Məhkəmə qərarları › İş №e-2(012)-3401/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3401/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3401/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1896,68 manat məbləğində əsas borcun və ödənilmiş 50 manat mediasiya ödənişinin tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və X2 haqqında müqavilə bağlanmışdır. xx.xx.2019-ci il tarixli, 484-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və X2 haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 067 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Oba-Novxanı 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə aparılmış inventarizasiya nəticələrinə dair aktlara əsasən yekun ziyan məbləği cəmi 3009,63 manat müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmiş, ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh yekun olaraq qalıq borcu 1896,68 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, iddiaçıya heç bir maddi ziyan vurmamışdır. MMC vaxtı keçmiş malların dəyərini bu şəkildə ondan tələb edir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2018-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh satıcı-kassir vəzifəsində işə qəbul olunmuşdur. Bu barədə eyni tarixli bildiriş qeydə alınmışdır. - xx.xx.2018-ci il tarixli 395-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinin satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2018-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış X2 haqqında müqavilədən görünür ki, Cavabdeh satıcı-kassir tam maddi məsul vəzifəyə qəbul olunmuş və ona bir sıra vəzifələr etibar olunmuşdur. - xx.xx.2019-cu il tarixli 484-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə həmin tarixdən administrator vəzifəsinə keçirilmişdir. Bu barədə eyni tarixli bildiriş qeydə alınmışdır. - xx.xx.2019-cu il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış X2 haqqında müqavilədən görünür ki, Cavabdeh administrator tam maddi məsul vəzifəyə qəbul olunmuş və ona bir sıra vəzifələr etibar olunmuşdur. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə (Əmək Məcəlləsinin maddəsi 68.2.a) tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli 067 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin X1 əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “A” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. - xx.xx.2021-ci il tarixdə OBA-Novxanı 2 filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, həmin filialda mallara dair hesablamalar aparılmış malların dövriyyələrinə dair qiymət nəticələri çıxarılmışdır. - Aktivlər üzrə inventarizasiya nəticələrinə dair aktdan görünür ki, xx.xx.2021-ci il tarixli 67 saylı əmr ilə təyin edilmiş komissiya, OBA-Novxanı 2 (409) mağazasının müdiri işləmiş maddi-məsul şəxs - Cavabdeh iştirakı ilə xx.xx.2021-ci il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsini aparmışlar. - xx.xx.2021-ci il tarixli imtina aktından görünür ki, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrinin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticələrinı dair tərtib edilmiş həmin sənədləri imzalamaqdan və əskik gəlmələrin (-1809,03 manat) yaranma səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - xx.xx.2022-ci il tarixdə OBA-Novxanı 2 filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, həmin filialda mallara dair hesablamalar aparılmış malların dövrüyyələrinə dair qiymət nəticələri çıxarılmışdır. - Aktivlər üzrə inventarizasiya nəticələrinə dair aktdan görünür ki, xx.xx.2021-ci il tarixli 67 saylı əmr ilə təyin edilmiş komissiya, OBA-Novxanı 2 (409) mağazasının müdiri işləmiş maddi-məsul şəxs - Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsini aparmışlar. - xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrinin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticələrinı dair tərtib edilmiş həmin sənədləri imzalamaqdan və əskik gəlmələrin (-1200,61 manat) yaranma səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin sabiq administratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 1809,03 manat çatışmazlıq, xx.xx.2022ci il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 1200,60 manat çatışmazlıq aşkar edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1896,68 manat borc qalmışdır. - xx.xx.2022-ci il tarixli DN-5530 saylı xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 1896,68 manat məbləğində maddi ziyanı 3 gün müddətdə Cəmiyyətə ödənilməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. O, xx.xx.2019-cu il tarixli 484-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixində işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə OBA-Novxanı 2 (409) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə ümumilikdə 3009,64 manat məbləğində maliyyə çatışmazlığı müəyyən edilmiş və beləliklə maddi ziyan vurulmuşdur. Həmin məbləğdən müvafiq güzəştlər tətbiq edildikdən sonra, ümumi olaraq 1896,68 manat qalıq borcu qalmışdır. Cavabdeh həmin borcu verməkdən yayındığı üçün İddiaçı MMC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən edildiyi kimi, cavabdeh iddiaçı ilə əmək müqaviləsi bağlayaraq müxtəlif vəzifələrdə işləmiş və adminstrator vəzifəsində işləyərkən əmək intizamı xətasına yol verərək "xxxx" MMC-yə cəmi 1896,68 manat məbləğində zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı MMC-yə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Beləliklə, məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirib, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi zərərə görə 1896,68 manat məbləğində pul vəsaiti tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə keçirilmiş mediasiya prosesi üçün ödənilmiş 50 manat dövlət rüsumundan ibarətdir. Məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi zərərə görə 1896,68 manat və mediasiya prosesi üçün ödənilmiş dövlət rüsumuna görə 50 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar