Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1248/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pulun, ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun əvəzinin, işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün iddiaçı tərəfindən “İsmayılbəyli və partnyorları vəkil bürosu”nun və notariusun hesabına ümumilikdə ödənilmiş 227,25 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən istirahət parkındakı “Samovar” adlı çayxanada Cavabdeh iddiaçının qızı Nigarın Memarlıq-İnşaat Universitetinə qəbul olunmasında qabiliyyət imtahanından keçirilməsinə köməklik göstərilməsi məqsədilə ondan 7000 manat məbləğində pul almışdır. Lakin sonradan Cavabdeh ona verdiyi vədə əməl edə bilməmiş, Nigarın işində köməklik göstərə bilməmişdir. Ondan aldığı 7000 manat məbləğində pulu isə hələ də qaytarmamışdır. Cavabdeh hərəkətlərindən xx.xx.2018-ci il tarixdə aidiyyəti üzrə Nərimanov RPİ-nin 18-ci PŞ-yə ərizə ilə müraciət etmişdir. Onun müraciəti üzrə Şahmarov X1 RPİ-nin İstintaq Şöbəsinə dəvət edilmiş və araşdırma üzrə onun izahatı alınmışdır. Cavabdeh izahatında faktı təsdiq etmiş, 7000 manat məbləğində pulu ondan aldığını, lakin vədinə əməl edə bilməyərək Nigarın işində köməklik göstərə bilmədiyini, həmin 7000 manat məbləğində pulu qaytara bilmədiyini, pulu öz ehtiyacları üçün xərclədiyini bildirərək qaytaracağına dair söz vermişdir. Cavabdeh polis orqanında pulu qaytaracağına dair verdiyi sözə əməl etməmiş, pulu bu vaxtadək qaytarmamışdır. Ona dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi. O bildirdi ki, 7000 manat pulu iddiaçıdan alıb öz ehtiyacları üçün xərcləmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Pİ İŞ-nin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh barəsində İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan FJB**********132 saylı, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi müqabilində “İsmayılbəyli və partnyorları vəkil bürosu”nun hesabına 210 manat vəsait ödəmişdir. İşdə olan Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, iddianı tam şəkildə qəbul edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh qızının ali təhsillə bağlı məsələsini həll etmək adı ilə İddiaçı 7000 manat pulu almış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı pulu isə iddiaçıya geri qaytarmamış, bunun nəticəsində əsassız varlanmış və iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı bununla bağlı əvvəlcə polis orqanlarına şikayət ərizəsilə müraciət etmiş, bu ərizə əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edildikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında tamamilə öz təsdiqini tapmış, cavabdeh iddiaçıdan 7000 manat pul almasını etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 7000 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, hüquqi yardım göstərilməsi üçün iddiaçı müvafiq vəkil bürosuna 210 manat, etibarnamə verilməsi üçün notariat ofisinə 17,25 manat və iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına 90 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən bütün məhkəmə xərcləri, yəni 317,25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7227,25 manat və dövlət rüsumu üçün 90 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1248/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1248/2023
31.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver