Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8839/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə yaşayış dövründə doğulan xx.xx.2022-ci il təvəllüdlü X5 üçün aliment məbləğinin müəyyən olunaraq cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında Nizami rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1553 nömrə ilə qeyd edilmiş nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(011)-6319/17 nömrəli Qərarı ilə pozulmuşdur. Qərar əsasında AZ-İ № 529903 nömrəli X1 Şəhadətnamə verilmişdir (ərizəyə qoşma olunur). Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(011)-6319/17 nömrəli Qərarına əsasən nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 200 manat (cəmi 400 manat) sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qərarlaşdırılmışdır. Həmçinin sözügedən Qərar ilə 2.08.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 anasının (yəni iddiaçının) yanında qalması müəyyənləşdirilmişdir. Bundan sonra cavabdehlə 2019-cu ilin noyabr ayına qədər münasibətlər bitmiş, ayrı ayrılıqda yaşamışdırlar. Cavabdeh həmin tarixə qədər aliment ödənişlərini icra etmişdir. Lakin 2019-cu ilin noyabr ayından etibarən cavabdeh yenidən iddiaçı ilə ünsiyyət qurmuş, münasibətləri bərpa etmək və yenidən birgə yaşamaq barədə danışıqlar aparmışdır. Həmin ilin (yəni 2019-cu ilin) noyabr ayından etibarən cavabdeh aliment ödənişini dayandırmışdır. Bundan sonra 2021-ci ilin ilk ayından etibarən münasibətlər bərpa olunmuş və yenidən birlikdə yaşamağa başlamışdırlar. Birgə yaşamağa başladıqları dövrdə yenidən rəsmi nikaha daxil olmağa dair hər hansı sənədləşmə olmamışdır. Birgə yaşayış dövrü 2025-ci ilin sentyabr ayına qədər davam etmişdir. Birgə yaşadıqları dövrdə cavabdeh tərəfindən hər hansı aliment ödənişi icra edilməmiş, uşaqların baxılma xərcləri daha çox iddiaçı tərəfdən olmaqla, bəzən isə cavabdeh tərəfdən ödəmələr olmaqla ortaq qarşılanmışdır. Birgə yaşayış dövründə, yəni xx.xx.2022-ci il tarixində üçüncü övladı X5 dünyaya gəlmişdir (elektron doğum şəhadətnaməsinin skan surəti əlavə olunur). Birgə yaşamaqlarına baxmayaraq aralarındakı münasibətlər 2025-ci ilin iyul ayından yenidən pisləşməyə başlamış, eks həyat yoldaş və ailəsi onu hal-hazırda yaşadıqları evdən çıxarmaqla təhdid etmişdir. Halhazırda mövcud olan şərtlər çərçivəsində eks həyat yoldaş və onun ailəsi ilə birlikdə yaşamaq və münasibətləri davam etdirmək qeyri-mümkün olmuşdur. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh uşaq üçün dövlətin müəyyən etdiyi aliment miqdarında ödəniş etməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında barədə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli 2(011)-6319/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1553 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 anaları İddiaçı yanında qalması və Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 200 manat, cəmi 400(dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 529903 nömrəli X1 şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh və İddiaçı arasında 06 mart 2018-ci il tarixdə 106 nömrəli akt qeydi tərtib olunmuşdur. 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında elektron şəhadətnamənin sürətindən görünür ki, X5 10 dekabr 2022-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1AZ-İİİ seriyalı 234084 nömrəli doğum haqqında elektron şəhadətnamənin sürətindən görünür ki, X8 08 noyabr 2013-cü il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1AZ-İİ seriyalı 991683 nömrəli doğum haqqında elektron şəhadətnamənin sürətindən görünür ki, X6 12 avqust 2012-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2026-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alimentin məbləğinin müəyyən edilməsini məhkəmənin öhdəsinə buraxmış, cavabdehin qazancı ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı məhkəmə nəzərə alır ki, 2026-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh 10 dekabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 26 noyabr 2025-ci il tarixdən hər ay 260 manat məbləği indeksləşdirilməklə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: mediasiya təşkilatına ödənilmiş 60 manat; Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından mediasiya təşkilatına ödənilmiş 60 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 10 dekabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 noyabr 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 26 noyabr 2025-ci il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-8839/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8839/2025
12.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver