Məhkəmə qərarları › İş №e-2(012)-181/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-181/2023

05.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-181/2023 05.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh MTK-ya qаrşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MTK (“Progress-2016" MTK) arasında bağlanmış 82 nömrəli 09 sentyabr 2017-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnаmə qəbul еdilməsini məhkəmədən хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 531 nömrəli 05 aprel 2012-ci il tarixli müqaviləyə əsasən həmin MMC-nin Abşeron rayon Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 5-ci bloku üzrə 2-ci mərtəbəsində sahəsi 111,0 kv.metr təşkil edən üçotaqlı 6 saylı mənzilin tam dəyərini 46620 manatının ilkin olaraq 38500 manatını ödəməklə almışdır və "HAYAN-E” MMC həmin mənzili ona təhvil verməyi öhdəsinə götürüb. Sonra isə “REAL-2016" MTK-nın varisi olduğu "xxxx" MMC və Cavabdeh MTK ilə bağlanmış 531 nömrəli 05 aprel 2012-ci il tarixli müqavilə əsasında onunla “REAL-2016" MTK arasında bağlanmış 82 nömrəli 09 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən həmin MTK-nın Abşeron rayon Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 A ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış evinin 5-ci bloku üzrə 2-ci mərtəbəsində sahəsi 119,5 kv.metr təşkil edən üçotaqlı 6 saylı mənzili ona ayırmağı öhdəsinə götürüb. Həmin mənzilin dəyəri isə 59750 manat qiymətləndirilib. Mənzilə görə tərəfindən əvvəlcədən ödənilmiş vəsait (59750-38500=21250) çıxılmaqla 21250 manat borcu qalıb və o, həmin vəsaitin 6700 manatını da Cavabdeh MTK-nın hesabına ödəmişdir. Bu barədə kassa mədaxil orderlərinin qəbzləri verilib. Cavabdeh MTK-ya pul vəsaitləri ona görə ödənilib ki, "xxxx" MTK adı yenidən dəyişdirilərək Cavabdeh MTK olub. Dəfələrlə müraciət etsə də, cavabdehin rəhbərliyi tərəfindən yaşayış sahəsi ona təhvil verilmir və buna görə də o, yaşayış sahəsindən istifadə edə bilmir. Müqavilənin şərtlərinə əsasən ona ayrılan yaşayış sahəsi müqavilədə göstərilən müddətdə ona təhvil verilməli idi. Lakin cavabdeh tərəfindən bu barədə öhdəlik götürülsə də və bununla bağlı tərəfindən Kooperativ rəhbərliyinə müraciətlər olunsa da, əfsuslar olsun ki, mənzil ona təhvil verilmir. Sonradan məlum olub ki, ona verilməsi nəzərdə tutulan mənzil üzrə bina inşa edilmir və inşasının tamamlanması da məlum deyil. O, qabaqcadan cavabdeh tərəfindən mənzilin tikilməyəcəyini bilsəydi, müqavilə bağlamazdı. Göstərilənlərlə əlaqədar o, xx.xx.2022-ci il tarixli rəsmi xəbərdarlıqla xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək onunla "xxxx" MTK (Cavabdeh MTK) arasında bağlanmış 82 nömrəli 09 sentyabr 2017-ci il tarixli müqavilənin ləğv edilməsini və ödədiyi 45200 manat pulun 10 gün müddətində ona qaytarılmasını xahiş etmişdir. Lakin etdiyi xəbərdarlığa cavabdeh tərəfindən heç bir münasibət bildirilməyərək ödədiyi vəsait ona qaytarılmadı. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 44200 manat pulun alınıb ona verilməsi barədə qətnаmə qəbul еdilməsini məhkəmədən хаhiş еtmişdir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 5-ci bloku 2-ci mərtəbəsində yerləşən 119,5 kv.m sahəsi olan 6 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnаmə qəbul еdilməsini məhkəmədən хаhiş еtmişdir. Məhkəmə iclаsındа iddiаçı İddiaçı və onun vəkili-nümayəndəsi X2 iddiа tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsini məhkəmədən xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 531 nömrəli 05 aprel 2012-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Abşeron rayon Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən sahəsi 111,0 kv.metr təşkil edən üç otaqlı 6 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürür. Həmin mənzilin dəyəri 46620 manat təşkil edir. İşdə olan İddiaçı ilə “REAL-2016" MTK arasında bağlanmış 82 nömrəli 09 sentyabr 2017-ci il tarixli müqavilədən görünür ki, “REAL-2016" MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 A ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış evinin 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən sahəsi 119,5 kv.metr təşkil edən üç otaqlı 6 saylı mənzili İddiaçı ayırmağı öhdəsinə götürür. Həmin mənzilin dəyəri 59750 manat təşkil edir. İşdə olan müxtəlif tarixli kassa mədaxil orderlərindən görünür ki, İddiaçı "xxxx" MTKya xx.xx.2018-ci ildə 400 manat, Cavabdeh MTK-ya xx.xx.2019-cu ildə 500 manat, xx.xx.2020-ci ildə 500 manat, xx.xx.2020-ci ildə 500 manat və xx.xx.2020-ci ildə 500 manat ödəniş etmişdir. İşdə olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən İddiaçı xx.xx.2022-ci ildə 1000 manat pul qaytarılmışdır. İşdə olan Cavabdeh MTK-nın məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində inşa edilən 15 mərtəbəli yaşayış binasının 5-ci bloku 1ci mərtəbəsində yerləşən 81,2 kv.m sahəsi olan 6 saylı mənzil başqa sakinə məxsusdur. İddiaçı dair heç bir sənəd və məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məktubundan görünür ki, 5 saylı ƏVİ-də qeydiyyatda olan "xxxx" MTK xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin fəaliyyəti hazırda aktiv vəziyyətdədir. İşin müəyyən olunan hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında 531 nömrəli 05 aprel 2012-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə ilə "xxxx" MMC Abşeron rayon Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən sahəsi 111,0 kv.metr təşkil edən üç otaqlı 6 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin dəyəri 46620 manat təşkil etmişdir. Bu müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bir sıra ödənişlər edilmişdir. Bununla belə, işin hallarından görünür ki, sonradan tərəflər ("xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK) öz aralarında həmin müqaviləni faktiki olaraq ləğv etmişlər və mənzilə görə ödənilmiş məbləğdən 1000 manat pul xx.xx.2022-ci il tarixdə İddiaçı qaytarılmışdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Qeyd edildiyi kimi, tərəflər öz aralarında bağladıqları müqaviləni ləğv etmişlər və İddiaçı bu müqaviləyə əsasən cavabdehə ödədiyi vəsaitin müəyyən hissəsini geri almışdır. Ləğv edilmiş müqavilə üzrə öhdəliklərin tələb edilməsi isə qüvvədə olan qanunvericiliyə görə qeyri-mümkündür. Belə ki, Mülki Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Bundan başqa, işdən görünür ki, İddiaçı ilə “REAL-2016" MTK arasında bağlanmış 82 nömrəli 09 sentyabr 2017-ci il tarixli müqavilə ilə “REAL-2016" MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 A ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış evinin 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən sahəsi 119,5 kv.metr təşkil edən üç otaqlı 6 saylı mənzili İddiaçı ayırmağı öhdəsinə götürmüşdür. Həmin mənzilin dəyəri isə 59750 manat təşkil etmişdir. İddia tələbindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 5-ci bloku 2-ci mərtəbəsində yerləşən 119,5 kv.m sahəsi olan 6 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnаmə qəbul еdilməsini məhkəmədən хаhiş еtmişdir. İşdəki sənədlərdən görünür ki, "xxxx" MTK xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və onun fəaliyyəti hazırda aktiv vəziyyətdədir. İş materiallarında "xxxx" MTK-nın öhdəliklərinə görə Cavabdeh MTK-nın cavabdehlik daşıması barədə hər hansı mötəbər sənəd yoxdur. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 5-ci bloku 2-ci mərtəbəsində yerləşən 119,5 kv.m sahəsi olan 6 saylı mənzilə görə İddiaçı qarşısında hər hansı öhdəlik daşımır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar