Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-315/2025 10.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Cavabdeh X3 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı uşaq və aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı uşaq və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci il avqust ayından etibarən hər ay 193 manat olmaqla, 2023-cü il tarix üçün 220 manat, 2024-cü ildən etibarən isə 235 manat olmaqla sabit pul məbləğində alimentin təyin edilərək cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X4 himayəsinin atası olaraq İddiaçı verilməsi və 2022-ci il avqust ayından etibarən hər ay 193 manat olmaqla, 2023-cü il tarix üçün 220 manat, 2024-cü ildən etibarən isə 235 manat olmaqla sabit pul məbləğində alimentin cavabdeh X1 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh X3 və onun vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbinin alimenlə bağlı hissəssinin rədd edilməsi və uşaq tələbi ilə bağlı hissəsinin isə baxılmamış saxlanılmasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbinin alimentlə bağlı hissəsinə eyni tərəflər arasında, eyni predmet və eyni əsasla iddia tələbi üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2086/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan İddiaçı cavabdeh X2 qarşı uşaq və aliment tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə aliment tələbi ilə bağlı hissədə icraata xitam verilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2086/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı aliment tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə aliment tələbi ilə bağlı hissədə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X2 qarşı “uşağın atanın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki iş üzrə alimentlə bağlı hissədə icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-315/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-315/2025
10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver