Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3004/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi – vəkili Vəkil Cavbadehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizə ilə məhkəməyə müraciət edədrək Birgə nikahımızdan olan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən (yəni, mediasiyadan arayışı aldığım vaxtdan) başlayaraq Cavabdeh hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi məbləğində aliment, habelə uşaqlar üç yaşına çatanadək hər ay hər biri üçün 100 (yüz) manat olmaqla, cəmi iki uşağa görə 200 (iki yüz) manat maddi yardımın, mediasiya üçün ödədiyi 55 manat və hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat pulu cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi – vəkili Vəkil izahatında bildirdi ki, İddiaçı xx.xx.2020-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladları xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X6 doğulmuşlar. Cavabdehlə ailə qurduqları ilk günlərdən aralarında normal ailə münasibəti olmuşdur. Lakin son vaxtlar münasibətləri pisləşmişdir. Bunun nəticəsində artıq ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi cəhətdən heç bir köməklik etmir. İddiaçı öz valideynlərinin köməyi ilə uşaqlarını saxlayır. Ona görə də , cavabdehdən hər ay iki uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment, habelə uşaqlar üç yaşına çatanadək hər biri üçün 100 (yüz) manat olmaqla cəmi iki uşağa görə 200 (iki yüz) manat maddi yardım tutulub iddiaçıya verilməlidir. Alimentin və maddi yardımın tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır (mediasiyadan arayış aldığı vaxtdan). Cavabdeh hərbiçidir və Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə işləyir, aylıq gəliri 1309 manat təşkil edir. Həmçinin o, 80 manat təqaüd alır. İddiaçı ilkin olaraq mediasiyaya müraciət etmiş və cavabdehə bu barədə təklif məktubu göndərilmişdir. Lakin cavabdeh mediasiyada iştirak etmədiyindən ilkin mediasiya sessiyası baş tutmamış və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mediasiya zamanı 55 manat rüsum ödəmiş,hüquqi xidmət üçün vəkil ilə müqavilə bağlamış və 300 manat rüsum ödəmişdir. Ona görə də, rüsumların cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında etiraz ərizəsi təqdim edərək bildirdi ki, iddia tələbini qismən aliment tutulması hissısində qəbul edir, oğlu hərbiçidir.Uşaqların saxlanılması üçün aliment ödəməyə etiraz etmir,lakin alimentin xx.xx.2023-cü il tarixdən tutulmasını qəbul etmir.İddiaçı uşaq psixoloqudur,maaş alır.Ona görə də, cavabdeh maaşın 1/3 hissəsində aliment ödəməyə razıdır, iddia tələbinin qalan hissəsini qəbul etmir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2000-cı il tarixdə Sumqayıt “Asan Xidmət Mərkəzi ” Qeydiyyat Şöbəsində 1995 akt qeydi ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X6 anadan olmuşlar xx.xx.2023-cü il tarixli MŞB/10-00536 saylı ilkin mediasiya sesiyyasında iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarının saxlamdıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə- qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, cavabdehin qazancı müntəzəm olmaqla alimentin müəyyən hissə kimi tutulması mümkün olduğuna görə xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. İddiaçı iddia tələbində alimentin tutulmasını xx.xx.2023-cü il tarixdən hesablanmasını xahiş etsə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.Ona görə də, məhkəmə hesab edir ki,alimenti tutulması iddiaçının məhkəməyə müraciət etdiyi gündən yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iddia tələbinin əlavə olaraq xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatana kimi hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat maddi yardımın cavabdehdən tutularaq iddiaçıya verilməsinə ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin hər ay əlavə olaraq 200 manat məbləğini ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia tələbinin 55 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 76.40 (yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi məbləğində aliment və hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat pulu tutularaq iddia İddiaçı verilsin. İddia tələbi digər hissədə rədd edilsin. Cavabdeh 76.40 (yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Alimentin tutulmasına 19 aprel 2024-cü il tarixdən başlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3004/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3004/2024
24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver