Məhkəmə qərarları › İş №e-2(012)-2860/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2860/2025

21.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2860/2025 21.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 2(012)-711/2025 saylı qətnamənin ləğv edilib, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 1748,15 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-711/2025 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı ödəniş tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, icraatda olan 2(012)- 2860/2025 saylı mülki iş üzrə zərurət yarandığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-711/2025 saylı qətnaməsinə əsasən, onun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı ödəniş tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. O, həmin qətnamənin ləğv edilməsi üçün apellyasiya şikayəti vermək əvəzinə yanlışlıqla iddia ərizəsi formasında məhkəməyə müraciət etmişdir. Odur ki, sözügedən qətnamədən apellyasiya şikayəti vermək üçün o, hazırki işin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında hazırki işin geri qaytarılmasına etiraz etməmişdir. Digər cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-711/2025 saylı qətnaməsinə əsasən, onun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı ödəniş tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin iş üzrə İddiaçı həmin qətnamənin ləğv edilməsi üçün apellyasiya şikayəti vermək əvəzinə yanlışlıqla iddia ərizəsi formasında məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar