Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8725/2025 21.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilə qədər xəstəliyi dövründə yığılan aliment borcunu əmək qabiliyyətsiz və fiziki imkanlarının məhdud olmasına görə, ailə, maddi və sağlamlıq vəziyyəti bu borcları ödəməyə imkan vermədiyinə görə üzürlü sayaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizənin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Məhkəmənin mövqeyi: Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-129/2023 saylı, xx.xx.2023-cü l tarixli qərarından görünür ki, İddiaçı daha əvvəl də 2016-2021-ci illər ərzində xəstəliyi ucbatından yığılmış olan aliment borcunu ödəməkdən azad edilməsi və əmək qabiliyyətini itirdiyinə görə aliment öhdəliyinə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsini xəstəliyi, əlilliyi, ailə vəziyyəti və maddi imkanının aşağı olması ilə əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2966/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6276/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Xətai Rayon Məhkəməsinin 2(011)-2966/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qeyd edilən qərarı ilə isə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6276/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-8725/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8725/2025
21.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver