Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2160/2022 19.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 aprel 2010-cu il təvvəllüdlü X1 və 25 mart 2014-cü il təvvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin bütün növ gəlirlərindən sabit pul məbləğində hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini bikəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı və Cavabdeh arasında Saatlı rayon Əlisoltanlı kəndi, Fin şəhərciyində 26.11.2009-cu il tarixli, 04 saylı nikah qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 19 aprel 2010-cu il təvvəllüdlü X3 və 25 mart 2014-cü il təvvəllüdlü X4 dünyaya gəlmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-214/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 26 noyabr 2009-cu il tarixdə Saatlı rayon Əlisoltanlı kəndi, Fin şəhərciyində bağlanmış 04 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 19 aprel 2010-cu ildə anadan olmuş X1 və 25 mart 2014-cü ildə anadan olmuş X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Nikah pozulduqdan sonra uşaqlar iddiaçının himayəsində qalmış, bütün maddi və mənəvi tələbatlarını iddiaçı ödəmişdir. Belə ki, cavabdeh ayda hər uşağa 25 manat olmaqla, cəmi 50 manat pul göndərmiş, son vaxtlar isə həmin pulu göndərməkdən imtina etmişdir. İddiaçı iddia ərizəsində hər uşağa görə hər ay 193 manat olmaqla, cəmi 386 manat aliment tələb etsə də, hazırda cavabdehin maddi durumunun aşağı olmasını nəzərə alaraq, hər uşağa görə hər ay 120 manat olmaqla, cəmi 240 manat alimentin cavabdehdən tutulmasına razıdır. Cavabdeh məhkəmə iclasında izahatında və ünvanladığı etirazda bildirdi ki, Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən, sözügedən iddiaya etiraz edir. Həmin məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Cavabdeh olaraq öz hüquqlarından istifadə edir. Belə ki, İddiaçı ondan yüksək miqdarda aliment tələb edir. Hal-hazırda işsizdir. Özü isə xəstədir və mütəmadi müalicə alır. İİ qrup əlildir. Məhdud əmək qabiliyyətlidir. Cəmi 180 manat pensiya alır. Övladları Hüseynin və Zəhranın yetkinlik yaşlarına çatana kimi hər ay cəmi 120 manat aliment ödəyə bilər. Bundan əlavə imkan daxilində övladlarına maddi dəstək olacaqdır. Qeyd edilənlərə əsasən o, iki uşağın saxlanması üçün hər ay cəmi 120 manat alimentin tutulmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Saatlı rayon Əlisoltanlı kəndi, Fin şəhərciyi tərəfindən verilmiş AZ-İİ № 180318 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 19 aprel 2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Saatlı rayon Əlisoltanlı kəndi Ərazi Qaçqın və Köçkün şəhərciyi tərəfindən verilmiş AZ-İİİ 285480 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 25 mart 2014-cü ildə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 2(055)-214/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26 noyabr 2009-cu il tarixdə Saatlı rayon Əlisoltanlı kəndi, Fin şəhərciyində bağlanmış 04 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 19 aprel 2010-cu ildə anadan olmuş X1 və 25 mart 2014-cü ildə anadan olmuş X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Həmin Məcəllənin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu normalardan çıxış edərək və iddiaçı tərəfindən hər uşağa görə hər ay 120 manat olmaqla, cəmi 240 manat aliementin tutulmasına razı olmasını nəzərə alaraq, belə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 120 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment 16.03.2022-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 48,80 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 16.03.2022-ci il tarixindən başlayaraq 19 aprel 2010-cu il təvəllüdlü X3 və 25 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 48,80 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2160/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2160/2022
19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver