Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1454/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 cavabdeh Qarayeva (Ağamalıyeva) Səbinə Vasif qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh Qarayeva (Ağamalıyeva) Səbinə Vasif qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.09.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Qarayeva (Ağamalıyeva) Səbinə Vasif qızının xeyrinə hər ay sabit pul məbləği ilə tutulan alimentin miqdarının azaldılaraq ondan hər ay 200 (iki yüz) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək Abşeron Rayon Məhkəməsinin 30.09.2016-cı il tarixli, 2(012)6681/2016 saylı qətnaməsi ilə təyin edilən alimentin miqdarının azaldılaraq ondan hər ay 200 (iki yüz) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X8 iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 19.04.2017-ci il tarixli, 2(105)-1369/2017 saylı məhkəmə qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 30.09.2016-cı il tarixli, 2(012)6681/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnaməyə əsasən 15.09.2010-cu il təvəllüdlü X23 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq X3 xeyrinə verilməsi, alimentin tutulmasının əvvəlinin 12.08.2016-cı il tarixdən hesablanması qət edilmişdir. İddiaçı 11.09.2013-cü il tarixində X20 ilə Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuş, nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 512 № ilə qeydiyyata alınmışdır. Həmin nikahdan 25.12.2014-cü il təvəllüdlü X13 və 15.11.2015-ci il təvəllüdlü X10 dünyaya gəlmişlər. 06.08.1954-cü il təvəllüdlü anası X14 və 26.10.1948-ci il təvəllüdlü yaşlı atası X15, həmçinin 28.04.1978-ci il təvəllüdlü 1-ci qrup gözdən əlil olan bacısı X1 Elsevər Əmirxan oğlunun himayəsindədir. Yazılanlardan məlum olduğu kimi, İddiaçı himayəsində 1-ci qrup əlil bacısı olmaqla 6 nəfər ailə üzvü var. Həmçinin, qeyd olunmalıdır ki, Qarayeva (Ağamalıyeva) Səbinə Vasif qızının da ailə vəziyyəti dəyişmişdir, o da nikaha daxil olmuşdur. Sadaladıqları, yəni himayəsində olan ailə üzvlərinin maddi baxımdan ancaq onun qazancı ilə yaşadıqlarını, maddi xərclərinin artmasını nəzərə alaraq alimentin 200 (iki yüz) azn sabit pul məbləğində məbləğində müəyyən olunması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Qarayeva (Ağamalıyeva) Səbinə Vasif qızına məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, Cavabdeh məhkəməyə ünvanlandığı ərizədə iddia ərizəsi ilə razı olmadığını, uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1369/2017 saylı 19.04.2017-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 30.09.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh X5 qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilmiş və 15.09.2010-cu il təvəllüdlü X23 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq X3 xeyrinə verilməsi, alimentin tutulmasının əvvəlinin 12.08.2016-cı il tarixdən hesablanması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 30.09.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 16 iyun 2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəyev X7 Xəyalə İzzət qızı ilə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 512 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 25 dekabr 2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 02 oktyabr 2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası X9r. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 28 noyabr 2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25 avqust 2015-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur, atası İddiaçı, anası X9r. İş materiallarında olan Abşron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli 875 saylı arayışdan görünür ki, Xırdalan şəhəri, 27-ci məhəllə,ev 2A, mənzil 61 saylı evdə X17 ailə üzvləri X15, X14, İddiaçı, X18, X19 və X10 ilə birlikdə yaşayırlar. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 195 (yüz doxsan beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olmuşlar və onların birgə nikahdan 15.09.2010-cu il təvəllüdlü X23 oğlu adlı övladları vardır. Uşaq hazırda Cavabdeh himayəsindədir. Abşeron Rayon Məhkəməsinin 30.09.2016-cı il tarixli qətnaməsi ilə 15.09.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancının ¼ hissəsi miqdarında aliment tutularaq X3 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşaqları cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, bundan sonra isə alimentin azaldılmasını və uşaqların maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. Məhkəmə iddianın dəlili olaraq iddiaçının ikinci nikahından himayəsində 25.12.2014-cü il təvəllüdlü X13 və 15.11.2015-ci il təvəllüdlü X6 olması dəlilinə münasibətdə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 30.09.2016-cı il tarixli qətnaməsini qəbul edərkən və apellyasiya icraatında bu məsələlərə hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin 150 manat minimum yaşayış həddində aliment tutulmasına isə formal mülahizə kimi qiymət verilmişdir.Eyni zamanda məhkəmə uşağın artan təlabatını, alimentin məbləğinin azaldılmasını isə onun əvvəlki həyat səviyyəsinin pisləşməsi kimi qiymətləndirir. İddiaçının himayəsində digər əmək qabiliyyətsiz şəxslərin olmasına gəldikdə isə həmin şəxslərin dövlət təminatları mövcuddur. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçının cavabdehlə nikahdan olan uşaqların saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin azaldılmasınin hüquqi əsası olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdeh Qarayeva (Ağamalıyeva) Səbinə Vasif qızına qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1454/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1454/2022
12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver