə santexnika malları alıb, aparıblar evə. Məhkəmə iclasında şahid kimi dindirilmiş X22 bildirmişdir ki, Firəngiz xanım bilir ki, Azər müəllimin həyat yoldaşıdır. Ayanı 2006-cı ildən tanıyır. Sümbül xanım isə Ayanın anasıdır. Ayanla birlikdə AST MMC-də fəaliyyət göstərirlər. Bütün ödənişləri Ayan edib. Azər müəllim sadəcə usta tapıb, kömək edib. Məsləhətlər verib. Ofis də Sümbül xanımın adınadır. İcarə müqaviləsi bağlanıb onlarla. Ödəniş edirlər ona. Təxminən 2015-2016-cı illərdə alınıb yəqin ki. 2015-ci ildən təmir başlayıb. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 bildirmişdir ki, İddiaçı tanımır. Cavabdeh1ı tanıyır. İşdən tanıyır. Buzovnada bağda mühafizə qalırdı. Tofiq dayı verib oranın bağını ona. Tikinti zamanı hesabat edəndə Azər müəllim hər ayda 100 manat pulu verirdi. Bundan sonra Tofiq dayı ayda 200 manat maaş verirdi. O, ustaların işlərinə qarışmırdı. Hesabat edirdilər. Pulu Azər müəllim verirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X15 bildirmişdir ki, İddiaçı tanımır. Burda görmüşdür. Cavabdeh1ı da görməmişdir. Cavabdeh2 də tanımır. Xətai rayonu, Ayaz İsmayılov küçəsi onun öz evidir. O neft şirkətində işləmişdir 40 il. Neft şirkətindən o almışdır. Dənizdə işləmişdir. Neftçi olmuşdur. O evi almışdır. Sonradan evi satmışdır. 2015-də. Vasitəçiyə verdi evi. Onlar ona demişdir ki, müştəri tapmışlar. Ona zəng elədilər. O da evi kirayə vermişdi. Çünki ayda 535 manat ödəniş edirdi. Neft şirkəti o evi ona verdi. 50% dövlət ödədi. 50% o ödəməli idi. Gördü pulu ödəyə bilmir. Kirayə verdi. Kirayəçiləri çıxartdı. Vasitəçi ona müştəri gətirdi. Yaşlı, keçəl kişi idi. Çox da üzü yadında qalmayıb. Adı yadında deyil. Alqı-satqıda o idi onunla. Gəldi, dedi, bəs belə. Dedi, beh ver. Beh verdi ona. 2000 ona beh verdi sənədlə. Dedi, bəs alqı-satqı edək, Qaraçuxurda 24 saylı notariusda. Ona yaxındı. Qorxurdu ki, çıxar, vurarlar onu. Uşaqları da götürdü, gəldi notariusa. Tofiq də gəldi ora. Adını dedilər, bildi. Üzünü bu dəqiqə görsə, tanımaz. 11 ilin söhbətidir. Gəldi girdi notariusa. Alqı-satqı elədi. Sonra 1 nəfər gəldi. Onu da indi görsə, tanımaz. Gəldi, getdi kassaya tərəf. Sonra o, sənədləri rəsmiləşdirəndən sonra notarius möhür vurur axı. Orda notarius ona çek verdi. Dedi, get, kassadan pulunu al. O, da getdi. Orda kassa var idi notariusda. Kassa saydı, pulu verdi. Çıxdı, getdi. Tofiq verməyib pulu. Tofiq beh pulunu ona 1 həftə qabaq verib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 bildirmişdir ki, İddiaçı tanıyır. O, çoxdan işləyir Azər müəllimlə. Hardasa 20 ildən çox olar. Firəngiz xanım da onun yoldaşıdır. Cavabdeh1ı da tanıyır. Çox tanımır. Hardasa 10 il olar. Ofisdə işləyəndə onları görmüşdü. 1 dəfə onların evində olmuşdur. Evdə nəyisə düzəltmişdir. Azər müəllim ona deyib, get, nə lazımdı, düzəlt orda. O da getmişdir, düzəltmişdir. Sonradan işləmişdir onların evində. Cavabdeh2 belə tanıyır. Amma adını, soyadını bilmir. Bağ evində işləyib. Santexnika işi görüb. Sonra xırda işlər. Ofisdə də santexnikanı düzəldib. Onu həmişə Azər müəllim çağırıb. O ancaq Azər müəllimlə danışıb. Görülən işlərin dəyərini ofisdə işləyəndə Azər müəllim verib hamısını. Nə qədər olması artıq yadında qalmayıb. Hardasa 15-20 min. Bağ evində də helədir. Pulu həmişə Azər müəllim verib. Axırda 1-2 dəfə Ayan verib. Sonda Ayan hardasa 13 min pul verib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunu 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (xx.xx.2023-cü ilədək olan redaksiyada). Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782. Tapşırığın icrası nəticələrini vermək vəzifəsi 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.2. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. Maddə 783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Maddə 786. Tapşırıq müqaviləsinin qüvvəsinə xitam verilməsi 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1252. Miras açıldıqdan sonra vərəsənin ölməsi (irsi transmissiya) Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, ilkin olaraq məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbayca Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı subyektiv hüququnun birinci elementi mövcud olduğundan müvafiq olaraq ikinci və üçüncü elementləri də mövcuddur, yəni iddiaçının başqa şəxslərdən tələb etmək və müdafiə hüququ yaranır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarına istinadən qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2020-ci il 24 fevral tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1151.1ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X23rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Bu baxımdan, məhkəmə hesab edir ki, pul tələbi subyektiv hüququ mahiyyəti etibarı ilə şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli bu subyektiv hüquq Azər Tağıyevin ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə Azər Tağıyevin miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında varisi İddiaçı keçmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin bildirdikləri əsasında müəyyən olunur ki, mərhum X49 Allahverdiyeva və Tofiq Allahverdiyev arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, iddiaçının mərhum yoldaşı Azər Tağıyev cavabdeh tərəfin tapşırığı əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən 0.0868 hektar olan torpaq sahəsində 2 mərtəbəli yaşayış evini tikməyi və təmir etməyi və ünvan 15 ünvanında yerləşən 177 saylı mənzildə təmir işləri aparmağı öhdəsinə götürmüşdür. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı müddəaları təşkil edir və bütün müqavilə öhdəliklərində olduğu kimi tapşırıq müqaviləsi üzrə də hər bir tərəf mübahisə halında öz öhdəliyini icra etdiyini sübut etməlidir. Bu baxımdan da mövcud iş üzrə vəkalət alan Azər Tağıyevin vərəsəsi iddiaçı vəkalət verən cavabdeh tərəfin tapşırığını icra etdiyini və buna görə xərclər çəkdiyini sübut etmək yükü daşıyır, vəkalət verən olaraq Cavabdeh1 isə həmin xərcləri ödəmiş olduğunu sübutetmə yükü daşıyır. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip baxımından, habelə tərəflərin izahatları və mülki iş materialları nəzərə alınaraq məhkəmə hesab edir ki, vəkalət alan Azər Tağıyev ona tapşırılan işi icra etdiyi, icra edən zaman materialların alışı, eyni zamanda həmin məkanlarda işləyən ustaların xidmət haqqı ödənişlərini etdiyi işin mübahisəsiz halını təşkil edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət yoxdur. Belə ki, cavabdeh tərəf məhkəmə iclaslarında, həmçinin məhkəməyə təqdim edilmiş etirazda bu halları dəfələrlə etiraf edir. Belə olan halda, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik- Südçülük sovxozu ünvanında yerləşən 0.0868 hektar olan torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikintisi və təmiri üçün, eyni zamanda ünvan 15 ünvanında yerləşən 177 saylı mənzildə təmir işlərinin aparılması üçün Azər Tağıyevə bütün ödənişləri etdiyini sübut etmək yükünü daşıyır. Lakin, cavabdeh tərəf bu halları təsdiq edəcək yetərli və mötəbər sübut məhkəmə təqdim edə bilməmişdir. Belə ki, istinad etdiyi halları sübut etmək məqsədi ilə cavabdeh tərəfindən məhkəməyə müxtəlif . qəbzlər, qaimələr və hesabatlar təqdim edilmişdir ki, həmin sənədlər yazılı sübutlara dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədidyindən məhkəmə tərəfindən mötəbər sübut olaraq nəzərə alına bilməz. Cavabdehin məhkəmə təqdim edilmiş diqər sübutu şahid X10 ifadəsi olmuşdur ki, bu da cavabdehin iddia etdiklərini sübuta yetirilməsi üçün yetərli deyildir. Belə ki. şahid ifadələri yalnız o halda məhkəmə tərəfindən nəzərə alına bilərdi ki, digər sübutlarla da öz təstiqini tapsınlar. Belə ki, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda qeyd olunlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Azər Tağıyevin vərəsəsi qismində vəkalət verən ünvan 17 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi Cavabdeh1 və ünvan 15 ünvanında yerləşən 177 saylı daşınmaz əmlakın mülkiyyətçisi olan Cavabdeh2 vəkalət verənin tapşırığı ilə vəkalət alan görülmüş işlər üzrə apardığı ödənişlərin əvəzini tələb etməkdə haqlıdır. Həmin ödənişlərin məbləğinə gəldikdə isə, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirməyə əsasən təqdim olunmuş hesabat əsasında görünür ki, ünvan 15 ünvanında yerləşən 177 saylı mənzilin ofis tipli təmirinə çəkilmiş xərcin 2015-ci il tarixinə bazar dəyəri 19.300 manat, ünvan 17 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi, tikili və qurğuların təmir-tikinti işlərinə çəkilmiş xərclərin iyul 2021-ci il tarixinə ümumi dəyəri 592.835 manat təşkil etmişdir. Belə olan halda məhkəmə ünvan 15 ünvanında yerləşən 177 saylı mənzilin ofis tipli təmirinə çəkilmiş xərcin əvəzi 19.300 manat kimi, ünvan 17 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi, tikili və qurğuların təmir-tikinti işlərinə çəkilmiş xərclərin əvəzi qiymətləndirmə şirkəti tərəfindən qeyd olunmuş məbləğdən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında Cavabdeh1 tərəfindən artıq ödənilmiş 13.000 manat (bu faktı iddiaçı tərəfindən təkzib edilməmişdir) çıxaraq, yerdə qalan 579.835 manat kimi qəbul edilməli və İddiaçı xeyrinə müvafiq olaraq cavabdehlərdən tutulmalıdır. Məhkəmə iddiaya ünvan 15 ünvanında yerləşən 177 saylı mənzilin və ünvan 17 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin dəyərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissədə qiymət verərək, bildirir ki, məhkəmə tərəfindən sorğu əsasında əldə edilmiş notariat işlərindən görünür ki, ünvan 15 ünvanında yerləşən 177 saylı mənzil ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı Cavabdeh2 ilə alqısatqı müqaviləsi bağlanmış, mənzilin dəyəri olan 150.000 manat məbləğində pul vəsaiti tam olaraq notariusun depozit hesabına Cavabdeh2 mərhum yoldaşı Tofiq Allahverdiyev tərəfindən ödənilmişdir. Mənzil 20 may 2015-ci il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Eyni zamanda ünvan 17 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsinin dəyəri olan 60.000 manat məbləğində pul vəsaiti tam olaraq notariusun depozit hesabına Cavabdeh1 tərəfindən ödənilmişdir. Torpaq sahəsi 02 mart 2018-ci il tarixdə Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Göründüyü kimi hər iki əmlakın dəyəri cavabdehlər tərəfindən ödənilmişdir. Bu halı təkzib edən heç bir sübut məhkəmə təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ünvan 15 ünvanında yerləşən 177 saylı mənzilin və ünvan 17 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin dəyərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissədə əsassızdır. Məhkəmə iddiaya illik 5% -lə hesablanmış 65.343 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, qeyd edilən iddia tələbinin hüquqi əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə təşkil edir. Həmin maddə ilə müəyyən edilən faiz əslində pul məbləğinin ödənilməsini gecikdirən borclunun gecikdirmə nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsi məqsədilə kreditorun tələb etdiyi pul kompensasiyasıdır. Hazırkı mülki iş üzrə iddiaçı tərəf cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən 0.0868 hektar olan torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikintisi və təmiri üçün, eyni zamanda ünvan 15 ünvanında yerləşən 177 saylı mənzildə təmir işlərinə iddiaçının mərhum həyat yoldaşı tərəfindən sərf edilmiş pul vəsaitlərinin geri ödənilməsinin gecikdirildiyinə görə iddiaçının maddi zərərin çəkdiyi ilə hər hansı dəlil və ya sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə 5000 manat məbləğində mənəvi zərərin cavabdeh tərəfdən tutularaq iddiaıya ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehlərin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirtdiyi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən bu halla bağlı məhkəməyə müvafiq dəlil və ya sübutlar təqdim edilməmişdir. Odur ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin olunmuş hissəyə müvafiq olaraq iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh1 869,84 manat, Cavabdeh2 147,9 manat, məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi ilə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh1 190,06 manat, Cavabdeh2 6,28 manat tutularaq İddiaçı, eyni zamanda ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh1 96,80 manat, Cavabdeh2 3,20 manat dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 dəymiş maddi zərərin əvəzi olaraq 579.835 (beş yüz yetmiş doqquz min səkkiz yüz otuz beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh2 maddi zərərin əvəzi olaraq 19.300 (on doqquz min üç yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 869,84 (səkkiz yüz altmış doqquz manat səksən dörd qəpik) manat Cavabdeh1, 147,9 (yüz qırx yeddi manat doxsan qəpik) manat Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi ilə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 190,06 (yüz doxsan manat altı qəpik) manat Cavabdeh1, 6,28 (altı manat iyirmi səkkiz qəpik) manat Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Ekspertiza tətqiqatının əvəzi olaraq 96,80 (doxsan altı manat səksən qəpik) manat Cavabdeh1, 3,20 (üç manat iyirmi qəpik) manat Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar