Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-978/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MTK-nin nümayəndəsi lün iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-ə qarşı qarşı “müqavilədən irəli gələn mübahisələr, mənzilin təhvil verilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-ya və "xxxx" MTK- nın hüquqi varisi İnter MMC-nin rəhbəri X11 və digər şəxslərə ona Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri yaşayış sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan edilməsi və faktiki zərərə görə görə X7 2500 manat, mənəvi zərərə görə 2500 manat, ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 5050 (beş min əlli) pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını və eyni zamanda qanunu qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına yaratdığı maneələrə görə X8 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK-ya, İnter MMC-yə, İnter MCC-nin rəhbəri X11 və digər şəxslərə ona Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri yaşayış sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan edilməsi, obyektǝn isdtifadəyə yaradılan maneələrin aradan qaldırılmasına görə hər gün üçün müştərək qaydada 500 (beş yüz) manat və mənəvi zərərə görə 2500 manat, mənəvi zərərə ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 2550 (iki min beş yüz ǝlli) manat pulun alınıb mənə ödənilməsi barədə qətnamə çıxarmasını və eyni zamanda qanunu qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına yaratdığı maneələrə görə X8 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 MMC xx.xx.2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, əlavə edilmiş müqavilədən və audit aktından görünür ki, iddiaçının müqaviləsi sonradan tərtib olunmuş müqavilədir. Belə ki, 2018-ci il tarixdə "X16" MTK-nın sədri Himət Yigitdölün cinayətkar əməlləri araşdırılarkən, qeyd etdiymiz audit aktı tərtib olunmuş və orada bütün yaşayış və qeyri yaşayış sahələri ilə bağlı müqavilələr öz əksini tapmışdır. Həmin aktın 17-ci səhifəsindən görünür ki, iddiaçıya 250 kv.m sahəsi olan qeyri yaşayış sahəsi verilmişdir. Deməli iddiaçının hal-hazırki iddia tələbində qeyd etdiyi 300 kv.m sahə ilə bağlı müqavilə saxtadır. Həmçinin qeyd olunan audit aktından da müəyyən olunur ki, iddiaçı ilə audit aktında olan X4 məxsus olan sahə üst-üstə düşür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2007-cı ildə “Hom-Paş Prestij MTK ilə ilə (bundan sonra cavabdeh) müqavilə bağlayaraq Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 12x25=300 kv.m ölçüdə 21 və 22 nömrəli ofislərin tikintisi haqqında müqavilə bağlamışlar, Müqavilənin 3-cü bəndinin tələbinə uyğun olaraq bir kvm üçün 1000 manat olmaq şərti ilə cəmi 300000 manat ödəmiş. 02 mart 2023-cü ildə cavabdeh müqavilə öhdəliyinə qismən əməl edərək nəzərdə tutulmuş qeyri-yaşayış sdahəsini iddiaçıya təhvil vermişdir. Lakin təhvil verilən qeyri-yaşayış sahəsi aktda 300 kvm göstərilsədə, faktiki 160 kvm olmuşdur. Yəni müqavilədə nəzərdə tutlduğundan 140 kvm az sahə verilmişdir. Yaranmış mübahisə ilə əlaqədar Xətai Rayon Məhkəməsində iddiaçının qaldırdığı iddia xx.xx.2024-cü ildə təmin edilmişdir, məhkəmənin qətnaməsi xx.xx.2024-cü ildə icra edilərək müqavilədə nəzərdə tutulmuş sahə iddiaçıya təhvil verilmişdir. Lakin Cavabdeh1 MTK-nın hüquqi varisi İnter MMC-nin rəhbəri Qalib Əliyev və cavabdehin işçiləri iddiaçıya mülkiyyətimdə olan tikilidən istifadə etməyə maneə olurlar. Binanın girişində quraşdırılmış keçiddən tikinti materiallarını keçirib təmir işləri aparmağa imkan vermirlər. Səbəbini soruşduqda “müdiriyyətin göstərişdir” deyə cavab verirlər. Hansı ki, iddiaçıya təhvil verilən hissədə tamamlama işləri aparmalıdır. Yaradılan maneəçilik nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi zərər vurulub və vurulmaqda da davam edilir. Qüvvədə olan məhkəmə qətnaməsinin icrasına maneə olma inzibati və cinayət məsuliyyət yaradır və buna görə müvafiq cəzalar nəzərdə tutulur. Lakin icra məmurları icra sənədi üzrə icraata xitam verildiyini əsas gətirərək qətnamənin icrasına maneə olan şəxsləri məsuliyyətə cəlb etməyin mümkünsüz olduğunu bildirirlər. Hazırda Cavabdeh1 MTK-ya faktiki sahibliyi İnter MMC-nin rəhbəri Cavabdeh3 həyata keçirir və qətnamənin icrasına maneə Cavabdeh3 və onun tabeleyində olan digər işçilər tərəfindən törədilir. İddiaçı xx.xx.2024-cü ildə "xxxx" MMC ilə icarə müqaviləsi bağlamışdır, həmin müqaviləyə əsasən mülkiyyətində olan qeyriyaşayış sahəsini istifadəyə yararlı hala salaraq "xxxx" MMC-yə təhvil verməli idi. Yaranmış vəziyyətdə xx.xx.2025-ci ildən etibarən hər ay iddiaçıya 15000 manat maddi zərər vurulacaq. Beləki, mülkiyyətində olan ərazi Xətai metrosunun yaxınlığında yerləşməklə biznes üşün əlverişli yer hesab olunur. 300 kvm qeyri yaşayış sahəsini icrayə verməklə (bir kvm üçün 50 manat olmaqla) hər ay 15000 manat gəlir əldə edəcəkdir. Belə ki, Qalib Əliyev qətnamənin icrasına maneə olmaqla təkcə iddiaçıya qarşı deyil, eyni zamanda dövlətə qarşı hörmətsizlik edir. Qalib Əliyevin özbaşına hərəkətləri nəticəsində iddiaçı müqavilə öhdəliklərinə əməl edə bilmədiyi üçün hər ay 500 (beş yüz) cərimə olunur. Bunun əsil adı özbaşınalıqdır, özbaşınalıq isə ictimai təhlükəli əməl olmaqla cinayət hesab olunur. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MTK-nin nümayəndəsi Yiğitdöl Hikmət izahatında bildirdi ki, X5 iki müqaviləsi var: 250 kv.m və 300 kv.m, X5 Audit yoxlamasında adı var. Cəmi sahəsi 300 kv.m olan ofislər Elçin Səfərovun qanuni əmlakıdır, onlar Elçin Səfərova təhvil verilib, ordan rahat və maneəsiz istifadə etmək hüququ vardır, hər hansı maneənin yaradılması yanlışdır, belə maneə Cavabdeh1 tərəfidən deyil, Cavabdeh2 MMC və rəhbəri Cavabdeh3 tərəfindən yaradılır, Cavabdeh3 camaatın öz əmlakından istifadə edilməsinə manelər yaradır, özbağınalığa yol verir, ona görə də hesab edir ki, Cavabdeh2 MMC-nin üzərinə də öhdəlik qoyulmalıdır. X12 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və X9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 51 №-li müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan orta hissəsinin 4-cü mərtəbəsində yerləşən və sahəsi 250 kv.m təşkil edən qeyri-yaşayış “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan xx.xx.2007-ci il tarixli Maliyyə arayışdan görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı qeyri-yaşayış sahəsi X6 məxsusdur. Bu binanın 2-ci mərtəbəsində ümumi sahəsi 250 kv.m olan, 1 №-li qeyriyaşayış sahəsinin pay dəyəri 250.000 AZN tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və X9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilənin 1.3-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbəsində liftin sol tərəfində yerləşən 12*25=300 m2 təşkil edən 21 və 22 nömrəli ofislər “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan xx.xx.2007-ci il tarixli Maliyyə arayışdan görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev X6 məxsusdur, pay dəyəri tam ödənilmişdir, borcu yoxdur. Bu binanın A1 və A2 girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 300 kv.m olan ofisin pay dəyəri 300.000 AZN məbləğində müəyyən edilir. Qeyd olunan məbləğ MTK-ya tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-178/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, 02 fevral 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən, ölçüsü 121.5 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1 MTK-nın üzərinə qoyulmuşdur. Həmin qətnamə ilə işin hallarından görünür ki, tərəflər arasında 02 fevral 2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində -4-cü mərtəbəsində liftin sol tərəfində yerləşən 12x25=300 kv.metr təşkil edən 21 və 22 nömrəli ofisləri İddiaçı verməyi, iddiaçı da öz növbəsində həmin qeyri-yaşayış sahələrinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş 02 fevral 2007-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 və A2 girişi, -4-cü mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan ofisin pay dəyəri 300.000 manat müəyyən edilmiş və həmin məbləğ MTK-ya ödənilmişdir və iddiaçının borcu yoxdur. 02 mart 2023-cü il tarixdə tərəflər arasında tərtib edilmiş aktda Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında 12x25=300 kv.metr təşkil edən 21 və 22 nömrəli ofislər İddiaçı təhvil verildiyi qeyd edilmişdir. Lakin hazırkı işin araşdırılması zamanı müəyyən edilmişdir ki, 21 nömrəli ofis təhvil verilsə də, 22 nömrəli ofis təhvil verilməmişdir. Eyni zamanda, iddiaçı həmin qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 300 kv.metr təşkil etmədiyini qeyd edərək "xxxx" MMC-yə müraciət edərək mütəxəssis rəyi almış, rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində yerləşən iddiaçıya məxsus obyektin ümumi sahəsinin 180.28 kv.metr olduğu müəyyən edilmişdir. Məhkəmə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A” bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 21 və 22 nömrəli ofislərin faktiki ümumi sahəsini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 26 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 185.2 kv.metr, 22 nömrəli qeyriyaşayış sahəsinin faktiki ümumi sahəsi 121.5 kv.metr təşkil edir. İş materiallarından görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbəsinə xx.xx.2014-cü il tarixdə 170 kv.m, xx.xx.2016-cı il tarixdə 348 kv.m, xx.xx.2014-cü il tarixdə 170 kv.m, xx.xx.2017-ci il tarixdə 137 kv.m sahəyə dair digər müqavilələr də bağlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Müqavilədən görünür ki, tərəflər Bakı Şəhər İcra “Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli, Sərancamına əsasən Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı X3 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyriyaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 sayli xx.xx.2015-ci il tarixil Sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xatai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X3 şəriki - Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Auditor rəyindən görünür ki, ... Cavabdeh1 MTK və İnter"MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yüksəkmərtəbəli yaşayış kompleksinin tikintisi ilə bağlı olaraq aparılmış torpaq, mal, pul, əmlak, yaşayış, qeyri-yaşayış sahələrinin alqı-satqısı və bununla bağlı olan digər müvafiq əməliyyatların yoxlanılması, o cümlədən, müvafiq şəxslərə vurulmuş ziyan məbləğinin, bir mənzilin neçə şəxsə satılmasının və kim tərəfindən satılmasının, satılan sahələrin dəyərinin və ölçüsünün, satışdan daxil olan vəsaitlərin MTK-ya və ya MMC-yǝ mədaxil edilib edilməməsinin, satış pullarının hara və necə xərclənilməsinin, inşa edilmiş hündürmərtəbəli yaşayış binalarında yerinə yetirilmiş tikinti işlərinin həcminin, işlərin və xidmətlərin faktiki icra vəziyyətinin, sərf olunmuş mal materialların miqdarının(ölçüsünün və ya çəkisinin), qiymətinin, məbləğinin, binaların inşaası zamanı tikinti norma və qaydalarına əməl edilib - edilməməsinin, tikintisi başa çatdırılmamış blokların layihə üzrə maya dəyərinin, hər iki Müəssisə üzrə olan bloklardan boş qalmış yaşayış və qeyri yaşayış sahələrinin və istintaq üçün xüsusi əhəmiyyət kəsb edən digər müvafiq faktların, məsələlərin, öhdəliklərin müəyyən edilməsi məqsədi ilə keçirilmiş Auditor yoxlamasının nəticəsində pozuntular müəyyən edilmiş, Cavabdeh1 MTK ilə müqavilə bağlamış şəxslər müəyyən edilmişdir. Həmin rəydə, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli qeyriyaşayış binasında 250 kv.m sahənin xx.xx.2007-ci il tarixli müqavilə əsasında iddiaçı X5 adına rəsmiləşdirilməsi, həmin 250 kv.m sahə üzrə X9 yerləşdirilməsi və probleminin həll edilməli olan şəxs kimi göstərilmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh3 və avabdehin nümayəndəsi Yiğitdöl Hikmətin iştirakları ilə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı pr ev 32 ünvanında yerləşən A1 və A bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən əraziyə baxış keçirilir. Baxış zamanı müəyyən olunur ki həmin ərazi boşdur, təmirsizdir, qapısı yoxdur. Baxış zamanı Cavabdeh3 bildirir ki, İddiaçı adına 2 müqavilə var. Onlar bir gün fərqlə imzalanıbdır biri 250 kvm biri isə 300 kvm. Yiğitdöl Hikmətin barədə cinayət işi gedəndə iddiaçı bizə 250 kvm-lə bağlı sənəd təqdim etdi və onun adı audit aktında öz əksini tapdı. Həmin aktda onun 250 kvm yeri tanınıb. 300 kvm nə zaman gəlir ortaya çıxıb bəlli deyil. Rəsmi sənədlə satışa çıxan bütün sahə 625 kvm dir, lakin müqavilələrlə satılan yerin cəmi sahəsi 1350 kvm-dir. Bütün zərərçəkmişlərin yerləri təmin olunub. Hazırda yenə də Yiğitdöl Hikmətin yaratdığı problemlər bitmir. Bir gün fərqlə formal müqavilələr bağlayıb. Birində qeyd edilib ki 250 kvm sadəcə 4-cü mərtəbədə digərində isə 300 kv.m yer yazılır də o konkretləşdirilir. əgər 300 kvm var idisə niyə istintaq zamanı təqdim edilmədi? Bu gün qərarla ona verilməli olan yer 250 kvm dir hansı ki o da 200 kvmdir. 300 kvm isə formaldır, sonradan bağlanılıb, saxtadır. Digər müqavilələr də iş materiallarına əlvə edilə bilər. Mən öz yerimdən biraz yer verdim ki, Hompaşla mübahisə biraz sönsün. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və X9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən tərəflər arasında Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 4-cü mərtəbəsində yerləşən və sahəsi 250 kv.m təşkil edən qeyri-yaşayış sahəsini “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsi, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etmək öhdəliyi nəzərdə tutulmuşdur, X9 tərəfindən yaşayış sahəsinin dəyəri tam ödənilmişdir, bundan başqa, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbəsində liftin sol tərəfində yerləşən 12*25=300 m2 təşkil edən 21 və 22 nömrəli ofislərin X1 dair müqavilələr bağlanılmış, həmin sahələrin iddiaçıya təhvil verilməsi öhdəliyi 185,5 kv.m. hissədə "xxxx" MTK tərəfindən qismən yerinə yetirilmiş, qalan sahədən 121,5 kv.m.-in isə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-178/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçıya verilməsi öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulmuşdur. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbəsinə xx.xx.2014-cü il tarixdə 170 kv.m, xx.xx.2016-cı il tarixdə 348 kv.m, xx.xx.2014-cü il tarixdə 170 kv.m, xx.xx.2017-ci il tarixdə 137 kv.m sahəyə dair digər müqavilələr də bağlanmışdır ki, bu da ümumilikdə 1375 kv.m təşkil edir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi X3 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsi, MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X3 şəriki - Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 qəbul etməsi və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin Cavabdeh3 tərəfindən həll olunması barədə xx.xx.2018-ci il tarixində müqavilə bağlanılmış, tərtib olunmuş rəydə, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasında 250 kv.m sahənin xx.xx.2007-ci il tarixli müqavilə əsasında iddiaçı X5 adına rəsmiləşdirilməsi, həmin 250 kv.m sahə üzrə X9 yerləşdirilməsi və problemi həll edilməli olan şəxs kimi göstərilmiş. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixlərində müvafiq olaraq 300 və 250 kv.m-yə dair 2 fərqli müqavilə bağlanmış, hazırkı mübahisə xx.xx.2007-ci il tarixli müqavilə öhdəlkləri barədədir, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 həmin müqavilə üzrə hər hansı bir öhdəliyi olmamaqla yanaşı, həmin mərtəbədə boş sahə yoxdur. Məhkəmə, iddia tələbinin “"xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi "xxxx" MTK və ya digər şəxslər tərəfidən iddiaçıya Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri yaşayış sahələrindən istifadə edilməsinə hər hansı maneələrin yaradılması müəyyən edilməmişdir. Məhkəmə, iddia tələbinin “Cavabdeh2 MMC və onun rəhbəri X11 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi X3 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xatai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi nəzərdə tutulmuş, qeyd edilən X2 250 kv.m sahə ilə bağlı zərərçəkdiyi göstərilmişdir, hazırda 250 kv.m sahəyə dair iddiaçının hər hansı bir tələbi yoxdur. Bununla belə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-178/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nın üzərinə qoyulmuş vəifəlin icrasına Cavabdeh2 MMC və Cavabdeh3 tərəfindən hər hansı bir maneənin olması hallarda müəyən deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı deyil və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Məhkəmə, iddia tələbinin “zərərin ödənilməsi və X11 barədə xüsusi qərardad çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, bu hallar, mübahisəli sahələrdən istifadə edilməsinə maneələrin yaradılması ilə bağlı olduğundan, cavabdehlərin hər hansı hüquqazidd əməlləri müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəlləsinin 560.3.1-ci maddəsinə əsasən, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı X5 cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-ə qarşı “cavabdehlər "xxxx" MTK-ya, İnter MMC-yə, İnter MCC-nin rəhbəri X11 və digər şəxslərə mənə Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri yaşayış sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan edilməsi, obyektǝn istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına görə hər gün üçün müştərək qaydada 500 (beş yüz) manat və mənəvi zərərə görə 2500 manat, mənəvi zərərə ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 2550 (iki min beş yüz ǝlli) manat pulun alınıb ona ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: X5 “cavabdehlər "xxxx" MTK-ya, İnter MMC-yə, İnter MCC-nin rəhbəri X11 və digər şəxslərə mənə Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri yaşayış sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan edilməsi, obyektǝn istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına görə hər gün üçün müştərək qaydada 500 (beş yüz) manat və mənəvi zərərə görə 2500 manat, mənəvi zərərə ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 2550 (iki min beş yüz ǝlli) manat pulun alınıb ona ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-978/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-978/2025
05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver