Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2414/2025 14.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X7 mənzilin təmirinə görə ödəməli olduğu 54639 manat pul vəsitinin və ödənilmiş 254 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyətlə Cavabdeh arasında xx.xx.2021ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sifarişçiyə məxsus Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, 37 saylı evdə yerləşən və ümumi sahəsi 201,80 kv.metr olan 7 saylı mənzildə əsaslı təmir işlərinin yerinə yetirməyi, işləri başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının işinin müqabilində bu müqavilədə razılaşdırılımış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən podratçı tərəfindən görülən işlərinin işçi qiymətləri malmaterialla birgə ümumi dəyəri 80000 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən görülən işlərin ödənişi sifarişçi tərəfindən müqavilə imzalandığı an razılaşdırılmış təmirin ümumi dəyəri olan 80000 manat məbləğinin 20%, yəni 16000 manat pul vəsaitini ilkin olaraq podratçıya ödəməyi, qalan 64000 manat məbləğini tərəflərin razılığı əsasında 24 ay ərzində sifarişçi tərəfindən hər ay 2667 manat pul vəsaitini podratçıya ödəməyi öhdəsinə götürür. Müqavilədə qeyd olunan işlər podratçı tərəfindən tam görülmüş, mənzil təmir olunub cavabdehə təhvil verilmişdir. Müqavilədə qeyd olunan ilkin ödənilməli olan 16000 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmiş və bir neçə dəfəyə cəmi 9361 manat iddiaçıya ödənilmişdir. Bundan sonra, cavabdeh ödəməli olduğu pul vəsaitindən ödəniş etməmiş və müxtəlif bəhanələrlə pulun ödənilməsini gecikdirmişdir. Beləliklə cavabdeh müqavilədə qeyd olunan məbləğin qalan hissəsini, yəni 54639 manatı iddiaçıya ödəməmişdir. Hal-hazırda isə məlum olmuşdur ki, cavabdeh təmir olunan mənzili başqa şəxsə satmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən X8 göstərdi ki, mübahisəli mənzili Cavabdeh almışdır. Onun əri İran vətəndaşı idi. Mənzili 345000 manata almışdır. Mənzil tam təmirli vəziyyətdə idi. Təmirə təqribən 80-100 min manat sərf oluna bilər. Mənzili satana kimi əlavə təmir işi aparmamışdır. Məhkəmə iclasında şahid kimi ifadə verən X11 göstərdi ki, mübahisəli mənzili Fəxrəddin Hacıyevdən almışdır. Mənzili təqribən 300000 manata almışdır. Mənzil tam təmirli vəziyyətdə idi. Təmirə təqribən 80 min manat sərf oluna bilər. Məhkəmə iddiaçının nümayəndəsini və şahidləri dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, 37 saylı evdə yerləşən və ümumi sahəsi 201,80 kv.metr olan 7 saylı mənzili xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. İşdəki xx.xx.2021-ci il tarixi podrat müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, 37 saylı evdə yerləşən və ümumi sahəsi 201,80 kv.metr olan 7 saylı mənzilinin 80000 manat müqabilində təmir olunması ilə bağlı Cavabdeh ilə İddiaçı MMC arasında razılıq əldə edilmişdir. İşdə olan xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci iltarixli kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh mənzil təmiri üçün İddiaçı MMC-nin hesabına cəmi 25361 manat vəsait ödəmişdir. İşdə olan AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X3 (nümayəndəsi Cavabdeh) Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, 37 saylı evdə yerləşən və ümumi sahəsi 201,80 kv.metr olan 7 saylı mənzilin ½ hissəsini 125000 manata X1. İşdə olan reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, 37 saylı evdə yerləşən və ümumi sahəsi 201,80 kv.metr olan 7 saylı mənzili xx.xx.2022-ci il tarixdə X4 adına qeydə alınmışdır İşdə olan AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, 37 saylı evdə yerləşən və ümumi sahəsi 201,80 kv.metr olan 7 saylı mənzili 290000 manata X2. İşdə olan reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, 37 saylı evdə yerləşən və ümumi sahəsi 201,80 kv.metr olan 7 saylı mənzili xx.xx.2022-ci il tarixdə X6 adına qeydə alınmışdır İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında mənzildə təmir işlərinin görülməsi barədə podrat münasibətləri olmuş, cavabdeh özünə məxsus 201,80 kv.metrlik mənzildə təmir işlərinin görülməsini İddiaçı MMC-yə sifariş vermiş, bununla bağlı onlar arasında müqavilə bağlanmışdır. Tərəflər təmir işlərinin görülməsi üçün 80000 manat pulun 16000 manat hissəsini ilkin, qalan 64000 manat hissəsini isə hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. İşdən görünür ki, mənzil iddiaçı tərəfindən tam təmir edilmiş və sifarişçiyə təqdim edilmişdr. İşdə olan mötəbər sənədlərdən müəyyən olunur ki, sifarişçi indiyədək podratçının hesabına cəmi 25361 manat vəsait ödəmiş, lakin qalan 54639 manat podrat haqqını ödəməmişdir. Cavabdeh podrat haqqının ödənilməsi barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu tam icra etməmişdir. İddianın əsaslı olması iş materialları ilə tamamilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edildiyi kimi, podrat müqaviləsi bağlayan tərəflər öz üzərlərinə öhdəliklər götürmüşlər. Bu öhdəlik podratçı tərəfindən icra edilsə də, sifarişçi tərəfindən tam yerinə yetirilməmiş, 54639 manat podrat haqqı ödənilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 54639 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 254 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 54639 manat və ödənilmiş dövlət rüsumu kimi 254 manat pul tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2414/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2414/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver