Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2647/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya dəymiş 11000 manat maddi zərər və 5000 manat mənəvi zərər olmaqla, cəmi 16000 manat zərərin əvəzinin, həmçinin ödənilmiş 140 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hadisədən öncə - 2 il əvvəl burnuna və çənəsinə qoyulan dolğu maddələrinin endolazerlə çıxarılması üçün xx.xx.2023-cü ildə Cavabdeh2 tərəfindən reklamı olan və üzərində “Gözəlliyinizi bizə əmanət edin” yazısı yazılan “Zed Center” adlı tibbi mərkəzdə əməliyyat olunmuşdur. İddiaçı düşünmüşdür ki, hüquq mühafizə orqanları və ya Səhiyyə Nazirliyi hər halda yoxlama aparmış, bu mərkəzin fəaliyyətini təsdiq etmişdir. Əks halda şəhərin mərkəzində belə bir klinika fəaliyyət göstərə bilməz. “Zed Center”in icraçı direktoru və rəhbəri olan cavabdehlərin hərəkətləri (reklam) nəticəsində iddiaçı aldanmış, tibb mərkəzi olmayan bir yerdə əməliyyat olunmuşdur. İddiaçı cavabdehin sosial şəbəkələrdəki səhifəsinə baxaraq düşünmüşdür ki, cavabdeh həkimdir. Cavabdeh2 öz əməliyyatlarını, müraciət edən qadınlara etdiyi tibbi proseduraları instagram sosial şəbəkəsində istifadəsində olan “dr.sema.qashimova” adlı profilində yerləşdirmişdir. İddiaçı ilə yazışmasında cavabdeh lazer üsulu ilə etdiyi bütün proseduraların tam təhlükəsiz olduğunu bildirərək onun etdiyi əməliyyatın təhlükəsiz olacağı barədə iddiaçını əmin etmişdir. İddiaçı əməliyyatdan sonra burnunda və çənəsində çürümələr getdiyini görmüşdür. İddiaçının üzünün gözəlliyi pozulmağa başlamış, əməliyyat əksinə onun üzündə ağır yaralar yaratmışdır. İddiaçı bununla bağlı dərhal cavabdehə müraciət etdikdə cavabdeh onu əmin etmişdir ki, problem həll olunacaqdır. Lakin günlər keçdikcə iddiaçının burun və çənəsi çürüməyə davam etmişdir. Beləliklə, cavabdehin endolazer cihazı ilə etmiş olduğu əməliyyatdan sonra iddiaçının çənə və burun nahiyəsində ağır nekroz yaranmış və qısa müddət ərzində bu nekroz daha da ağırlaşmışdır. Daha sonra cavabdeh vəziyyətin ağırlaşdığını gördükdən sonra özü iddiaçını Azərbaycan Tibb Universitetinin X5 həkimə yönəltmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının ilk cərrahi əməliyyatı olmuşdur. Əməliyyat nəticəsində nekroz dayandırılmalı idi. Lakin həkim iddiaçıya bildirmişdir ki, o yalnız nekrozu dayandırmış. iddiaçı bundan sonra neçə dəfə əməliyyat olunmalıdır. Burnun və çənənin bərpa olunması isə artıq başqa həkimlərin öhdəliyidir. Nekroz nəticəsində iddiaçının burnunda qığırdaqlar məhv olmuş, burunda xarici kəskin deformasiya yaranmışdır. İddiaçı məcburiyyətdən ikinci dəfə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsində “Septorinoplatsika - Çapıq toxumasının rezeksiyası” əməliyyatı olunmuşdur. İddiaçı üçüncü dəfə xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsində “Revizyon Rinoplastika” əməliyyatı olunmuşdur. Hər 3 əməliyyat ağır olmuş və hər dəfə iddiaçı tam narkoz altında əməliyyat edilmişdir. Lakin iddiaçı eyni zamanda hər əməliyyatdan əvvəl və sonra mütəmadi müalicə almışdır. İddiaçının müalicəsi hələ də davam etməkdədir. Hər dəfə həkimlər ona bildirmişdir ki, məruz qaldığı səhv müdaxilə nəticəsində üzündə bərpa oluna bilməyən xəstəlik formalaşdığı üçün onun davamlı olaraq müayinə və müalicələrə ehtiyacı olacaq. Ağır nekroz xəstəliyinə tutulduqdan sonra cavabdehin həkim olmadığını başa düşmüşdür. Həkim adından istifadə edərək onu və digər şəxsləri aldatmışdır. İkinci əməliyyat üçün 3500 manat ödənilmiş, lakin iddiaçı 1000 manat və 185 manat analizlərə xərc çəkmişdir. Üçüncü əməliyyata isə 880 manat və 93 manat analizlərə pul ödəmişdir. Əməliyyatlar arası və sonrakı müalicələrinə 1350 manat ödəmişdir. Belə ki, 820 manat üzündəki izlərin korreksiya edilməsinə, 100 manat dərmanların alınmasına, yenidən üzündəki izlərin korreksiya edilməsinə 220 manat, dərmanlara 100 manat, burnuna 5 dəfə 22 manat dəyərindəki inyeksiyanın vurulmasına pul xərcləmişdir. Gözəlliyi pozulduğu üçün və davamlı həkim, kosmetoloq, dərman ləvazimatları almaq üçün ABB bankdan 2 dəfə kredit götürməyə məcbur olmuşdur. Hazırda da həmin kredit məbləğinin 6000 manatını ödəyir. Hüquqi konsultasiya almaq və vəkil xidmətindən yararlanmaq üçün cəmi 750 manat ödəmişdir. Bu günə kimi fiziki və psixoloji müalicə alır və xərcləri dayanmadan artır. Üstəlik, məcbur qalıb bankdan da kredit götürmüş və bu günə kimi kredit ödəməkdədir. Gözəlləşməyə can atsa da, əksinə - üzünə bərpası mümkün olmayan zərər dəymiş, aylarla tibbi maskada gəzməyə məcbur olmuş, hətta iş yerində ona tibbi maska ilə olmağa irad bildirmişlər. Burun və çənəsində yaranmış qara dəlik və sonradan burnunun olmaması onu tibbi maskada gəzməyə məcbur etmiş, uzun müddət heç kimlə görüşməmiş, qohum və ya dostla görüşməkdən qaçmış, tədbirlərdə iştirak etməmiş, çox insan olan yerə getməkdən yayınmışdır. Çünki xarici görünüşü onu ağır depressiyaya salmışdır. Hələ də üzündə yaranmış çapıq izləri onu hamıdan utandırır, insanların ona baxıb güldüyünü düşünür. Həkimlərə getməkdən, maddi xərclərinin artmasından ikiqat əzab çəkmişdir. Həmçinin ailəsində də bu durum anlayışla qarşılanmamışdır. O kiməsə başına gələni danışanda göz yaşlarını saxlaya bilmir. Bütün həyatı artıq üzündən ibarət olmuş, heç bir əlavə işə, ailəsinə vaxt ayıra, fikirlərini toplaya bilmir. 2023-cü ilin may ayından bütün həyatı dəyişmişdir. Artıq bir ildən çoxdur ki, işgəncə altında olduğunu düşünür. İddiaçı Psixoloji Sağlamlıq Mərkəzində müayinə edilmiş, ona adaptasiya pozuntusu (keçirilmiş kosmetoloji prosedur nəticəsində depressiv əlamətləri ilə diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü ildə mediada 49 şəxsin adı və soyadı yayılmış, bu şəxslərin bəzilərinin saxta diplomla xəstələri əməliyyat etdiyi, bəzilərinin isə həkim olsa da, plastik cərrahiyyə üzrə təhsil almadan plastik əməliyyatlar etdiyi məlum olmuşdur. Mediada yayılan məlumatlarda bu şəxslər Səhiyyə Nazirliyinə rüşvət ödəməkdə ittiham edilmişdir. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bildirmişdir ki, plastik cərrahiyyə ixtisası üzrə qeyriqanuni fəaliyyət göstərən şəxslər barədə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək araşdırma və nəzarət tədbirləri görülmüşdür. Üstəlik, mediada yayılan məlumatlarla bağlı artıq hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilmiş və məlum olmuşdur ki, siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılmış, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülmüşdür. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmamış, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilmiş, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilmişdir. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilmiş və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilmişdir. Mərkəz Azərbaycanda estetik cərrahiyyə ixtisasının olmadığını bildirmişdir. AR Nazirlər Kabinetinin qərarı ilə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edilmişdir. Buna əsasən, Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti müəyyən edilmiş, plastik cərrahiyyə üzrə rezidentura təhsili almaq üçün 5 il müddət göstərilmişdir. Azərbaycanda rezidenturaya plastik cərrahiyyə ixtisası 2017-ci ildən əlavə edilmiş, plastik cərrahiyyə üzrə rezidentura təhsili almaq üçün 5 il müddət göstərilmişdir. 2017-ci ildən bu yana ixtisas üzrə cəmi 3 nəfər məzun olub. Hazırda isə bu ixtisas üzrə cəmi 7 nəfər təhsil almaqdadır. xx.xx.2024-cü ildə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev müxtəlif şəxslərin aidiyyəti sənədləri olmadan plastik cərrahiyyədə iştirakı müəyyən edildiyi barədə məlumat vermişdir. Aşkar edilən 18 fakt üzrə müvafiq olaraq inzibati icraatlar başlanılmış, xx.xx.2024-cü ildə Səhiyyə naziri bildirmişdir ki, saxta həkimlər tibbi təhsili olmadan sosial media vasitəsilə vətəndaşları müəlicəyə cəlb edirlər. Bununla əlaqədar hüququ qiymətləndirmə üçün Baş Prokurorluğa müraciət ünvanlanmışdır. xx.xx.2024-cü ildə hüquq mühafizə orqanları Səhiyyə Nazirliyində əməliyyat keçirərək 6 nəfər vəzifəli şəxs saxlamışdır. xx.xx.2024-cü ildə Səhiyyə Nazirliyi bəyan etmişdir ki, plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranmışdır. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə AR Səhiyyə Nazirliyinin, AR Baş Prokurorluğunun, AR Daxili İşlər Nazirliyinin və AR Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdır. xx.xx.2024-cü ildə AR Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat vermişdir. Bəyanatda deyilir: “Əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir”. Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri X1 qabaqcadan əlbir olduğu, əvvəllər həmin nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş X7 və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri ilə bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar əldə edilərək götürülmüşdür. Həmin faktlarla bağlı Baş İdarədə AR Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvətalma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilmişdir. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir. Cavabdeh özünü həkim kimi təqdim etsə də, heç bir diplomu yoxdur. Özünü həkim kimi təqdim edən cavabdeh tibbi mərkəzlərdə çox rahatlıqla insanları aldatmaqla məşğul olmuş, “Zed Center” də bundan xəbərdar olsa da və ya məlumatlı olmalı halda bu qanunsuz hala göz yumaraq birlikdə iddiaçını aldatmış, onun sağlamlığına ağır zərər vurmuşlar. Özünü həkim kimi təqdim edən cavabdeh Badam Klinikasında da insanları aldatmaqda davam etmişdir. Heç bir tibbi əməliyyat etmək səlahiyyəti olmasa da, sosial şəbəkələrdə özünü reklam etməklə məşhur klinikalarda xəstələri əməliyyat edir və ya digər tibbi xidmətlər göstərir və bununla da qazanc əldə edir. Həmçinin Cavabdeh2 fərdi sahibkar kimi ********** nömrəli VÖEN-ə malikdir. Lakin özünü həkim kimi təqdim edən cavabdeh xəstələrdən (müştərilərdən) ödənişi şəxsi kartına etmiş, beləliklə, vergidən yayınmışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında qeyd etmişdir ki, biopolimer süni geldir. İnstagram sosial şəbəkəsində cavabdehlərə məxsus səhifədə 20 il əvvəldən olan süni gelləri belə çıxardıqlarını qeyd etmişdirlər. İddiaçı xx.xx.2023-cü il tarixdə telefon üzərindən konsultasiya üçün Cavabdeh2 müraciət etmiş, süni gelin olması barədə onu məlumatlandırmışdır. Cavabdeh2 tərəfindən həyata keçirilmiş əməliyyatdan sonra ona suluğun çıxması ilə bağlı şəkil çəkib atmış, Cavabdeh2 isə demişdir ki: “özü düşəcək”. Müalicə üçün antibiotik və ya başqa vasitələr deyil, ancaq maz yazılmış, bankdan çıxarış edərək aptekdən həmin mazları almışdır. Şikayət edəcəyini bildirdikdə “şikayət etməyin, müalicəyə göndərəcəyik” deyilmişdir. Əməliyyatdan sonra nekroz qığırdaqlarını məhv etdiyinə görə burnunda çökmə baş vermiş, bununla bağlı Cavabdeh2 dedikdə isə tonal kremlə qapada biləcəyini, heç bir problem olmayacağını bildirmiş, daha sonra isə iddiaçının telefon nömrəsini qara siyahıya əlavə edərək əlaqə saxlamasını mümkünsüz hala gətirmişdir. xx.xx.2023-cü il tarixdə əməliyyat olunmuş, Adil Cümşüdov onun toxumalarını çıxartmış, bununla bağlı Adil Cümşüdov iddiaçıya heç bir çek verməmiş, dediyinə görə bu əməliyyata dair bütün xərcləri Cavabdeh2 çəkmişdir. 1 il sonra qabırğasından qığırdaq alınaraq yenidən əməliyyat olunmuş, , orada xərclərin bir qismini cavabdeh çəkmişdir. Daha sonra 5000 manata qədər ziyanının olduğunu bildirsə də, onun heç bir məktubuna və ya mesajına cavab verilməmişdir. Cavabdeh2 diplomu yoxdur, əvvəllər dırnaq ustası olmuş, nekrozun nə olduğunu belə bilmir. Halbuki cavabdehin təqsiri ucbatından iddiaçıda nekroz yaranmışdır. Hətta onda əvvəldən nekroz olmuş olsa idi də belə, cavabdeh lazer aparatı ilə ona bu əməliyyatı etməli deyildi. Cavabdehlərə pretenziya məktubu göndərilsə də, razılıq əldə olunmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, ekspertiza zamanı ondan analiz götürülməmiş, Rəşad adlı həkim bilmədiyini qeyd edərək başqa ekspert-həkimə yönləndirmiş, türk olan bir həkim prosesin səhv olduğunu, getməsini və dediklərini yazıb göndərəcəyini bildirsə də, ona indiyə kimi heç nə göndərilməmişdir. Həmçinin bildirmişdir ki, ona ümumilikdə 7000 manat pul qaytarılmışdır. Ən son 2023-cü ilin iyun ayında əməliyyat olunması üçün Cavabdeh2 tərəfindən kartına atılmış 2500 manat pul vəsaiti də həmin 7000 manat məbləğə daxildir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh2 müraciət edən zaman üzündə heç bir qızartı və ya göyərti olmamışdır. “Zed center”in reklamında gözəllik və sağlamlıq reklam edilir. Cavabdehlərin verdiyi otaqlarda özlərini həkim kimi təqdim edən şəxslər oturaraq insanları aldadır, diplomsuz olaraq fəaliyyət göstərirlər. İddiaçı nekroz olduğundan məlumatsız olmuşdur. Əgər bilsəydi, dermatoloqa müraciət edərdi. Cavabdeh nekroz olaola lazer aparatından istifadə etmişdir. Halbuki kənar həkim tərəfindən müalicə olunmalı idi. Bundan sonra həkim bildirmişdir ki, ağır nekroz əmələ gəlmişdir. Həkim olmaya-olmaya iddiaçını aldadaraq əməliyyat etdiyinə görə tərəflərindən Prokurorluğa müraciət edilmiş, nəticədə cərimələnmişdir. İş materiallarına əlavə edilmiş qəbzlər sonuncu həkim müayinə və müalicələrin ödənişləridir. Bu xoşagəlməz hadisədən sonra iddiaçı məcbur qalaraq kredit götürmüşdür. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdirlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onlar klinikanı sadəcə icarəyə vermişdir. Məsuliyyəti icarəyə götürən daşıyır, onların heç bir məsuliyyəti yoxdur. Hətta Səhiyyə Nazirliyinə və Prokurorluğa iddiaçı tərəfindən müraciət edilmiş, nəticə olaraq sadəcə həkim cərimə edilmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, süni geli bədən qəbul etmir, çürümə verir, iddiaçı isə həmin süni gelin lazer prosesi ilə təmizlənməsi ilə bağlı müraciət etmiş, xx.xx.2023-cü il tarixdə konsultasiya olan zaman iddiaçıda irin axıntısı olmuşdur. Həmçinin müraciət zamanı təxminən 2 ildir ki, bədənində süni gelin olduğunu bildirmişdir. Çənə və burun hissədə çürümə olması ilə bağlı və uzun müddət, yəni təxminən 6 ay - 1 il arası müddətdə sağalma gedəcəyi barədə iddiaçıya məlumat verilmişdir. Əməliyyatdan sonra xanımın üzündə yaranmış suluqlarla bağlı antibiotik və maz reseptləri yazılmışdır. Daha sonra iddiaçı onlara yaxınlaşaraq qızartıların olduğunu göstərmiş, cavabdeh nekroz prosesinin getdiyini qeyd etmişdir. Ümumiyyətlə, nekrozun mənası “toxumanın ölməsi” deməkdir, cihaz və dərman vasitəsilə müalicəsi var. 2 və 3-cü dərəcəli nekroza müdaxilə etmək olmaz. İddiaçıda ilkin görünüşdən ilkin nekroz olduğu görünmüş, açıq yara olmadığından lazer cihazının istifadəsinə icazə verilmişdir. Əməliyyat zamanı fraksional lazer cihazından istifadə edilərək biopolimer (dəri altından) lazer proseduru aparılmışdır. 200 manat ödəniş alınmış, nekroz prosesinin getməsi səbəbindən bir neçə seans gəlməli olduğu, sonra düzələcəyi barədə ona bildirilmişdir. Normalda suluq yarandıqdan sonra qaralır, iddiaçıda isə yara dərinləşmişdir. İstifadə edilən lazer aparatı klinikanın aparatıdır, onlara icarəyə verilmişdir. İlk videoda nekroz olduğunu qeyd etmiş, daha sonra 2-ci videoda prosesi aparmış, növbəti dəfə lazer cihazı ilə müdaxilə etməmişlər. İddiaçıda yaraların əmələ gəlməsinin səbəbkarı o olmamışdır. Hətta 6 ay əvvəl ekspertiza ilə iddiaçı yoxlanışdan keçmiş və çürümənin qeyri-məlum səbəbdən baş verdiyi bildirilmişdir. Bu hadisələrdən sonra iddiaçıda kompleks yarandığı üçün insanlıq naminə, ona yarasının sağalması və özünü əməliyyat etdirməsi üçün Cümşüdov xəstəxanasına 3500 manat pul vermiş, ümumilikdə 7000 manata yaxın pulu geri qaytarmışdır. 2 dəfə əməliyyat pulu ödənilmişdir. Hadisədən 2 il keçdiyinə görə ekspertiza keçirilə bilməmiş, Prokurorluqda cinayət işinin başlanması rədd olunmuşdur.O, 6 il Tiflis şəhərində oxumuş, cərrah Vüsal Abdullayevin yanında işləmiş, lakin sertifikatsız işlədiyi üçün cərimələnmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Tibb Universitetinin X3 xx.xx.2023-cü il tarixli epikrizindən görünür ki, İddiaçı kosmetoloji prosedur etdirməsi nəticəsində açıq yara və nekroz əmələ gəlməsi ilə bağlı şikayət etmiş, ona “burun nahiyəsində açıq yara” diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdə ETN altında “Yaranın cərrahi işlənməsi”, eyni zamanda “Qığırdıq toxumasının köçürülməsi” əməliyyatı uğurla icra olunmuşdur. -Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin xx.xx.2023-cü il tarixli epikrizindən görünür ki, İddiaçı “J34.2 – Xarici burun deformasiyası. Burun çəpər əyriliyi” diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdə ümumi endotraxeal anesteziya altında “Revizyon Rinoplastika (21.84)” əməliyyatı icra olunmuş, kafi vəziyyətdə müalicəni ambulator şəraitdə davam etmək üçün evə yazılmışdır. -Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin xx.xx.2024-cü il tarixli epikrizindən görünür ki, İddiaçı “J34.2 – Xarici burun deformasiyası. Əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyulmuş, xx.xx.2024-cü il tarixdə ümumi endotraxeal anesteziya altında “Septorinoplastika. Çapıq toxumasının rezeksiyası (21.87)” əməliyyatı icra olunmuş, kafi vəziyyətdə müalicəni ambulator şəraitdə davam etmək üçün evə yazılmışdır. -Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X6 xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, KEŞ-51 saylı rəyinə əsasən, İddiaçı mütəxəssis müayinəsi zamanı onda burun və çənə nahiyyəsində dəri nekrozunun, xondrtit və qığırdaq lizisinin aparılmış biopolimer və ya fraksion lazer proseduraları ilə əlaqədar yarandığı müəyyən edilmiş, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli İnzibati Xəta haqqında protokola əsasən Cavabdeh2 Azərbaycan Respublikası Səhiyyə X2 Mərkəzi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən özəl tibbi fəaliyyətlə məşğul olması üçün lisenziya almadığına görə cərimələnmişdir. Həmçinin aparılmış araşdırma zamanı toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı Cavabdeh2 tərəfindən göstərilmiş kosmetoloji xidmətlə bağlı dəymiş ziyanın ödənilməsi ilə bağlı xüsusatların mülki mühakimə qaydasında həll edilməli olması, materialın saxlanması üçün Nərimanov rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli, ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Səhiyyə X2 Mərkəzi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən özəl tibbi fəaliyyətlə məşğul olması üçün lisenziya almadığına görə cərimələnmişdir. -AR Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” Publik Hüquqi şəxsin 51/KES saylı ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, 2023-cü ilin may ayında “Zed Center” kosmetoloji mərkəzində İddiaçı burun və çənə nahiyələrində dolğunun xaric edilməsi üçün endolazerlə prosedur aparılmış və bundan sonra həmin nahiyələrdə dəri nekrozu yaranmışdır. Azərbaycan Tibb Universitetinin X4 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023- cü il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Burun nahiyəsində açıq yara” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Yaranın cərrahi işlənməsi. Eyni zamanda qığırdıq toxumasının köçürülməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsində İddiaçı adıa tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Xarici burun deformasiyası. Burun çəpər əyriliyi” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Septorinoplastika. Çapıq toxumasının rezeksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsində İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2024-cü il tarixdə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra xəstəyə “Xarici burun deformasiyası. Əməliyyatdan sonrakı vəziyyət” diaqnozu təyin edilmiş və üzərində “Revizyon rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda burun və çənə nahiyəsində dəri nekrozunun, xondrit və qığırdaq lizisinin aparılmış biopolimer və fraksion lazer prosedurları ilə əlaqədar yarandığı müəyyən edilmişdir. -AR Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 təhsili və sertifikasiya olunması barədə Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində məlumat yoxdur. -AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025ci il tarixli, 1452 saylı məktubundan görünür ki, İddiaçı “F43.2 Adaptasiya pozuntusu (keçirilmiş kosmetoloji prosedur nəticəsində) depressiv əlamətləri ilə” diaqnozu qoyulmuşdur. -Sifarişçi Cavabdeh2 (VÖEN **********) və icraçı Cavabdeh3 (VÖEN **********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10 nömrəli xidmət müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əlavə razılaşmadan görünür ki, icarə müqaviləsinin müddətinin bitməsi səbəbindən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 8 nömrəli Xidmət müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsinə dair razılıq əldə olunmuşdur. -“AZEMİS Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə Cavabdeh2 vergi məlumatları üzərindən göndərilmiş sorğu əsasında əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qan, transplantasiya orqanları və sair bankların fəaliyyəti ilə bağlı ********** saylı VÖEN hesabı açılmış, hazırda VÖEN statusu “fəaliyyətini müvəqqəti dayandırmış” kimi qeyd olunmuşdur. -“AZEMİS Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə Cavabdeh3 vergi məlumatları üzərindən göndərilmiş sorğu əsasında əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə çoxmənzilli binalar və digər yaşayış evlərinin istismara və kirayəyə verilməsi ilə bağlı ********** saylı VÖEN hesabı açılmış, hazırda VÖEN statusu “aktiv” kimi qeyd olunmuşdur. -"xxxx" BOKT ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 059 saylı arayışdan görünür ki, İddiaçı və "xxxx" BOKT ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü 735 manat kredit xx.xx.2023-cü il tarixdə tam bağlanmışdır, onun heç bir borc öhdəliyi yoxdur. -xx.xx.2023-cü il tarixli, EE002057396 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən illik 13.9% dərəcəsi ilə 12 ay müddətinə ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. -xx.xx.2023-cü il tarixli, CP/02335/95/36 saylı kredit sazişindən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən illik 14.9% dərəcəsi ilə 36 ay müddətinə ödəmək şərtilə 4050 manat məbləğində kredit verilmişdir. -xx.xx.2024-cü il tarixli, BPM**********19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən illik 15.9% dərəcəsi ilə 36 ay müddətinə ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. -Vəkil X8 və müraciət edən şəxs İddiaçı arasında bağlanmış EM-1900VK-7785/24 saylı, xx.xx.2024-cü il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə qarşılıqlı razılıqla təyin olunmuş 60 manat məbləğində haqq ödəməyi öhdəsinə götürür. -Vəkil və müraciət edən şəxs İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə qarşılıqlı razılıqla təyin olunmuş 500 manat məbləğində haqq ödəməyi öhdəsinə götürür. -AR Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixdə sahibkar kimi AR X12 xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə 2 saylı Ərazi Vergilər Departamentində qeydiyyata alınmışdır. -Çoxsaylı (Cavabdeh2, AR DTX Hərbi-Tibb Baş İdarəsi, ATU X9 ) həkim reseptləri və satış çeklərindən görünür ki, müxtəlif tarixlərdə həkimlər tərəfindən tərtib olunmuş repestlərdə göstərilmiş dərman preparatları alınmışdır. -“Aspera Clinic”in xx.xx.2023-cü il tarixli göndəriş vərəqəsindən görünür ki, İddiaçı tərəfindən konsultasiya xidməti üçün 50 manat ödəniş edilmişdir. -0484217 saylı qaimə fakturadan görünür ki, İddiaçı tərəfindən konsultasiya xidməti üçün 50 manat ödəniş edilmişdir. -AR Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli, 00466807/00326911 nömrəli çıxarışından görünür ki, göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən ümumilikdə 18 manat ödəniş edilmişdir. -AR Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli, 00466807/00326911 nömrəli çıxarışından görünür ki, göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən ümumilikdə 167 manat ödəniş edilmişdir. -Leobankdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Avrasiya Hospitala xx.xx.2023cü il tarixdə 30 manat ödəniş edilmişdir. -Leobankdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən X16 Mer`ə xx.xx.2023-cü il tarixdə 100 manat ödəniş edilmişdir. -Leobankdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Doctor House MMC-yə xx.xx.2023-cü il tarixdə 150 manat ödəniş edilmişdir. -Leobankdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Estetik Klinikaya xx.xx.2024-cü il tarixdə 193 manat ödəniş edilmişdir. -AR Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalının xx.xx.2024-cü il tarixli, 00586310/00326911 nömrəli çıxarışından görünür ki, göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən ümumilikdə 93 manat ödəniş edilmişdir. -AR Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalının xx.xx.2024-cü il tarixli, 00589430/00326911 nömrəli çıxarışından görünür ki, göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən ümumilikdə 750 manat ödəniş edilmişdir. -AR Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalının xx.xx.2024-cü il tarixli, 00589430/00326911 nömrəli çıxarışından görünür ki, göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən ümumilikdə 100 manat ödəniş edilmişdir. -Leobankdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Estetik Markaz`ə xx.xx.2024-cü il tarixdə 100 manat ödəniş edilmişdir. -24997 saylı qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 135 manat ödəniş edilmişdir. -AR Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin xx.xx.2024-cü il tarixli, A589***-*******1 protokol-fayl nömrəli fakturasından görünür ki, göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən ümumilikdə 879.76 manat ödəniş edilmişdir. -AR Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin xx.xx.2024-cü il tarixli, A586***-*******1 protokol-fayl nömrəli fakturasından görünür ki, göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən ümumilikdə 93 manat ödəniş edilmişdir. -AR Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin xx.xx.2024-cü il tarixli, A472***-*******1 protokol-fayl nömrəli fakturasından görünür ki, göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən ümumilikdə 3500 manat ödəniş edilmişdir. (2500 manat hissəsinin Cavabdeh2 tərəfindən ödənilməsi tərəflərin izahatında öz əskini və təsdiqini tapır) -AR Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin xx.xx.2024-cü il tarixli, A466***-*******1 protokol-fayl nömrəli fakturasından görünür ki, göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən ümumilikdə 185 manat ödəniş edilmişdir. -1-62757591 saylı qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 40 manat ödəniş edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 184572 seriya nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən çənə kosmetoloji prosedur xidməti üçün 820 manat ödəniş edilmişdir. -1-66568734 saylı qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 30 manat ödəniş edilmişdir. -Leobankdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən X17`ə xx.xx.2024-cü il tarixdə 160 manat ödəniş edilmişdir. -9684 nömrəli qəbzdən görünür ki, ********** saylı əməliyyat nömrəsi ilə Mirzəyev və Partnyorları Vəkil Bürosuna xx.xx.2024-cü il tarixdə vəkil haqqı ödəniş təyinatı ilə 60 manat ödənilmişdir. -1-97631567 saylı qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 150 manat ödəniş edilmişdir. -Leobankdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Ramilə Eyvazovanın kart hesabına xx.xx.2024-cü il tarixdə 26 manat ödəniş edilmişdir. -4668 nömrəli qəbzdən görünür ki, ********** saylı əməliyyat nömrəsi ilə Mirzəyev və Partnyorları Vəkil Bürosuna xx.xx.2024-cü il tarixdə vəkil haqqı ödəniş təyinatı ilə 150 manat ödənilmişdir. -1-115042570 saylı qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 60 manat ödəniş edilmişdir. -1-154419349 nömrəli qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 416973******8480 hesab nömrəsində 416973******0037 hesab nömrəsinə 500 manat köçürülmüşdür. -1-178923380 saylı qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 110 manat ödəniş edilmişdir. -**********8 saylı qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə 186 manat ödəniş edilmişdir. -1-287403224 saylı qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə 40 manat ödəniş edilmişdir. -19319 nömrəli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə 50 manat ödəniş edilmişdir. -L0011306 sənəd nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən ümumilikdə 50 manat ödəniş edilmişdir. -Güven Klinik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən ümumilikdə 150 manat ödəniş edilmişdir. -**********3 saylı qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə 100 manat ödəniş edilmişdir. -**********3 saylı qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə 42 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı əvvəllər burnuna və çənəsinə qoyulan dolğu maddələrinin endolazerlə çıxarılması üçün xx.xx.2023-cü ildə Cavabdeh2 tərəfindən əməliyyat olunduğunu, Cavabdeh2 təqsiri ucbatından əməliyyatdan sonra burnunda və çənəsində çürümələr baş verməsi nəticəsində çoxsaylı - xx.xx.2023-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X5, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsində əməliyyatlar olmaq məcburiyyətində olduğunu, bununla da ona maddi və mənəvi ziyan dəydiyini irəli sürərək 11000 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın əvəzini məhkəmə qaydasında tələb etmiş, cavabdehlər isə ayrı-ayrılıqda iddia tələbini qəbul etməmiş, Cavabdeh1 klinikanı sadəcə icarəyə verdiyini, heç bir məsuliyyət daşımadığını, Cavabdeh2 iddiaçının əməliyyatdan əvvəl çənə və burnunda nekroz - çürümə olduğunu irəli sürərək heç bir təqsirinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən cavabdeh tərəfindən onların iddiaçı barəsində yaydığı və işin materiallarında olan məlumatların və ifadələrin şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən ifadələr olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddianın əsassız olması qənaətinə gəlir. 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəllənin 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Qeyd olunan plenum qərarında göstərilmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuş hallar, həkim kimi özünü tanıtmasına baxmayaraq, həkim olmayan Cavabdeh2 iddiaçının üzündə prosedurlar həyata keçirməsi, hətta sertifikatsız işlədiyi üçün cərimələnməsi, bu halın həm Cavabdeh2 izahatında, həm xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında öz təsdiqini tapması, əməliyyatdan sonra iddiaçının burun və çənə nahiyələrinin çürüməsi, daha sonra çoxsaylı əməliyyatlar keçirməyə məruz qalması, müalicəni, dərman vasitələrinin alınması təsdiq edən rəsmi sənədlər - həkim repestləri və satış çekləri nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçıya Cavabdeh2 təqsiri ucbatından maddi və mənəvi zərər vurulması ağlabatandır və məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Belə ki, ekspert rəyində İddiaçı mütəxəssis müayinəsi zamanı onda burun və çənə nahiyəsində dəri nekrozunun, xondrit və qığırdaq lizisinin aparılmış biopolimer və fraksion lazer prosedurları ilə əlaqədar yarandığı müəyyən edilmişdir ki, cavabdeh də məhkəmə zamanı izahatında iddiaçı üzərində biopolimer və fraksion lazer prosedurları apardığını etiraf etmişdir. Həmçinin iddiaçının sağlamlığında yaranmış problemlərə görə cavabdeh tərəfindən müvafiq məbləğlər verilmiş, əməliyyat xərcləri çəkilmişdir ki, bu hal da cavabdehin əməlinə görə özünü təqsirli hesab etməsi qənaətinə gəlməyə əsas verir. Odur ki, Cavabdeh2 İddiaçı xeyrinə maddi zərərə görə 6817.76 manat, mənəvi zərərə görə isə 3000 manat pul vəsaiti tutularaq ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının uzun müddət üz quruluşunda yaranmış qüsurlu vəziyyət onun mənəvi əzab cəkməyinə və psixikasina mənfi təsir göstərmişdir. Odur ki, məhkəmə mənəvi ziyan olaraq cavabdehdən 3000 manat tutulması qənaətinə gəlir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 “Zed Center”-də həyata keçirdiyi əməliyyat ucbatından maddi və mənəvi zərərə məruz qaldığını irəli sürdüyündən, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 isə sadəcə “Zed Center” adlı obyekti icarəyə verdiklərindən, bu baxımdan heç bir məsuliyyət daşımadıqlarından, hazırki mübahisəli iddiada təqsirləri nə iddiaçının iş materiallarına əlavə etdiyi sənədlərdə, nə də məhkəmə tərəfindən aparılan araşdırmalarda öz təsdiqini tapdığından iddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 aid hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 6817.76 manat, mənəvi ziyana görə isə 3000 manat pul vəsaiti tutularaq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 140.60 manat məbləğində dövlət rüsumunun 118.17 manat hissəsi Cavabdeh2 alınaraq iddiaçının xeyrinə tutulmalı, 22.43 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 6817.76 (altı min səkkiz yüz on yeddi manat yetmiş altı qəpik) manat, mənəvi ziyana görə isə 3000 (üç min) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 118.17 (yüz on səkkiz manat on yeddi qəpik) manat hissəsi tutularaq ödənilsin. Ödənilmiş dövlət rüsumunun 22.43 (iyirmi iki manat qırx üç qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mirnəsir Mirhəsənli