Məhkəmə qərarları › İş №e-2(011)-9517/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9517/2025

26.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9517/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X1 qızı, İddiaçı Cavabdeh qarşı aliment borcunun düzgün hesablanması, bərpa edilməsi və birdəfəlik tutulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İcra və Probasiya şöbəsi tərəfindən aparılmış yanlış hesablamaların ləğv edilməsini və borcun real məbləğinin bərpa edilməsini, bərpa edilmiş aliment borcunun hissə-hissə deyil, cavabdehin əmlakına və bank hesablarına yönəldilməsi yolu ilə birdəfəlik və tam şəkildə tutulmasını, borclunun qəsdən aliment ödəməməsi və borcun süni şəkildə azaldılması faktı üzrə aidiyyəti orqanlara (Ədliyyə Nazirliyinə) xüsusi qərardad göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qərarı və hərəkətləri ilə bağlıdır. Odur ki, həmin məsələlər iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən icra icraatı qaydasında icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2, 153.3-cü maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı aliment borcunun düzgün hesablanması, bərpa edilməsi və birdəfəlik tutulması tələbinə iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya izah olunsun ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən icra icraatı qaydasında icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Məsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar