Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9302/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəni və əlavə olunmuş sənədləri araşdırıb, müəyyən etdim: İddiaçı X3 ilə Bakı şəhəri 18 saylı Medisaiya təşkilatında xx.xx.2023-cü il tarixində aliment öhdəliyi üzrə bağlanmış Barışıq Sazişinin təsdiq edərək Rəsmi nikahdandan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılması üçün hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin, uşağın təhsili müddətində hazırlıq kurslarına 60 (altmış) manatın, Cavabdeh dövlət büdcəsindən aldığı 80 (səksən) manat Prezident təqaüdünün iddiaçıya verilməsinin məcburi icra edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlər məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. İddia ərizəsindən və iddia ərizəsinə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının tələbi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlıdır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlər məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdəndir. Göründüyü kimi, iddiaçı xüsusi icraat qaydasında baxılmalı olan tələblə iddia icraatı qaydasında müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı X3 ilə Bakı şəhəri 18 saylı Medisaiya təşkilatında xx.xx.2023-cü il tarixində aliment öhdəliyi üzrə bağlanmış Barışıq Sazişinin təsdiq edərək Rəsmi nikahdandan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılması üçün hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin, uşağın təhsili müddətində hazırlıq kurslarına 60 (altmış) manatın, Cavabdeh dövlət büdcəsindən aldığı 80 (səksən) manat Prezident təqaüdünün iddiaçıya verilməsinin məcburi icra edilməsi tələbi ilə bağlı ərizəsi qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149,152-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: İddiaçı X3 ilə Bakı şəhəri 18 saylı Medisaiya təşkilatında xx.xx.2023-cü il tarixində aliment öhdəliyi üzrə bağlanmış Barışıq Sazişinin təsdiq edərək Rəsmi nikahdandan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılması üçün hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin, uşağın təhsili müddətində hazırlıq kurslarına 60 (altmış) manatın, Cavabdeh dövlət büdcəsindən aldığı 80 (səksən) manat Prezident təqaüdünün iddiaçıya verilməsinin məcburi icra edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-9302/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9302/2023
13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver