Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9787/2023 29.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, Kreditor Borclu qarşı pul tələbi barədə məhkəmə əmri haqqında ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: Kreditor Borclu qarşı borcludan kreditorun xeyrinə 240000 ABŞ dolları vəsaiti və 100 manat dövlət rüsumunun tutulması tələbinə dair məhkəmə əmri haqqında ərizə ilə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, Borclu yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 1imi, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Xətai rayonu ərazisində olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor Borclu qarşı borcludan kreditorun xeyrinə 240000 ABŞ dolları vəsaiti və 100 manat dövlət rüsumunun tutulması tələbinə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditora izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-9787/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9787/2023
29.12.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver