Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1395/2023 11.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" BOKT MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və BOKT "xxxx" MMC-yə qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" BOKT MMC-dən müştərək qaydada 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) manat məbləğində sığorta ödənişinin, 39.30 (otuz doqquz manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının, cəmi 1970.1 (min doqquz yüz yetmiş manat, on qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh1 və BOKT "xxxx" MMC-yə lazımi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Z. Bünyadov prospektində, "xxxx" ASC-də (bundan sonra ASC) “əmlak sığortası” qaydasında sığortalanmış, X1 idarə etdiyi "xxxx" markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" BOKT MMC-yə məxsus olan və Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat isəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində "xxxx" markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2030.4 (iki min otuz manat qırx qəpik) manat məbləğində qiymətləndirilmiş, həmin məbləğdən 100 (yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra müqavilə üzrə sığortalı və faydalanan şəxs qismində çıxış edən "xxxx" MMC-nın müraciətinə əsasən 1930.4 (min doqquz yüz otuz manat qırx qəpik) manat məbləğində sığorta ödənişi ASC tərəfindən Mustufa Mutlunun hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı 77 548 dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığorta etdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, “Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR MMin 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş İcbari Sığorta Bürosunun rəsmi saytından (isb.az) çıxarışdan müəyyən olunur ki, hadisə baş verən anda “Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan müəyyən olunur ki, hadisə baş verən anda “Opel Astra” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə "xxxx" BOKT MMC-yə məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2030.4 (iki min otuz manat, qırx qəpik) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2196 saylı sığorta aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ödənilməli sığorta ödənişinin məbləği 100 (yüz) manat məbləğində faizsiz azadolma məbləği çıxıldıqdan sonra 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/5924 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. Azərbaycan Respublikasının “İcbari Sığortalar Haqqında Qanunun” 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən Cavabdeh1 və BOKT "xxxx" MMC-dən müştərək qaydada 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi, 39.30 (otuz doqquz manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 1970.1 (min doqquz yüz yetmiş manat, on qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və BOKT "xxxx" MMC-dən müştərək qaydada 1930.4 (min doqquz yüz otuz manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi, 39.30 (otuz doqquz manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 1970.1 (min doqquz yüz yetmiş manat, on qəpik) manat məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1395/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1395/2023
11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver