Məhkəmə qərarları › İş №e-2(012)-1963/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1963/2022

01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1963/2022 01.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı X2rşı birgə nikah zamanı əldə olunmuş əmlakın bölünməsi barədə ilkin və X5 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin bölünməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X2rşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 4 saylı evin 4 saylı mənzilinə ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci ildə Bakı şəhəri, Sabunçu rayonu Qeydiyyat Şöbəsində nikaha daxil olmuşlar. Həmin nikahdan 07 oktyabr 2006-cı il təvəllüdlü X24, 07 yanvar 2008-ci il təvəllüdlü X32 və 30 oktyabr 2019cu il təvəllüdlü X25 doğulmuşlar. Ailə münasibəti hazırda pozulmuşdur. Cavabdehin birgə nikahın pozulması, uşaqların onun yanında qalması və aliment tələbi üzrə iddia ərizəsi hazırda Abşeron Rayon Məhkəməsində baxılmaq üzrədir. Münasibətlərin davam etdirilməsi mümkünsüzdür. Ona görə də birgə nikah dövründə əldə edilmiş əmlak və "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC-də olan bank hesablarındakı məbləğlərin bölünməsi zərurəti yaranmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev Prospekti, 30-cu məhəllə, 4 saylı evin 4 saylı mənzilinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə **********54-05304-093025 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. X11 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin bölünməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş KİA SPORTAGE markalı, 2011-ci il buraxılışlı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satışından əldə edilmiş 22000 manat pul vəsaitinin 2/3 hissəsinin, yəni 14666 manat pul vəsaitinin və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 156 manat dövlət rüsumunun əvəzinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2005-ci ildə Bakı şəhəri, Sabunçu rayonunun qeydiyyat şöbəsində qeydə alınmışdır. Həmin nikahdan 07 oktyabr 2006-cı il təvəllüdlü X24, 07 yanvar 2008-ci il təvəllüdlü X32 və 30 oktyabr 2019-cu il təvəllüdlü X25 doğulmuşdur. Tərəflərin nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə nikah dövründə hazırda ilkin iddia ilə mübahisələndirilən daşınmaz əmlakdan başqa, daşınar əmlakları, yəni Kia Sportage markalı, 2011-ci il buraxılışlı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini də əldə etmişlər. Həmin avtomobil qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh doğma bacısının əri Hüseynov Fəridin mülkiyyətində olmuşdur. Lakin Fərid həmin avtomobili aralarında olan razılaşmaya əsasən Cavabdeh satmışdır. Avtomobil "xxxx" KB ASC tərəfindən girovla yüklü edildiyi üçün kredit ödənilənə qədər avtomobili rəsmiləşdirmək mümkün olmamışdır. Avtomobilin banka olan kredit borcunu tərəflər birgə nikah dövründə ümumi büdcədən istifadə edərək ödəmişlər. Ödənişlərin hamısı İddiaçı və bəzən Cavabdeh tərəfindən banka ödənilmişdir. Bunu subut edən çoxsaylı qəbzlər var. Həmçinin avtomobilin İddiaçı istifadəsində olması BDYPİ tərəfindən verilmiş məktubla da öz təsdiqini tapır. 2015-ci ildən 2021-ci ilə qədər avtomobili idarə etmək və sərəncam vermək üçün etibarnamələr mövcud olmuşdur. Bundan başqa, sübut qismində parklama xidmətinə görə bağlanmış müqavilə və ödəniş qəbzlərini də göstərmək olar. Həmin qəbzlərdən görünür ki, KİA Sportage markalı, **-BC-*** nömrəli avtomobilin dayanacağı məhz tərəflərin birgə yaşadıqları ünvanın qarajı olmuş və bütün ödənişləri Cavabdeh həyata keçirmişdir. Cavabdeh nikahın pozulmasına dair iddia qaldırdığı vaxt İddiaçı həmin avtomobili öz adına keçirmədən etibarnamə ilə başqa şəxsə satmış və həmin avtomobilin satışından 22000 manat pul vəsaiti əldə etmişdir. Bu məbləğ azyaşlı uşaqların da mənafeyi nəzərə alınaraq tərəflər arasında bölünməlidir. Avtomobilin real bazar dəyəri (İddiaçı satdığı məbləği etiraf etməsə) qiymətləndirmə yolu ilə də müəyyən edilə bilər. Beləliklə, yuxarıda sadalanan dəlillərdən görünür ki, tərəflər birgə nikah dövründə Kia Sportage markalı, 2011-ci il buraxılışlı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini əldə etmişlər, həmin avtomobil girovla yüklü edildiyi üçün öz adına rəsmiləşdirilməmiş, kredit ödənişləri ailə büdcəsindən ödənilmişdir, avtomobilin cavabdehin daimi istifadəsi və sahibliyində olması mübahisəsizdir (kredit ödənişləri, qaraj xidmətləri, verdiyi etibarnamələr). Lakin qarşılıqlı iddia üzrə cavabdeh nikah pozulma ərəfəsində həmin avtomobili bölməmək üçün etibarnamə ilə satmış və əldə etdiyi vəsaiti arvadı ilə bölməkdən imtina etmişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 ilkin iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə etdi ki, mübahisəli avtomobil nə onun, nə də keçmiş arvadının mülkiyyətində olmadığından qarşılıqlı iddia rədd olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh X5 vəkili və nümayəndəsi Vəkil2 ilkin iddiaya qismən etiraz etdi və onun 2/5 hissədə İddiaçı xeyrinə təmin olunmasını xahiş etdi. O, qarşılıqlı iddianın əsaslı olması səbəbilə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X19 göstərdi ki, o, X5 bacısı Xalidəgilin ailəvi dostudur və onlara sürücülük etmişdir. Onların bir çox əmlakı onun adına olsa da, bu əmaklara dair kredit ödənişlərini özləri etmişlər. Mübahisəli avtomobilə dair bütün hərəkətləri Xalidənin ərinin tapşırığına əsasən yerinə yetirmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X14 göstərdi ki, o, İddiaçı bacısının əridir. Kreditdə olan maşına görə o, Xalidənin əri Rəşidə ilkin olaraq 6000 manat pul ödəmişdir. Bütün ödənişlər bitənə kimi avtomobili etibarnamə əsasında Emil idarə etmişdir. Aylıq 700 manat olmaqla 20 ay kredit ödənişini etmişdir. Ödənişlərin bəzən Emil tərəfindən edilməsini xahiş etmişdir. Daha sonra isə maşını öz adına keçirmişdir. Bir müddət sonra bu avtomobili 20000 manata satmışdır. Əldə etdiyi pulun heç kimə aidiyyəti yoxdur. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, 30cu məhəllə, 4 saylı evin 4 saylı mənzili üzərində X5 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır və hazırda da onun mülkiyyətindədir. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, 30-cu məhəllə, 4 saylı evin 4 saylı mənzili üzərində X5 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan AZ-İ 862396, AZ-İİ 069748 və AZ-İV 366538 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 07 oktyabr 2006-cı il təvəllüdlü X24, 07 yanvar 2008-ci il təvəllüdlü X32 və 30 oktyabr 2019cu il təvəllüdlü X25 adlı uşaqlar doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında AZ-İ 410908 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahının pozulması 15 mart 2022-ci il tarixdə 78 sayla qeydə alınmışdır. Nikah pozulduqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan Abşeron rayon Polis Şöbəsinin 4479 saylı, xx.xx.2014-cü il tarixli arayışından görünür ki, İddiaçı ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və KİA Sportage ** BC *** markalı avtomobilinin texniki pasportu və etibarnaməni Xırdalan şəhərində naməlum şəraitdə itirməsi barədə xx.xx.2014-cü il tarixdə Abşeron RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sənədlərin tapılması istiqamətində polis tərəfindən müvafiq axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan BDYPİ-nin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, Kia Sportage markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin əvvəlki sahibi X14 xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixdə İddiaçı etibarnamə vermişdir. İddiaçı X18 xx.xx.2021-ci il tarixdə, X4 Rəfail Dadaşbala oğluna xx.xx.2021-ci il tarixdə, X1 İsrafil Rafail oğluna xx.xx.2022-ci il tarixdə etibarnamələr vermişlər. Avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş və X15 adına qeydə alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)- 1031/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış 521 nömrəli akt qeydli nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X24, xx.xx.2008-ci il təvəllüdlü X32 və xx.xx.2019-cu il təvəllüdlü X16 anaları Cavabdeh yanında saxlanılması, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X17, xx.xx.2008-ci il təvəllüdlü X27 və xx.xx.2019-cu il təvəllüdlü X16 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Kia Sportage markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin əvvəlki (xx.xx.2011-ci il) sahibi X3 Yaşar Əsədulla oğluna xx.xx.2013-cü il tarixdə etibarnamə vermişdir. İş materiallarında olan çoxsaylı kassa mədaxil orderlərindən görünür ki, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qaraj üçün ödəmələrini Cavabdeh ödəmişdir. İş materialları ilə təsdiq olunur ki, tərəflər xx.xx.2005-ci il tarixdə nikaha girmişlər və bu nikahdan onların xx.xx.2006-cı il təvəllüdlü X24, xx.xx.2008-ci il təvəllüdlü X32 və xx.xx.2019-cu il təvəllüdlü X25 adlı uşaqları olmuşdur. Sonradan onların münasibətləri pozulmuş və nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)- 1031/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan hüquqmüəyyənedici sənədlərdən görünür ki, tərəflər birgə nikahda olarkən Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, 30-cu məhəllə, 4 saylı evin 4 saylı mənzilini əldə etmişlər və əmlak xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. Bundan başqa, Cavabdeh iddia edir ki, Kia Sportage markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili də birgə nikah zamanı əldə edilmişdir və buna görə bu daşınar əmlakın satışından əldə edilmiş vəsait də tərəflər arasında bölünməlidir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb, onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, 30-cu məhəllə, 4 saylı evin 4 saylı mənzili tərəflərin birgə nikahı zamanı onların birgə vəsaiti hesabına əldə edildiyindən, həmin mənzil üzərində tərəflərin payları bərabər müəyyən edilməlidir. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, Kia Sportage markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçiləri tərəflər deyil, başqa şəxslər olmuşlar və deməli, bu daşınar əmlak tərəflərin birgə nikahı zamanı əldə edilmiş əmlak hesab edilə bilməz. Bu əmlaka dair onun sahibi tərəfindən İddiaçı hər hansı səlahiyyətin etibar edilməsi onun bu əmlakdan bəhrələnməsi kimi qiymətləndirilə bilməz. Ona görə də bu əmlakın satışından əldə edilmiş vəsaitin bölüşdürülməsi barədə qarşılıqlı iddia təmin edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X30rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı iddiasının əsaslarına dair tələblərini sübut edə bilmişdir. Bu baxımdan məhkəmə onun iddia ərizəsində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər ilkin iddianın təmin edilməsi üçün əsasdır. Lakin S.İ.İsmayılova qarşılıqlı iddiasının əsaslılığına dair dəlillərini sübuta yetirə bilməmişdir və buna görə də onun tələbi təmin olunmamalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 4 saylı evin 4 saylı mənzili üzərində İddiaçı və X5 hər birinin ½ hissədə payları müəyyən edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu X6 tutularaq İddiaçı qaytarılmalı, qarşılıqlı iddia təmin edilmədiyindən S.İ.İsmayılova tərəfindən ödənilmiş 156 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 4 saylı evin 4 saylı mənzili üzərində İddiaçı və X5 hər birinin ½ hissədə payları müəyyən edilsin. Qarşılıqlı iddia təmin edilməsin. İlkin iddianın verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu X6 tutularaq İddiaçı qaytarılsın. Qarşılıqlı iddianın verilməsinə görə X5 ödədiyi 156 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar