Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2033/2022 15.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın ananın yanında qalması və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Abşeron rayonu, Novxanı kənd icra nümayəndəliyində bağlanmış 20 mart 2006-cı il tarixli, 5 saylı nikahın pozulması, birgə nikahlarından dünyaya gəlmiş 14 noyabr 2004-cü il təvəllüdlü X2 onun himayəsində qalması və 14 noyabr 2004-cü il təvəllüdlü X1 üçün hər ay qazancın və ya başqa gəlirlərinin dörddə bir hissəsi və iddiaçı tərəfindən ödənilmiş mediasiya prosessinin tətbiqi ilə bağlı 50 manat məbləğində xərcləri və 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh tərəfindən tutulması haqqında qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında 20 mart 2006-cı il tarixdə Abşeron rayonu, Novxanı kənd icra nümayəndəliyi tərəfindən 5 saylı rəsmi nikahları qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 14 noyabr 2004-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Nikah bağandıqdan sonra iddiaçı cavabdeh ilə bir müddət mehriban yaşasalar da, daha sonra cavabdehin xasiyyətində ciddi dəyişikliklər baş vermiş və bu səbəbdən ər-arvadın münasibətləri faktiki olaraq dağılmışdır. Tərəflər uzun müddətdir ki, faktiki olaraq ərarvad kimi yaşamır və birgə təsərrüfat aparmırlar. Bu səbəbdən iddiaçının boşanmaqda fikri qətidir. Bundan əlavə cavabdehöin rəsmi iş yeri vardır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, nikahın pozulmasıa razı deyildir. Belə ki, iddiaçı evi 22 dekabr 2021-ci il tarixində özbaşına tərk etmişdir. O, iddiaçını və yoldaşını 3 ay müddətində tapa bilməmişdir. O, əvvəllər taksi sürücüsü kimi işləmişdir. Həmçinin o şəkər xəstəsidir. Odur ki, onun aliment ödəməyə maddi imkanı yoxdur, ən çoxu 50 manat aliment ödəyə bilər. İş materiallarında olan Abşeron rayonu, Novxanı kənd icra nümayəndəliyi tərəfindən verilmiş № 05/Q-12/69 saylı arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20 mart 2006-cı il tarixli, 5 saylı nikah bağlanmışdır. İş materiallarında olan Abşeron rayonu, Novxanı kənd icra nümayəndəliyi tərəfindən verilmiş № 05/Q-10/69 saylı arayışdan görünür ki, X3 14 noyabr 2004-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmədə aydın olmuşdur ki, tərəflərin birgə münasibətlərindən bir yetkinlik yaşına çatmayan uşaqları anadan olmuş, daha sonra tərəflər rəsmi nikah bağlamışlar. Lakin hazırda tərəflər ər-arvad münasibətlərini kəsmiş və ayrı yaşayırlar. Bu səbəbdən ailənin bərpa edilməsinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə, tərəflərə barışmaları üçün 3 ay vaxt verməklə işi təxirə salsa da, bu müddət ərzində tərəflər arasında hər hansı bir barışıq olmamışdır. Belə ki, iddiaçı nikahın pozulmasında israrlı olmasını bildirmişdir. Bu bir daha onu göstərir ki, tərəflər faktiki olaraq ayrılmışlar, ailənin bərpasına ümid yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə ər-arvad arasında yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığı, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydası və miqdarı və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi barədə saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Uşaqla bağlı mübahisə olmadığından məhkəmə hesab edir ki, 14 noyabr 2004-cü il təvəllüdlü X3 anası İddiaçı ilə qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, 14 noyabr 2004-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2022-ci ildən tutulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə dövlət rüsumu kimi ödədiyi 50 (əlli) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hisədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Novxanı kənd icra nümayəndəliyində bağlanmış 20 mart 2006-cı il tarixli, 5 saylı nikah pozulsun. 14 noyabr 2004-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalsın. xx.xx.2022-ci il tarixdən başlayaraq 14 noyabr 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamənin aliment hissəsi dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2033/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2033/2022
15.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver