Məhkəmə qərarları › İş №e-2(011)-9502/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9502/2024

29.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9502/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 Fridun oğluna, Cavabdeh5, Cavabdeh6, "xxxx" ASC-yə, “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxsinə qarşı mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması və sair tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 Fridun oğluna, Cavabdeh5, Cavabdeh6, "xxxx" ASC-yə, “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Azərişıq ASC tərəfindən sayğacın quraşdırılması və elektrik enerjisinin birbaşa Azərişıq ASC-dən ala bilmədiyi üçün lazımı şəraitin yaradılması və tələb olunan sənədlərin verilməsinin Cavabdeh1 MMC-nin (VÖEN: **********) üzərinə qoyulması və müvafiq qərar çıxarılması, Azərişıq ASC tərəfindən elektrik enerjisi ilə bağlı lazımı sayğacın quraşdırılması və elektrik enerjisinin ötürülməsi üçün bütün addımlar atılıb bitənə qədər elektrik enerjisinin fasiləsiz verilməsinin Cavabdeh1 MMC-nin (VÖEN: **********) üzərinə qoyulması və bu barədə müvafiq qərardad çıxarılması, Azəriqaz İB ASC tərəfindən sayğacın quraşdırılması və qaz xəttinin çəkilişi üçün lazımı şəraitin yaradılması və tələb olunan sənədlərin verilməsinin Cavabdeh1 MMC-nin (VÖEN: **********) üzərinə qoyulması, “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxs tərəfindən sayğacın quraşdırılması və su xəttinin çəkilişi üçün lazımı şəraitin yaradılması, maneələrin aradan qaldırılması və tələb olunan sənədlərin verilməsinin Cavabdeh1 MMC-nin (VÖEN: **********) üzərinə qoyulması, “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxsi tərəfindən su xəttinin çəkilişi ilə bağlı lazımı sayğacın quraşdırılması və suyun verilməsi üçün bütün addımlar atılıb bitənə qədər suyun fasiləsiz verilməsinin Cavabdeh1 MMC-nin (VÖEN: **********) üzərinə qoyulması, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərdən (o cümlədən, pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, istilik qazanxanası, işıq transformatoru, su xətti, kanalizasiya və şaxtaları (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtüklərindən, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahələrdən əvəzsiz istifadə üçün Cavabdeh1 MMC (VÖEN: **********) və onun qanuni təmsilçisi Cavabdeh4 tərəfindən yaradılan maneələrə son qoyulması tələbinə dair iddiasının təmin edilməsi; Cavabdeh1 MMC-nin (VÖEN: **********), onun qanuni təmsilçisi Cavabdeh4, Cavabdeh5 və faktiki rəhbərliyi həyata keçirən, göstərişlər verən Cavabdeh6 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən binanın idarəetməsindən kənarlaşdırılması; Cavabdeh1 MMC (VÖEN: **********), onun qanuni təmsilçisi Cavabdeh4, Cavabdeh5 və faktiki rəhbərliyi həyata keçirən, göstərişlər verən Cavabdeh6 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən binaya dair bütün sənədləri, açarları və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakı binanın idarəetmə orqanı olan binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı cağrılanadək Bakı şəhəri Xətai rayon yerli Bələdiyyəsinə təhvil verməsi; Cavabdeh1 MMC-dən (VÖEN: **********) onun qanuni təmsilçisi Cavabdeh4, Cavabdeh5 və faktiki rəhbərliyi həyata keçirən, göstərişlər verən Cavabdeh6dan müştərək qaydada 181.320 (yüz səksən bir min üç yüz iyirmi) manat məbləğində əldən çıxmış fayda, 10.000 (on min manat) manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 481.32 (dörd yüz səksən bir min otuz iki qəpiq) manat dövlət rüsumu olmaqla, ümumilikdə 191.801.32 (yüz doxsan bir min səkkiz yüz bir manat otuz iki qəpiq) manat pulun müştərək qaydada cavabdehlərdən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarı:

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

28. ... Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı:

14. ...Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmənin mövqeyi: “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı (VÖEN**********) VÖEN statusu aktiv olan fərdi sahibkar, cavabdeh "xxxx" MMC (VÖEN**********) isə kommersiya hüquqi şəxsdir. Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il Qərarına əsasən cavabdeh "xxxx" MMC kommersiya hüquqi şəxs olduğundan sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması şübhə doğurmur. Belə olan halda, mübahisənin fərdi sahibkar olan iddiaçının məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. İddia ərizəsindən görünür ki, fərdi sahibkar olan İddiaçı qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı məqsədi gəlir əldə etmək olmuşdur. Belə ki, iddiaçı özü iddia ərizəsində 1 ildir ki, 755.5 kv.m qeyri-yaşayış sahəsindən məhrum olduğu üçün istifadə edə bilmədiyini, bu müddət ərzində əmlakı icarəyə verə bilmədiyi üçün əldə edə biləcəyi gəlirlərin (əldən çıxmş fayda) 181.320 manat məbləğində olduğunu bildirmişdir. Belə olan halda, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında hazırki mübahisə həm MPM-nin tələblərinə, həm də Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il Qərarına əsasən kommersiya mübahisəsi kimi xarakterizə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının "xxxx" ASC-yə, “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxsinə qarşı iddiasına da “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 14-cü bəndinə əsasən məhkəmə aidiyyatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. İddia ərizəsinin fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər Cavabdeh4 Fridun oğluna, Cavabdeh5, Cavabdeh6 qarşı hissəsində məhkəmə qeyd edir ki, MPM-nin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1, 152.1.3, 152.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 Fridun oğluna, Cavabdeh5, Cavabdeh6, "xxxx" ASC-yə, “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxsinə qarşı mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Leyla Şövkətli-Mənsimli İş № e-2(011)-9502/2024

Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1,

İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 Fridun oğluna, Cavabdeh5, Cavabdeh6, "xxxx" ASC-yə, “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxsinə qarşı mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması və sair tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxır. Prosessual hərəkət saat 10:30-da başladı. Hakim ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq, ərizənin geri qaytarılması barədə qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:45-də qurtardı. Protokol 29 noyabr 2024-cü il il tarixdə tərtib olundu.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar