Məhkəmə qərarları › İş №e-2(012)-3591/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3591/2025

28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3591/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay, mediasiya müraciət edilən vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən başlayaraq ölkə üzrə minimum əmək haqqının 0.62 misli miqdarında, İddiaçı üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli miqdarında alimentin və mediasiya xidməti zamanı çəkilmiş 61 manat xərcin cavabdeh X2 tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə birlikdə yaşamış, adət və ənənələrimizə uyğun olaraq toy mərasimi etmiş, ev əşyaları (cehiz) gətirmiş və birgə yaşayışları nəticəsində 03 noyabr 2022-ci il tarixində X4 dünyaya gəlmişdir. 12 noyabr 2022-ci il tarixli “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə ilə Cavabdeh 03 noyabr 2022-ci il ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Uşaq hazırda İddiaçı himayəsindədir və onun gündəlik tərbiyəsi, sağlamlığı, qidalanması, geyimi, təhsili və digər bütün ehtiyacları yalnız iddiaçının imkanları ilə ödənilir. Hazırda "xxxx" ASC-nin 2025/1188 saylı xx/xx/2025-ci il tarixli arayışına əsasən İddiaçı "xxxx" ASC-nin əməkdaşıdır və Sumqayıt filialının Xidmət bölməsinin məlumat xidməti üzrə mütəxəssisi vəzifəsində işləyir. İddiaçının qazandığı vəsait nə uşağın, nə də öz ehtiyaclarını tam şəkildə ödəməyə imkan vermir. Uşağın gündəlik xərclərini (qidalanma, geyim, gigiyena, dərman, və s.) təkbaşına qarşılamaq iddiaçı üçün maddi cəhətdən çox çətindir. Təbii ki, azyaşlı uşağın gündəlik qayğısı - yedizdirilməsi, geyindirililməsi, təmizliyi, xəstəlik hallarında baxımı - hamısı ana olaraq İddiaçı üzərindədir. Bu yaşda uşaq hələ bağçaya belə verilmir və daimi nəzarət tələb edir. Bu səbəbdən İddiaçı üçün də aliment təyin olunmalıdır. Bakı 6 saylı Mediasiya təşkilatının “aliment tələbi” ilə ilkin mediasiya sessiyasında tərəflər ortaq qərara gələ bilməmişdirlər. Odur ki, problemlərin yalnız məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay, ölkə üzrə minimum əmək haqqının 0.62 misli miqdarında, İddiaçı üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli miqdarında alimentin və mediasiya xidməti zamanı çəkilmiş 61 manat xərcin X2 tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini, bu günə kimi uşağa zəruri olan xərcləri çəkdiyini, iddiaçının kart hesabına hər ay pul göndərdiyini və göndərdiyi pulların qəbzlərini saxladığını bildirərək, aliment təyin edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixdə 114 № li AZ-İ № 435748 saylı Mingəçevir regional “Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində qeydə alınmış sənəddən görünür ki, Cavabdeh X3 atası hesab edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə № 1305 qeydə alınmış AZ-İV 806536 saylı doğum haqqında şəhadətnaməninn surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaq doğulmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşağın mənafeyi nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,615 mislində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 84.2.2-ci maddəsinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə cavabdehdən uşaq 3 yaşına çatana kimi ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli miqdarında alimentin tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə alimentin tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən uşağın 3 yaşına çatana kimi həmin məbləğdə aliment tələb etdiyini bildirsə də, məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, uşaq 3 yaşına çatana kimi hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,125 mislində həddində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü Atilla adlı uşağın saxlanması məqsədilə hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum aylıq əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment və 3 yaşınadək uşağın saxlanılması üçün hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,125 mislində həddində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin nikah münasibətlərindən olan xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşağın saxlanması məqsədilə hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum aylıq əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment və 3 yaşınadək uşağın saxlanılması üçün hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,125 mislində həddində pul xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesi üçün ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar