Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2557/2022 19.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X8, Cavabdeh, onun vəkili-nümayəndəsi X15 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə 19 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzbati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və övladı X11 ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, X29 küçəsi, döngə 4, ev 13-ə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 13 fevral 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə bir övladları X11 doğulmuşdur. Birgə ailə kimi yaşadıqları 2020-2022-ci illərdə cavabdehlə münasibətlərində gərginlik yaranmış, faktiki olaraq ayrılmışlar. Abşeron rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(012)-276/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə aliment tutulması qət edilmişdir. Birlikdə Abşeron rayonu, Masazır kəndi, X29 küçəsi, döngə 4, ev 13-də yaşamışlar və qızı ilə həmin ünvanda hal-hazırda qeydiyyatdadırlar. Hal-hazırda yetkinlik yaşına çatmamış övladı ilə birlikdə Bərdə şəhərində müvəqqəti kirayə yaşayırlar. Yaşadığı kirayə mənzilin kirayə haqlarını vaxtlıvaxtında ödəyə bilmir. Cavabdeh isə onları evə buraxmır. Hüquqları kobud surətdə pozulduğu üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi X19 iddia ərizəsini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdikləri və iddia tələbi əsassızdır. Belə ki, iddiaçı xx xxxxxx 1983-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Doğulduğu vaxtdan 27 avqust 2020-ci il tarixə qədər Bərdə şəhəri, X25 küçəsi, ev 8 ünvanında qeydiyyatda olmuş və bu günə qədər faktiki olaraq həmin ünvanda yaşayır. 27 avqust 2020-ci il tarixdə Bərdə Asan Xidmət Mərkəzində onun razılığı əsasında Abşeron rayonu, Masazır kəndi, X29 küçəsi, döngə 4, ev 13 ünvanına qeydiyyata düşmüşdür. Lakin, qeydiyyat yeri dəyişməsinə baxmayaraq, ünvan 4 ünvanında faktiki olaraq yaşamağa davam etmişdir. İddiaçı 2008-ci il tarixdən Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin İngilis dili müəllimi vəzifəsində çalışır. Eyni zamanda, Bərdə rayonunda fəaliyyət göstərən məcburi köçkünlər üçün nəzərdə tutulan Ağdam rayon Təhsil şöbəsinin orta ümumtəhsil məktəblərinin birində ingilis dili müəllimi vəzifəsində çalışmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X26 hüquqi şəxsinə, Bərdə rayon Təhsil Şöbəsinə və Ağdam rayon Təhsil şöbəsinə iddiaçının əmək fəaliyyəti və gəlirləri barədə müvafiq sorğu edilsə onun iddiasının əsassız olduğu sübuta yetirilər. İddiaçı ilə birgə nikahları dövründə hər hansı daşınmaz əmlak alınmamışdır. Abşeron rayonu, Masazır kəndi, X29 küçəsi, döngə 4, ev 13 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 13 noyabr 2008-ci il tarixdə ******* AN-1 №-li Daşınmaz Əmlakın Alqı- Satqı müqaviləsi əsasında tərəfindən satın alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon idarəsində Cavabdeh adına mülkiyyət hüquq sahibi olaraq **********39 reyestr nömrəsi ilə 01 dekabr 2008-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində fərdi evin tikintisi 2011-ci il tarixdə başa çatmış və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarış alınmışdır. 02 avqust 2011-ci il tarixli ********* qeydiyyat nömrəsi ilə Cavabdeh tam mülkiyyət sahibi olaraq tanınmışdır. İddiaçı ilə 13 fevral 2015-ci il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Həmin tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmuşdur. Toy məclisi 28 fevral 2015-ci il tarixdə Gəncə şəhəri X3muş və İddiaçı ünvan 5 ünvanına gəlin köçmüşdür. Həmin ev ata evi olmaqla onun mülkiyyətində olmamışdır. O, 03 dekabr 2015-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, X29 küç, döngə 4, ev 13 ünvanına qeydiyyata düşmüşdür. İddiaçı ilə birgə nikahları dövründə heç bir mülkiyyət əldə etməmişik. O, əmək fəaliyyəti müddətində əmək haqqını və gəlirlərini özü istifadə etmişdir. Onlar 2016-cı ildən münaqişəli ailə həyatı yaşamışlar. Ailə həyatı qurduqdan sonra onun ata və anasına bağlı yaşamaq istəyi ailə münaqişələrinin əsası olmuşdur. Ata və anasının tək yaşaması, qardaşları X5 və X2 Rusiya Federasiyası vətəndaşı olması və həmin ölkədə yaşaması, onun ata-anası ilə birgə yaşamaq zərurətini yaratmışdır. O ailə münasibətini qorumaq və onun övladlıq borcunu yerinə yetirməsinə şərait yaratmaq üçün qulluq keçdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyindən iş yerimin həmin regiona dəyişdirilməsini xahiş etmişdir. Sabiq Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümovun müvafiq əmri ilə 24 aprel 2017-ci il tarixdən Nazirlik yanında X18 Xidməti yanında 8 saylı region üzrə X10 rəis vəzifəsinə keçirilmişdir. İş yeri Yevlax rayonu Mərkəz olmaqla Mingəçevir-Naftalan şəhərlərini və Yevlax-Goranboy rayonlarını əhatə edirdi. 24 aprel 2017-ci il tarixdən Abşeron rayonu, Masazır kəndi, X29 küç, döngə 4, ev 13 ünvanına İddiaçı heç vaxt yaşamamışdır. O 2017ci ildən Mingəçevir, Yevlax və Bərdə rayonlarında kirayə və ya şəxsi münasibəti olan tanışlara aid mənzillərdə tək başına yaşamışdır. Bərdə rayonunda, Mingəçevir şəhərində dəfələrlə mənzil kirayəyə götürsə də, İddiaçı bir həftədən artıq həmin mənzillərdə ailə olaraq birgə yaşamaqdan imtina etmişdir. Xüsusiyyətləri bir-birinə tamamilə zidd olduğuna görə heç bir halda münasibətlərini bərpa etmək mümkün olmamışdır. O, həmişə barəsində ictimaiyyət arasında onu nüfuzdan salmağa yönəlmiş hərəkətlər etmişdir. Tanıdığı insanlara onun barəsində əsilsiz ittihamlar irəli sürmüş, onun şəxsiyyətini və ləyaqətini aşağı salan hərəkətlərə yol vermişdir. Bütün bu münaqişələr 30 iyun 2020-ci il tarixdə işdən çıxarılmağı ilə nəticələnmişdir. O, ailə münasibətində olduqları müddətdə bütün gəlirlərini valideyinlərinə vermişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o guya kirayədə yaşayır və kirayə pulunu ödəməkdə çətinlik çəkir. Təqdim etdiyi sənəddə kirayə məbləği 50 manat göstərilir. İddiaçı ünvan 8 ünvanında ata evində yaşayır və onun maddi durumu qənaətbəxşdir. O, eyni zamanda repititorluq ilə məşğuldur və hər il 50-dən çox şagirdə ödənişli əsaslarla ingilis dili fənni üzrə hazırlıq keçir. Ümumiyyətlə Bərdə şəhərində doğulan, orada yaşayan və işləyən bir şəxsin ailə münasibətində olduğu müddətdə yaşamaqdan imtina etdiyi fərdi yaşayış evinə köçürülməsini tələb etməsi məqsədlidir və onun mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırmaq məqsədi daşıyır. İddiaçı Abşeron rayonundan Bərdə rayonuna işə gedib-gəlməsi reallığa uyğun gəlmir. Ümumiyyətlə İddiaçı həmin evə qeydiyyata düşdüyü tarixdən sonra həmin ünvanda faktiki olaraq yaşamamışdır. Qeydiyyatda olmaq istifadə hüququna əsas vermir. Abşeron rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(012)-276/2022 qətnaməsi ilə nikaha xitam verilmiş və Qətnamə 13 mart 2022-ci il tarixdə qüvvəyə minmişdir. Bu tarixə qədər o ailə üzvü olaraq mülkiyyətində olan əmlakdan istifadə hüququna sahib olmuşdur. Nikahın pozulması ilə onun ailə üzvü statusu ortadan qalxmışdır. Buna görə də, o əsasız ittihamlarla keçmiş ailə üzvü kimi istifadə hüququ əldə edərək mülkiyyət hüquqlarımı məhdudlaşdırmaq, bundan təzyiq vasitəsi kimi istifadə edərək onunla şəxsi intriqalarını davam etdirmək və ona qarşı təxribatlara əl atmaq məqsədi güdür. Həm nikahın pozulmasına dair məhkəmə bildirişləri, həm həmin iş üzrə İddiaçı məhkəməyə ünvanlandığı teleqramlar, həm hazırkı baxılan iş üzrə iddiaçının Bərdə şəhəri, X25 küçəsini faktiki yaşayış ünvanı olaraq göstərməsi iddianın əsassız olduğunu ortaya qoyur. Yuxarıda qeyd olunanları nəzərə alaraq işə ədalətli və qərəzsiz baxılmasını, iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, onun vəkili-nümayəndəsi X21 iddia tələbinə verilən etirazı müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci i tarixli ******* №-li arayışdan görünürki, İddiaçı Abşeron rayonu, Masazır kəndi, X29 küç, döngə 4, ev 13 ünvanında xx.xx.2020-ci il tarixdən qeydiyyatdadır. Abşeron rayon Məhkəməsinin 2(012)-276/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsində bağlanmış 70 nömrəli akt qeydli nikah pozulması, tərəflənn birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 180 (yuz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X13 arasında xx.xx.2015-ci il tscxdo Bərdə rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış, X6 Mövlayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Səbail rayonunda andan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2022-ci il tarixli Mənzilləri, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X1 Aişə Firdovsi qızına Bərdə şəhəri, X32 küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evini kirayəyə vermişdir. Kirayə haqqı 50 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, X29 küç, döngə 4, ev 13 ünvanı xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********939-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə 13 fevral 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2016cı il tarixdə X11 adlı övladları anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)- 276/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, tərəflənn birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 180 (yuz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İddiaçı qızı ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, X29 küç, döngə 4, ev 13 ünvanında xx.xx.2020-ci il tarixdən qeydiyyatdadır. Hazırda onun və övladı X11 ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, X29 küçəsi, döngə 4, ev 13-ə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçının qeyd olunan ünavnda qeydiyyatda olsa da, həmin ünvanda yaşamadığını, hazırda Bərdə şəhərində ata evində yaşadığını və prada da işlədiyini, ümumiyyətli mübahisəli evdə cox qısa zaman hamiləliyi dövründə yaşadığın, maddi durumunun qənaətbəxş olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tərəflərin izahatından və tədqiq edilmiş sübutlardan təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında ailə hüquq münasibətləri xx.xx.2015-ci ildə yaranmış və xx.xx.2022ci il tarixində ləğv edilmişdir. Qanunvericiliyin aşağıda qeyd olunan normaları iddia tələbinə münasibətdə aşağıdakı kimi tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab edir ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli mənzillə bağlı hüquqlar hazırda qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzim edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi qanuna əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Məhkəmə hesab edir ki, qanunun qeyd edilən norması əsas tutulmalı tərəflər arasında ailə münasiblərinə xitam verildiyindən iddiaçının yaşayış yerindən istifadə hüququ tanınmamalıdır. Qeyd edildiyi kimi qanunvericilik iddiaçı tərəfin keçmiş ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə istifadə hüququnu tanımır. Lakin istifadə hüququ müəyyən müddətə saxlanıla bilər. İş materiallarından göründüyü kimi iddiaçının daimi yaşayaış yeri Bərdə şəhəri olmuş , həmin şəhərdə yaşamış, işləmiş və hazırda da orada işləyir.Bu əsasda məhkəmə hesab edir ki, müəyyən müddətə yəni bir-iki il müddətinə iddiaçının mübahisəli evdə istifadə hüququnun saxlanması onun mənzillə bağlı ehtiyacının təmin edilməsi kimi qiymətləndirilə bilməz, bu hal əsassız olaraq mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2557/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2557/2022
19.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver