Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2587/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 06 may 2008-ci il təvəllüdlü X9 və 18 yanvar 2010-cu il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə el adəti ilə ailə quraraq 11 iyun 2009-cu il tarixdə 257 nömrə ilə Qazax rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 06 may 2008-ci il tarixdə X9 və 18 yanvar 2010-cu il tarixdə X8 adlı iki uşaq doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdehlə nikah pozulduqdan sonra uşaqlar onun himayəsində qalmışlar. Uşaqların saxlanması üçün aliment qazancın müəyyən hissəsində müəyyən edilmişdir. Bu halda isə uşaqların hüquqları pozulur. Cavabdeh N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçir. Cavabdehdən qanunvericiliyin tələblərinə uyğun olaraq uşaqların saxlanılması üçün hər uşağa hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-120/2019 saylı, 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişərək cavabdehdən 06 may 2008-ci il təvəllüdlü X9 və 18 yanvar 2010-cu il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan Qazax rayon Qeydiyyat Şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, tərəflərin birgə nikahından 06 may 2008-ci il tarixdə X9 və 18 yanvar 2010-cu il tarixdə X8 doğulmuşdur Mülki işin materiallarından olan Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-120/2019 saylı icra vərəqəsindən görünür ki, qarşılıqlı iddia təmin edilmiş, 06 may 2008-ci ildə anadan olmuş X9 və 18 yanvar 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi Akif adlı uşağa münasibətdə 25 sentyabr 2018-ci il tarixdən, Ayan adlı uşağa münasibətdə isə uşaq alınıb verildiyi vaxtdan başlayaraq tutulub X5 verilməsi qət edilmişdir. İşdə olan Qazax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-120 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X9 və 18 yanvar 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X7 aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi Akif adlı uşağa münasibətdə 25 sentyabr 2018-ci il tarixdən, Ayan adlı uşağa münasibətdə isə uşaq alınıb verildiyi vaxtdan başlayaraq tutulub X5 verilməlidir. Ayan adlı uşaq hazırda atasının himayəsindədir. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu Cavabdeh N nömrəli hərbi hissədə işləyir. Hazırda icra sənədi üzrə 2018-ci ilin oktyabr-dekabr və 2019-cu ilin yanvar-fevral ayları üzrə borc yaranmışdır. Ona görə də aliment üzrə yaranmış borc ödənilənədək borclu Cavabdeh əmək haqqının 50 faizinin tutulması, (6 aylıq borc əmək haqqının 1/4 hissəsi ilə hesablanmalıdır) borc ödənildikdən sonra isə hər ay əmək haqqının 1/4 hissəsinin tutulub tələbkar X3 xeyrinə ödənilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. İşdə olan Qazax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-120 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Cavabdeh hər ay əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment pulu alınıb Akif adlı uşağa münasibətdə xx.xx.2018-ci il tarixdən, Ayan adlı uşağa münasibətdə isə uşaq alınıb verildiyi tarixdən başlayaraq tələbkar X5 verilməlidir. Borclu Cavabdeh N nömrəli hərbi hissədə işlədiyi üçün onun əmək haqqından Akif adlı uşağa münasibətdə alimentin xx.xx.2018-ci il tarixdən tutulması xahiş edilmişdir. xx.xx.2010-cu il təvəllüdlü Ayan adlı uşaq 29.01,2020-ci il tarixdə atasından alınaraq anasının himayəsinə verilmişdir. Odur ki, Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında aliment pulunun alınıb tələbkar X5 ödənilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-120/2019 saylı qətnaməsinə əsasən 06 may 2008-ci ildə anadan olmuş X9 və 18 yanvar 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin olunmuş Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, aylıq tutulmalı olan alimentin birdən-birə təqribən 200 manat məbləğində artırılması (hissəvi aliment 242,27 manat təşkil edir) Cavabdeh mənafeyinə zidd olardı. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-120/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 06 may 2008-ci ildə anadan olmuş X9 və 18 yanvar 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2587/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2587/2023
14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver