Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1770/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 4950 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, uşaq mebelinin sifariş edilməsi üçün “İnstagram” sosial şəbəkədə Cavabdeh ilə tanış olmuş və cavabdehə yataq mebel dəsti sifariş etmişdir. Cavabdeh ondan dələduzluq yolu ilə 4950 manat almışdır. Belə ki, 2019-cu ilin əvvəlində cavabdeh ondan mebel düzəltmək adı ilə ümumilikdə 4950 manat pul almış və sonda sifariş verdiyi malı ona təqdim etməmişdir. Bununla bağlı o, Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayət vermiş və xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda cavabdeh etiraf etmişdir ki, ondan müxtəlif vaxtlarda ümumilikdə 4950 manat pul vəsaiti alaraq nə işləri görmüş, nə də vəsaiti geri qaytarmışdır. Belə ki, 2019-cu ilin əvvəlində 200 manat, bir müddət sonra 3400 və 1350 manat pul vəsaiti alaraq sifariş verdiyi mebeli ona təqdim etməmişdir. Cavabdehə pul vəsaitini geri qaytarması üçün xəbərdarlıq məktubu göndərməyinə baxmayaraq cavabdeh pulu ödəməkdən yayınmışdır. Cavabdeh izahatında onunla münasibətlərinin 2018-ci ilə təsadüf etdiyini qeyd etmişdir. Bununla bağlı bildirir ki, onun yanılma ehtimalı istisna deyildir. Belə ki, o, Covid-19 virusuna yoluxduğundan və komaya düşdüyündən baş vermiş hadisələrin çoxunu unutmuşdur. Məlumdur ki, Covid-19 virusunun bir fəsadı da yaddaşın itməsidir. Lakin bildirir ki, cavabdehlə 2019-cu ilin fevralında Xətai rayon Polis idarəsində görüşmüşdür. Bundan sonra bu şəxs onu demək olar ki, 2019-cu ilin sonunadək aldadaraq “bugün-sabah mebeli düzəldirəm” deyərək vaxt istəmişdir. Bu şəxsin atası ilə dəfələrlə danışmış və ona vaxt verilməsini xahiş etmişdir. Bundan əlavə, 2019-cu ilin yay aylarında Dərnəgüldə başqa ustanın yanına apararaq ondan mebeli düzəltməyi xahiş etmişdir. Həmin usta da onu bir neçə ay yubatmış, sonra, cavabdehin ona pulu vermədiyinə görə həmin işi görməyəcəyini bildirmişdir. Daha sonra 2020-ci ildə pandemiya başlamış və hər yer qapanmış, 2020-ci ilin noyabr ayında o, Covid-19 xəstəliyinə tutulmuş və təxminən, bir il bu xəstəliklə mübarizə aparmışdır. Belə ki, xəstələndikdən bir neçə gün sonra ağırlaşma olmuş və ilin sonunda X2 komaya düşmüşdür. Hazırki müddətə qədər sağlamlığında yaranmış ciddi problemlərdən dolayı, cavabdehi məhkəməyə verə bilməmişdir. Bu səbəbdən də, prosessual müddət ötürüldüyü təqdirdə isə, həmin müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. Faktiki olaraq o, xəstə vəziyyətində heç cür məhkəməyə müraciət edə bilməmişdir. Həmçinin, müalicəsini 2021-ci ilin yaz-yay aylarında Türkiyə Respublikasında davam etdirmişdir. Cavabdeh iddia müddətinin tədbiqi barədə ərizə versə də, həmin ərizə ilə bağlı qeyd edir ki, cavabdeh dəfələrlə ona işini ona təhvil verəcəyinə dair vədlər vermiş və o, hər dəfə qeyd olunan vədlərə inanmış, ona görə də məhkəməyə müraciət etməmişdir. Lakin sonradan cavabdehin verdiyi vədlərin əbəs olduğunu görmüş, hüquqlarının pozulmasına tam əmin olduqdan sonar bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 2018-ci ilin təxminən may ayında tanış olmuşdur. İddiaçı ilə aralarında xidmətin göstərilməsinə dair rəsmi müqavilə olmasa da, kağız formasında sənəd tərtib olunmuşdur ki, həmin sənəd hazırda onda deyildir. O, İddiaçı pul almış, həmin məbləği tam olaraq xatırlamasa da, uzun müddət keçdiyindən təxminən 5000 manata yaxın pul almışdır. O, sözügedən pul vəsaitini iş görmək məqsədilə almış, lakin işin yarısını görə bilmişdir. Belə ki, qeyd olunan pul vəsaitinin hamısını işlərin görülməsinə sərf etməmişdir. Sözügedən məbləğdən 200 manat hissəsini o, dizayn üçün almışdır. Lakin hadisənin üzərindən 4 ildən artıq vaxt keçdiyindən işin nə vaxt təhvil verilməsinə dair öhdəlik götürdüyünü xatırlamır, bununla belə, zənnincə,. 2018-ci ilin oktyabr ayında verilməli olduğunu hesab edir. Beləliklə, 200 manat dizayn üçün beh, qalan vaxtlarda isə 3400 manat və 1350 manat pul almışdır. Sonradan o, başqa sexdə işə düzəlmiş və bir müddətdən sonra, onun aləti xarab olduğundan işi başa çatdıra bilməmişdir. Lakin o, mebeli təhvil verəcəyinə dair iddiaçıya vəd vermişdir. Sonradan işin alınmayacağını görüb ailə dostu olan şəxsdən yardım istəmişdir. Həmçinin, qeyd edir ki, İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Ona görə də iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 4950 manat pul vəsaitini 3 gün müddətində qaytarmadığı təqdirdə, dəymiş ziyanın və əldən çıxmış faydanın məcburi şəkildə ödənilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş və pretenziya xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən təhvil alınmışdır. -Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarından görünür ki, İddiaçı şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərardan daha sonra görünür ki, toplanmış material əsasında, İddiaçı ərizə ilə Xətai RPİ-nə ərizə ilə müraciət edərək Cavabdeh onun etibarından sui-istifadə edərək 4950 manat pulu dələduzluq yolu ilə ələ keçirməsini göstərmişdir. Həmin ərizə əsasında Xətai RPİ-nin TŞ-də araşdırma aparılmış və araşdırma zamanı İddiaçı ərizəsində göstərdiyi xüsusatları izahatında bir daha təsdiq etmişdir. İzahatı alınmış, Cavabdeh izahatında göstərmişdir ki, sosial şəbəkə olan «İnstagram» vasitəsi ilə İddiaçıla tanış olmuş və sifariş qəbul etmişdir. Taleh əlaqə nömrəsini götürərək yataq dəsti sifariş vermişdir. Talehdən əvvəlcə 200 manat beh almış, daha sonra isə ayrı-ayrı vaxtlarda 3400 manat və 1350 manat pul almışdır. -Cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsi 37-ci Polis şöbəsində verdiyi izahatdan görünür ki, o, İddiaçı ilə İnstagram sosial şəbəkədə tanış olmuş və ondan yataq dəstinin hazırlanması ilə bağlı sifariş götürmüşdür. O, İddiaçı Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsi 26 saylı evin 5 saylı mənzilində ümumilikdə cəmi 4950 manat pul vəsaitini almışdır. Qeyd olunan məbləğin 1100 manat hissəsinə işin yarısını həll etmiş, 200 manat hissəsi dizayna sərf olunmuş, qalan məbləği isə öz şəxsi problemlərinin həll edilməsi üçün xərcləmək məcburiyyətində qalmışdır. Qeyd olunan məbləği tam şəkildə qaytarmağa hazırda, maddi imkanı yoxdur. Ən pis halda isə 5-6 ay ərzində həmin məbləği qaytarmağı öhdəsinə götürə bilər. İzahatı özü yazmış və doğruluğunu imzası ilə təsdiq etmişdir. -İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, İddiaçı X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, X3 isə xx.xx.2020-ci il tarixdə xx.xx.2021-ci il tarixədək müayinədə olmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Bəhlulzadə küçəsi keçid 1, 69 saylı evdə, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə, 16B saylı evin 15 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, “İnstagram” sosial şəbəkədə İddiaçı Cavabdeh mebel sifarişi ilə əlaqədar olaraq tanışlıqları yaranmış, nəticədə, cavabdeh iddiaçıya mebel dəstinin hazırlanması ilə bağlı xidmət göstərməyi, iddiaçı isə göstərilən xidmətin müqabilində ödəniş etməyi öhdəsinə götürmüşdür. Beləliklə, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda hissə-hissə ödənişlər edilərək cəmi 4950 manat pul vəsaiti verilmiş, bununla da iddiaçının öhdəliyini yerinə yetirməsinə və cavabdeh tərəfindən həmin pul vəsaitinin alınmasına baxmayaraq, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməyərək təhvil verilməsi nəzərdə tutulmuş mebel dəsti iddiaçıya verilməmişdir. Bu səbəbdən də iddiaçı cavabdehə ödənilmiş cəmi 4950 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, Mülki Məcəllənin 752.1. maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında işlərin görülməsi, xidmətin göstərilməsinə dair 2018-ci ildə münasibət yaranmışdır. Belə ki, cavabdeh mebel dəstinin hazırlanmasını öz öhdəsinə götürsə də, həmin xidmət müqabilində verilmiş 4950 manat pul vəsaitini ayrı-ayrı vaxtlarda almış, lakin işi yarım şəkildə görərək tam şəkildə təhvil verməmişdir. Göründüyü kimi, tərəflər arasında xidmətin göstərilməsinə dair müqavilə bağlanmasa da, şifahi şəkildə işlərin görülməsinə dair münasibətlər yaranmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı, həmçinin, Bakı şəhəri Xətai rayon Polis idarəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh həqiqətən də, İddiaçı mebelin hazırlanması ilə bağlı sifariş götürmüş və həmin işin görülməsinə görə müxtəlif vaxtlarda olmaqla cəmi 4950 manat pul almışdır. Sözügedən pul məbləğinin alınması eyni zamanda, məhkəmə araşdırması zamanı izahat vermiş cavabdehin etirafında da öz əskini tapmışdır. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, cavabdehin izahatını və Bakı şəhəri Xətai rayon Polis idarəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarını qiymətləndirib, Cavabdeh İddiaçı cəmi 4950 manat məbləğində borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh cəmi 4950 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Mülki Məcəllənin: 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair münasibətlər 2018-ci ildə yaranmasına baxmayaraq, həmin münasibətlərə dair tərəflər arasında rəsmi şəkildə tərtib olunmuş müqavilə bağlanmamışdır. Eyni zamanda, mülki iş materiallarından göründüyü kimi, iddiaçı 2020-ci ilin dekabr ayından 2021-ci ilin yanvar ayınadək müalicə müəssisəsində müayinədə olması və Covid-19 virusu ilə əlaqədar olaraq uzun müddət müalicələr alması səbəbindən vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Belə ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar olaraq ölkə üzrə tədbirlər görülmüş, qeyri-iş günləri elan edilmiş, nəticə etibarı ilə, vətəndaşların əmək fəaliyyəti ilə məşğul olması məhdudlaşdırılmışdır. Qaydaların tələblərindən göründüyü kimi, ölkə ərazisində Covid-19 virusunun tüğyan etdiyi zamanda, özəl və dövlət müəssisələrində qeyri-rəsmi iş günlərinin elan edilməsi vətəndaşların həmçinin, məhkəməyə müraciət etməsini məhdudlaşdırmışdır. Eyni zamanda, iddia müddətinin axımının şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanması nəzərə alınaraq, məhkəmə cavabdeh tərəfindən verdiyi vədlərə güvənərək etdiyi sifarişi tez bir zamanda alacağını zənn edən iddiaçının həmin vədlərə inanıb, sonunda, verilən vədlərin əbəs olması qənaətinə gələrək, bu səbəbdən də, iddiaçının vaxtında məhkəməyə müraciət etməməsini üzrlü hesab edir və cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh borca görə 4950 (dörd min doqquz yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pul vəsaiti olmaqla cəmi 5000 (beş min) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov