Məhkəmə qərarları › İş №e-2(012)-3469/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3469/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3469/2024 14.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbi barədə ilkin iddiasına, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MTK Cavabdeh qarşı “dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilin ümumi dəyərinin 20%-i məbləğində 7000 manat dəbbə pulu məbləğinin, 24 ay müddətinə hesablanmış 19200 manat kirayə haqqının, məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 169 manat ümumilikdə 26.369 manat pul vəsaitinin tutularaq kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “müqavilənin etibarsız sayılması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyun 2021-ci il tarixli “Kooperativ Mənzil Tikintisi haqqında' Müqavilənin 2.3, 4.3, 9.1-ci bəndlərinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın vəkilinümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında işin məhkəmədən kənar qaydada müsbət yöndə həll edilməsi barədə razılığa gəldiklərini, iddia tələbindən imtina edərək icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək MTK-ya olan bütün borcunu ödədiyini, ona bununla bağlı müvafiq sənəd verildiyini, qarşılıqlı iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Tərflərlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hər iki iddiaçı (ilkin və qarşılıqlı iddialar üzrə) iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının və qarşılıqlı iddaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də hər iki iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə icraata xitam verildiyindən, ödənilmiş dövlət rüsumları da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrəicraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MTK-nın Cavabdeh qarşı “dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbi barədə ilkin iddiasına, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 170 manat məbləğində dövlət rüsumu İddiaçı MTKya (VÖEN **********); xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar