Məhkəmə qərarları › İş №e-2(012)-1268/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1268/2023

26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1268/2023 26.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ödənilməmiş alimentin tutulması və alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2008-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh oğlunun qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, 18 fevral 2008-ci il təvəllüdlü X1 üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 3 illik dövr üçün 6456 manat ödənilməmiş alimentin və xx.xx.2023-cü il tarixdən hər ay Cavabdeh qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Ağstafa rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(015)-191/2017 saylı qətnaməsi ilə Cavabdeh oğlu İlə aralarındakı nikah pozularaq, 08 iyul 2005-ci il təvəllüdlü X2 atasının, 18 fevral 2008-ci il təvəllüdlü X5 isə onun yanında saxlanılması qərara alınmışdır. Həmin vaxtı onun və Cavabdeh aliment tələbi olmamışdır. Lakin nikah pozulmamışdan əvvəl və sonra da hər iki uşaq onun yanında qalmışdır. Uşaqların tərbiyəsi, saxlanılması və qayğısı ilə o məşğul olmuşdur. Bütün xərcləri və lazımi vəsaitləri onun tərəfindən qarşılanmışdır. Cavabdeh keçən müddət ərzində nə uşaqlara maddi kömək etmiş, nə də saxlanılmasında hər hansısa rol oynamamışdır. Halbuki Cavabdeh bunu etməyə kifayət qədər imkanı olmuşdur. Belə ki, Cavabdeh “Caspian Marine Services B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialında “Bosman” vəzifəsində çalışır və aylıq gəliri 1500 manata yaxındır. Bu səbəbdən hesab edir ki, uşaqların saxlanılması üçün aliment məbləği Cavabdeh Qıılu oğlundan alınaraq ona verilməlidir. Cavabdeh uşağın saxlanılmasında heç bir rolu və iştirakı olmamışdır. Həmçinin keçən 3 illik dövrdə 2020-ci il üçün 2040 manat (12 ay x 170 manat=2040 manat), 2021ci il üçün 2100 manat (12 ay x 175 manat=2100 manat), 2022-ci il üçün 2316 manat (12 ay x 193 manat=2316 manat) cəmi 6456 manat aliment məbləği cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, Ağstafa rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(015)-191/2017 saylı qətnaməsi ilə 08 iyul 2005-ci il təvəllüdlü X4 onun, 18 fevral 2008-ci il təvəllüdlü X9 isə anasının yanında saxlanılmışdır. Fikri budur ki, o, yenidən ailə həyatı qursun. Həmçinin himayəsində yaşlı ana və atası vardır. Odur ki, o, 2020-2023-cü illərdə aliment borcunu ödəməyə razı deyildir. Qeyd edilənlərə əsasən, o, hər ay aylıq əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş edir. İş materiallarında olan Ağstafa Rayonu Eynallı Kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 957292 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 18 fevral 2008-ci ildə Baki şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-191/2017 saylı, 25 yanvar 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X6 arasında Ağstafa Rayonu Eynallı Kənd İcra Nümayəndəliyi tərəfindən 31 avqust 2004-cü il tarixdə bağlanmış və 04 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 08 iyul 2005-ci il təvəllüdlü X4 adlı uşağın iddiaçının yəni, atası Cavabdeh və 18 fevral 2008-ci il təvəllüdlü X9 adlı uşağın cavabdehin yəni, X3 tərəflər arasındakı nikah pozulduqdan sonra yanında qalması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 03 aprel 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir və aylıq əmək haqqı 1618 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə qeyd olunan normaya və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, 18 fevral 2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutularaq İddiaçı verilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir, müntəzəm əmək haqqına malikdir və bu hal məhkəmədə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2023-cü ildən tutulmalıdır. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki,həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 3 illik dövr üçün 6456 manat ödənilməmiş alimentin tutulması hissə ilə bağlı qeyd edi ki,tələbin təmin edilməsinə əsas verən faktiki hallarla bağlı sübutlar müəyyən edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 68,60 (altmış səkkiz manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq 18 fevral 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 68,60 (altmış səkkiz manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 18 fevral 2008-ci il təvəllüdlü X1 üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 3 illik dövr üçün 6456 manat ödənilməmiş alimentin və 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar