Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2890/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “son haqq-hesabatın, ödənilməmiş məzuniyyətə dair ödənişlərin verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “son haqq-hesabatın, ödənilməmiş məzuniyyətə dair ödənişlərin verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən 8000 manat son haqq-hesabın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə “xxxx” MMCnin maliyyə şöbəsinə aparıcı mühasib, xx.xx.2017-ci il tarixdə maliyyə nəzarətçisi vəzifəsinə, xx.xx.2018-ci il tarixdə isə maliyyə departamentinin hesabat və büdcəyə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq, yəni öz xahişimə əsasən işdən azad olunmuşdur. İddiaçı “xxxx” MMC-nin maliyyə departamentinin hesabat və büdcəyə nəzarət şöbəsinin rəisi vəzifəsi üzrə aylıq əmək haqqısı 2157,19 manat olmuşdur. “xxxx” MMC-də fəaliyyət göstərdiyi müddət ərzində ona istifadə edilməmiş 88 gün üzrə məzuniyyət pulu və işdən çıxdıqdan sonra ödənilməli olan son haqq-hesab ödənilməmişdir. Belə ki, son haqq-hesab ümumilikdə 16 168,xx xxxxxxxx 8168,61 manat ödənilmiş, qalıq 8000 manat isə ödənilməmişdir. Bununla bağlı İddiaçı tərəfindən “xxxx” MMC-nin rəhbərliyinə müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək “xxxx” MMC tərəfindən 8000 manat son haqq-hesabın, son haqq-hesabın keçikdirilməsinə görə 29200 manat isə faizlər olmaqla tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edib, əlavə olaraq izahatında bildirdi ki, “xxxx” MMC ilə İddiaçı arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmiş, həmin Məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq İddiaçı ərizəsi əsasında işdən azad edilmişdir. Həmin vaxtı tərəflər arasında əmək mübahisəsi olmamışdır. Belə ki, mövcud Məcəllənin Xİ bölməsində qeyd edilən əmək mübahisələrindən heç bir hal İddiaçı ilə “xxxx” MMC arasında baş verməmişdir. Bu səbəbdən də “xxxx” MMC -nin gecikdirilmiş hər gün üçün İddiaçı əmək haqqının azı bir faizi məbləğində cərimə ödənci verilməlidir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanan xx xxxx 2020-ci il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı sentyabr 2019-cu il tarixinə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin son haqq-hesab üzrə ödəniləcək məbləğ 16168,61 manat təşkil edir. Məhkəmə araşdırmaları zamanı İddiaçı “xxxx” MMC tərəfindənson haqq-hesab ümumilikdə 16168,xx xxxxxxxx 8168,61 manat ödənildiyini, 2019-cu ilin noyabr ayından isə qalıq 8000 manatın isə ödənilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənn 172.4 və 172.5-ci maddəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 8000 manat,həmin 8000 manatın isə gecikdirilmiş əmək haqqı üzrə 2019-cu ilin oktyabr ayından iddianın verildiyi 2020oktyabrınadək ötən bir il üçün, hər gün 80 manat hesabı ilə cəmi 29 200 manat faiz borcu olaraq, cəmi 37 200 manat alınaraq İddiaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 8000 manat son haqqhesab, 29 200 manat faiz borcu olaraq, cəmi 37 200 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva əsli ilə düzdür Sədr:
Məhkəmə qərarları › İş №e-2(012)-2890/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2890/2020
10.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver