Məhkəmə qərarları › İş №e-2(012)-3137/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3137/2025

07.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3137/2025 07.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Ford Transit” markalı ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, X5 və X8 dəymiş zərərə görə ödənilmiş cəmi 4100 manat pulun, bu iddianın qaldırılması üçün ödənilmiş 61 manat dövlət rüsumunun və 0.49 manat xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh tərəfindən idarə olunan “İsuzu Ecobus” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Ford Transit” markalı ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X10 az ağır dərəcəli bədən xəsarəti almış, X12 üçüncü dərəcəli əlil olmuş, habelə “Ford Transit” markalı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir.İş materiallarına əlavə edilmiş 076245, 070188, 069498 və 070120 nömrəli sığorta aktlarından və İSB-dən (İcbari Sığorta Bürosu) çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “İsuzu Ecobus” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur.İş materiallarına əlavə olunmuş “nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat”a əsasən, hadisə zamanı“Ford Transit” markalı ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 600 AZN (altı yüz manat) məbləğində ziyan dəymişdir.İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Ford Transit” markalı ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 7746 nömrəli ödəniş tapşırığına əsasən 600 AZN (altı yüz manat) sığorta ödənişini nəqliyyat vasitəsinin mülkiyyətçisi X9 hesabına ödəmişdir. X4 az ağır dərəcəli bədən xəsarətinə görə 1500 AZN sığorta ödənişi 7283 saylı ödəniş tapşırığı ilə ödənilmişdir. X6 əlillik dərəcəsi almağı ilə bağlı ümumi 2000 AZN sığorta ödənişinin 500 AZN hissəsi 12049 saylı ödəniş tapşırığı ilə, qalan 1500 AZN sığorta ödənişi 7757 saylı ödəniş tapşırığı ilə etibarnamə əsasında nümayəndəsi X3 hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 1(008)-320/2019 nömrəli işdən görünür ki, Cavabdeh 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən aydın olur ki, cavabdeh hadisəni törətdikdən sonra hadisə yerindən çıxıb getmişdir. Bu onun ifadəsi ilə yanaşı hadisə şahidlərinin də izahatları ilə təsdiq olunur. Beləliklə, iddiaçı icbari sığorta qaydalarından irəli gələn öhdəliyi üzrə zərərçəkənlərə qanunla müəyyən edilən sığorta ödənişlərini ödəmişdir. Cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günə qədər ödəniş edilməmişdir. Ümumi 4100 AZN pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin mövcudluğunun yoxlanılması barədə məlumatdan görünür ki, ““İsuzu Ecobus” markalı, ** BM *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə icbari sığorta statusu aktiv (İddiaçı Sığorta Şirkəti ASC) olmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli, 76245 saylı sığorta aktından müəyyən edilir ki, Sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətmiş, Sığortalı avtomobil 90CO434 DQN-iı Ford Transit makalı avtomobillə toqquşmuşdur. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən səhhətə vurulan zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 40%- ni təşkil edir. Sığorta məbləği 5000 AZN olduğundan X2 vurulan az ağır zərərə görə əvvəlcədən 1500 AZN ödənildiyi üçün sığorta ödənişinin məbləği 500 AZN (beş yüz manat) təşkil edir. İşdə olan xx.xx.2019-cu il tarixli, 069498 saylı sığorta aktından müəyyən edilir ki, Sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətmiş nəticədə X10 az ağır dərəcəli xəsarət almışdır.Səhhətə vurulan az ağır zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-ni təşkil edir. Sığorta məbləği 5 000 AZN olduğundan X1 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 AZN (bir min beş yüz manat) təşkil edir. İşdə olan xx.xx.2019-cu il tarixli, 070120 saylı sığorta aktından müəyyən edilir ki, Sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətmiş, Sığortalı avtomobil 90CO434 DQN-i Ford Transit makalı avtomobillə toqquşmuşdur. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2019 Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata uyğun olaraq, sığorta ödənişinin məbləği 600 AZN (beş yüz manat) təşkil edir. İşdə olan xx.xx.2019-cu il tarixli 070188 saylı sığorta aktından müəyyən edilir ki, Sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətmiş nəticədə X11 az ağır dərəcədə xəsarət almışdır. Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2019 Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata uyğun olaraq, sığorta ödənişinin məbləği 1500 AZN (beş yüz manat) təşkil edir. İşdə olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli 110990 nömrəli Hesabata əsasən Ford Transit markalı 90 СО 434 nömrəli maşına dəymiş ziyan 600 manat təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli pretenziya məktubuna əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 4100 AZN (dörd min bir yüz manat) sığorta ödənişini 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nə ödəməyi bildirilmişdir. İşdə olan Sabunçu rayon Məhkəməsinin 1(008)-320/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263,1-1 və 264-cü maddələri ilə təqsirli bilinmiş və o, CM-nin 263.1-1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 02(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 264-cü maddəsinə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etinə hüququndan məhrum edilməklə, 01 (bir) il 06{altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 66.2ci və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əlavə və əsas cəzaları qismən toplamaq yolu ilə qəti cəza 03(üç) il 06(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh tərəfindən idarə olunan “İsuzu Ecobus” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə Bakı şəhərində hərəkət edərkən, “Ford Transit” markalı ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X10 az ağır dərəcəli bədən xəsarəti almış, X12 üçüncü dərəcəli əlil olmuş, habelə “Ford Transit” markalı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxslərə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə 4100 (X4 az ağır dərəcəli bədən xəsarətinə görə 1500 manat, X6 əlillik dərəcəsi almağı ilə bağlı 2000, “Ford Transit” markalı ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 600 manat) manat məbləğində sığorta ödənişi edilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 4100 manat zərər dəymişdir. Hazırda şirkət cavabdehdən həmin məbləğdə pul tələb edir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subraqasiya hüququ yaranır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişi üçün 4100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 61 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 4100 manat, ödənilmiş dövlət rüsumuna görə 61 manat və bank xidməti haqqına görə 0,40 manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar