Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-159/2022 08.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili–nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 28 dekabr 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində olan 0,9806 ha torpaq sahəsinin giriş-çıxış hissəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun öz vəsaiti hesabına sökülməsi və İddiaçı öz əmlakından istifadə edilməsinə yaradılan bütün maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında tərəflər mübahisəni könüllü qaydada həll etdiklərini qeyd edərək, barışıq sazişi bağladıqlarını bildirdilər və təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-159/2022 nömrəli mülki iş üzrə tərəflər – İddiaçı və Cavabdeh aşağıda göstərilən şərtlər daxilində öz aralarında bu barışıq sazişini bağlamışdırlar: 1) İddiaçı və Cavabdeh onlara məxsus torpaq sahələrinin bir hissəsini öz aralarında dəyişdirmək barədə razılığa gəlirlər. 2) İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, (28 dekabr 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********46-06301) çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində xüsusi mülkiyyətində olan daşınmaz əmlakın bir hissəsini – aşağıda göstərilən koordinatlarda yerləşən torpaq sahəsini Cavabdeh mülkiyyətinə verir: X-391827.83 Y-4480784.43 X-391854.26 Y-4480818.00 X-391856.65 Y-4480816.5 X-391830.06 Y-4480782.92 3) Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, (28 dekabr 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********45-12301) çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində xüsusi mülkiyyətində olan daşınmaz əmlakın bir hissəsini – aşağıda göstərilən koordinatlarda yerləşən torpaq sahəsini İddiaçı mülkiyyətinə verir: X-391822.5186 Y-4480837.1202 X-391826.3744 Y-4480835.6283 X-391821.1106 Y-4480789.4651 X-391831.5513 Y-4480783.9181 X-391818.9555 Y-4480761.1105 X-391815.4540 Y-4480763.0442 X-391826.0845 Y-4480782.2931 X-391816.8277 Y-4480787.2111 X-391822.5186 Y-4480837.1202 4) Torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı tərəflərin bir-birinə qarşı hər hansı tələbi, o cümlədən pul tələbi yoxdur və gələcəkdə olmayacaqdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, işin icraatına xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi bu məzmunda: 1) “İddiaçı və Cavabdeh onlara məxsus torpaq sahələrinin bir hissəsini öz aralarında dəyişdirmək barədə razılığa gəlirlər. 2) İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, (28 dekabr 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********46-06301) çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində xüsusi mülkiyyətində olan daşınmaz əmlakın bir hissəsini – aşağıda göstərilən koordinatlarda yerləşən torpaq sahəsini Cavabdeh mülkiyyətinə verir: X-391827.83 Y-4480784.43 X-391854.26 Y-4480818.00 X-391856.65 Y-4480816.5 X-391830.06 Y-4480782.92 3) Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, (28 dekabr 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********45-12301) çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində xüsusi mülkiyyətində olan daşınmaz əmlakın bir hissəsini – aşağıda göstərilən koordinatlarda yerləşən torpaq sahəsini İddiaçı mülkiyyətinə verir: X-391822.5186 Y-4480837.1202 X-391826.3744 Y-4480835.6283 X-391821.1106 Y-4480789.4651 X-391831.5513 Y-4480783.9181 X-391818.9555 Y-4480761.1105 X-391815.4540 Y-4480763.0442 X-391826.0845 Y-4480782.2931 X-391816.8277 Y-4480787.2111 X-391822.5186 Y-4480837.1202 4) Torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı tərəflərin bir-birinə qarşı hər hansı tələbi, o cümlədən pul tələbi yoxdur və gələcəkdə olmayacaqdır” - təsdiq edilsin. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-159/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-159/2022
08.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver