Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1425/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2006-cı il təvəllüdlü X3 və 19 noyabr 2006-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından 19 noyabr 2006-cı il təvəllüdlü X3 və 19 noyabr 2006-cı il təvəllüdlü X4 adlı iki övladları vardır. Abşeron Rayon Məhkəməsinin 2(012)-371/2021 saylı qətnaməsinə əsasən, tərəflər arasındakı nikahın pozulması və uşaqların atalarının himayəsində qalması qət edilmişdir. Cavabdeh uşaqların maddi təminatı üçün heç bir xərci ödəmir. Uşaqların ehtiyaclarını ödəmək valideyn kimi cavabdehin də vəzifəsidir. Cavabdeh vəzifəsini könüllü icra etmədiyindən, məhkəmə qaydasında alimentin tutulması zəruridir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, kursda işləyir və aylıq gəliri 250-300 manat təşkil edir. Maddi imkanı aşağı olduğundan uşaqları saxlaya bilməyəcəyinə görə uşaqlar atalarını seçmişlər. O, övladlarını görə bilmir. Belə ki, iddiaçı uşaqlara psixoloji təsir göstərmişdir. İddiaçı Bakıda tək yaşayır, diş həkimidir və kifayət qədər gəliri vardır. Uşaqlar isə Qazax rayonundadırlar. Odur ki, o, iddianı qismən qəbul edir və hər ay hər uşağa görə 100 manat məbləğində aliment ödəməyə razıdır. İş materiallarında olan Abşeron Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 978699 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 19 noyabr 2006-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İİ № 084298 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 19 noyabr 2006-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-371/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilkin iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış 15 noyabr 2005-ci il tarixli, 3297 saylı nikahın pozulması, nikah pozulduqdan sonra 19 noyabr 2006-cı il təvəllüdlü X3 və 19 noyabr 2006-cı il təvəllüdlü X2 ataları İddiaçı himayəsində qalmaları, Cavabdeh İddiaçıyla birgə nikahlarından olan övladları 19 noyabr 2006-cı il təvəllüdlü X3 və 19 noyabr 2006-cı il təvəllüdlü X2 onun yanında qalmaları və yektinlik yaşına çatanadək saxlanılmaları üçün dövlət tərəfindən müəyyən edilən yaşayış minimumunun məbləğindən az olmayan məbləğdə alimentin İddiaçı tutularaq ona verilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehin daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən, bundan əlavə uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi və cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 150 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2023-cü ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 56 (əlli altı) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixindən başlayaraq 19 noyabr 2006-cı il təvəllüdlü X3 və 19 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1425/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1425/2023
14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver