Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-922/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşağın ananın himayəsinə verilməsi və aliment ” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – İddiaçı ilə Cavabdeh Hidayet oğlunun nikahdan kənar doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X5 İddiaçı himayəsinə verilməsi, S.M.X2 3 yaşı tamam olanadək hər ay ödənilməli olan sabit pul məbləği formasında alimentin cavabdehdən tutularaq ödənilməsi və nikahdan kənar doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 ötrü cavabdehdən həm sabit pul məbləğində, həm də, cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh nikahdan kənar doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X5 İddiaçı himayəsinə verilməsi, S.M.X2 3 yaşı tamam olanadək hər ay ödənilməli olan sabit pul məbləği formasında alimentin cavabdehdən tutularaq ödənilməsi və nikahdan kənar doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 ötrü cavabdehdən həm sabit pul məbləğində, həm də, cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin və X5 doğulduğu gündən ödənilməmiş alimentlərin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahdan kənar xx.xx.2023-cü il tarixdə X9 doğulmuşdur. Bu barədə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında qeyd aparılaraq atalığın müəyyən edilməsi haqqında AZ-İ 450180 nömrəli şəhadətnamə verilmişdir. Hal-hazırda xx.xx.2023-cü il təvəllüdlü X5 anası İddiaçı ilə yaşayır. Odur ki, X6 və anası İddiaçı alimentin qanunvericiliklə nəzərdə tutulmuş alimentin tələbinə dair mülki mübahisə yaranmışdır. İddiaçı bildirir ki, artıq tərəflər mediasiyası sessiyasından keçmiş lakin, mediasiya sessiyasının davam etdirilməsi Azərbaycan Respublikası Mediasiya Haqqında qanunun 29.3. maddəsinə əsasən mümkün olmadığından 6 saylı Mediasiya Təşkilatından 02 noyabr 2023-cü il tarixli MŞB/6-0732 saylı arayış təqdim edilmişdir. Beləliklə də, iddiaçı və cavabdeh arasında olan nikahdan kənar doğulmuş X5 iddiaçının himayəsinə verilməsi və cavabdeh tərəfindən X6 və İddiaçı aliment ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İV seriyalı, 852325 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata adı qrafasında Cavabdeh , ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan, AZ İ seriyalı, 450180 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı dünyaya gəlmiş X5 atası hesab edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan, ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın xx.xx.2023-cü il tarixli 5-11/2-2098/2023 saylı rəyindən görünür ki, komissiya yetkinlik yaşına çatmayan xx.xx.2023-ci il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılmalarını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayıminimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Avropa Məhkəməsi hesab edir ki, fərdlərin nikah və ya valideynlik statusuna aid işlər şəxsi və ailə həyatı anlayışının tətbiq dairəsinə düşür. Uşaqla onun valideynləri arasında elə bağlılıq əlaqəsi mövcuddur ki, hətta onun valideynləri daha birgə yaşamasalar belə və ya münasibətlərinə son qoysalar belə, həmin əlaqə “ailə həyatı” təşkil edir (Berrehab Niderlanda qarşı). Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin faktiki nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşağı faktiki vəziyyətə və qəyyumluq və himayəçilik komissiyasının rəyinə uyğun olaraq iddiaçının yanında qalmalıdır. Belə ki, BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş «Uşaq hüquqları haqqında» Bəyannamənin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Bu prinsipin mənəvi-psixoloji əsaslandırılması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan bəyanat verilməzdi. Belə ki, birinci uşaq təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı var; ikinci, ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı var. Hazırki işdə ana və uşağı bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyil. Anada uşağa zərər yetirə biləcək hər hansı mənfi cəhət yoxdur, o, uşağı tərbiyə etmək, onun qeydinə qalmaq iqtidarındadır. Həmçinin iddiaçı uşağın saxlanması üçün ərizəsində xx.xx.2023-cü il təvəllüdlü X1 ötrü cavabdehdən həm sabit pul məbləğində, həm də, cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulmasını göstərmişdir. İddia bu hissədə qismən əsaslıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh Qaradağ rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyir və 1868,50 manat məbləğində əmək haqqı alır. Həmin məbləğin 1/4 hissəsi uşaqlar üçün 2024-cü il üzrə yaşayış minimumunu əhatə etdiyindən, məhkəmə xx.xx.2023-cü il təvəllüdlü X3 üçün əlavə olaraq sabit pul məbləğində alimentin tutulmasını məqsədəuyğun hesab etmir. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Məhkəmə eyni zamanda iddia tələbinin “X5 3 yaşı tamam olanadək hər ay ödənilməli olan sabit pul məbləği formasında alimentin tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş gəlir məlumatlarından müəyyən olunmuşdur ki, iddiaçı “X12” publik hüquqi şəxsində həkim, vəzifəsində işləyir və 1407 manat məbləğində əmək haqqı alır. Buna görə də məhkəmə X5 3 yaşı tamam olanadək hər ay ödənilməli olan sabit pul məbləği formasında alimentin tutulmasını ağlabatan hesab etmir. Məhkəmə həmçinin iddia tələbinin “X5 doğulduğu gündən ödənilməmiş alimentlərin tutularaq İddiaçı ödənilməsi barədə” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də, cavabdehdən alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü Məmmədov (Almasov) Malik Həsrət oğlu İddiaçı himayəsində saxlanılsın. xx.xx.2023-cü il təvəllüdlü Məmmədov (Almasov) Malik Həsrət oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-922/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-922/2024
06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver