Məhkəmə qərarları › İş №e-2(012)-361/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-361/2021

15.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-361/2021 15.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi Rüstəmov İlqar Sahib oğlunun,cavabdeh “xxxx” MMCnin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “son haqq-hesabatın, ödənilməmiş məzuniyyətə dair ödənişlərin verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “son haqq-hesabatın, ödənilməmiş məzuniyyətə dair ödənişlərin verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, son haqq-hesab məbləği olan 6700 manat və gecikdirilmiş əmək-haqqı üzrə 14003 manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh “xxxx” MMC-dən 23651 manat məbləğində pulun, 2552 manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 2018-ci il tarixdə “xxxx” MMC-nin inzibati işlər departamentinin rəisi vəzifəsində işə qəbul olunmuş, bununla bağlı cəmiyyət rəhbəri tərəfindən 1/027 saylı əmr verilmişdir. xx.xx.2019-cu il tarixdə öz xahişi ilə əsasən işdən azad olunmuşdur. Sonuncu tutduğu vəzifə üzrə aylıq əmək haqqı 3475 manat olmuşdur. Belə ki, son haqq-hesab ümumilikdə 6700 manat olmaqla işdən azad olunduğu vaxtdan hal-hazırki günədək ona ödənilməmişdir. Bununla bağlı dəfələrlə MMC rəhbərliyinə müraciət etməyinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, iddiaçı və cavabdeh arasında əmək mübahisəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Xİ bölməsində qeyd edilən əmək mübahisələrindən heç bir hal cavabdehlə arasında baş verməmişdir. Bu səbəbdən də cavabdeh gecikdirilmiş hər gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir. Cavabdeh tərəfindən ona gecikdirilmiş əmək haqqına münasibətdə 353 gün üçün hər günə 1 faiz hesablamaqla 23 651 manat pul ödəməlidir. 7,25 % bank uçot dərəcəsi ilə 2552 manat ziyan, 5000 manat mənəvi zərər vurmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi təqdim edilən zaman, yəni xx.xx.2020-ci il tarixdə gecikdirilmiş əmək-haqqı üzrə 14003 manat tələb edilmişdir. Hazırda həmin məbləğ 23651 manat olaraq hesablanmışdır. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə uçot dərəcəsinə uyğun olaraq 2552 manat maddi ziyan müəyyən edilir. Mənəvi zərər üçün isə 5000 manat pulun cavabdehdən tutulması zərurəti yaranmışdır. Məhkəmənin əvvəlki iclasında iddiaçının vəkili-nümayəndəsi iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili-nümayəndəsi Vəkil sonradan məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini qismən 6700 manat son haqq-hesab hissəsində qəbul etdi, qalan hissədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Nümayəndə izahatını onunla əsaslandırdı ki, cavabdeh müəssisənin coxsaylı borcları vardır ki, iddiaçının və başqalarının son haqq-hesabının vaxtında qaytarılmaması bu səbəbdən mümkün olmamışdır. Bu barədə sübutlarını məhkəməyə təqdim edib. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən 6700 manat son haqq-hesab hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan əmək kitabçasının surətindən müəyyən edilir ki, 1/027 saylı əmrlə İddiaçı xx xxxx 2018-ci il tarixdə “xxxx” MMC-nin inzibati işlər departamentinin rəisi vəzifəsində işə qəbul olunmuş və xx.xx.2019-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur.Tərərflərin izahatlarına görə iddiaçıya verilməli olan 6700 manat məbləğində son haqq-hesab ona ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ bəndinə əsasən, Azərbaycan dövləti, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ bəndinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113.1-ci maddəsinin tələbinə əsasən, Əmək məzuniyyəti-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığın mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti həmin məcəllədə -nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Həmin məcəllənin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət imadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi son haqq-hesab hissəsinə əsaslı olmaqla təmin edilməli, 6700 manat pul cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin son haqq-hesabın gecikdirilməsinə görə 353 gün üçün cərimə borcu məbləğinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəllənin 172.4 və 172.5-ci maddəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 10.03. 2021-ci il tarixli, e-2-2(113)-979/2021 saylı qətnaməsi ilə 11676 manat məbləğində Şirvan Kommersiya Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən 118 223 min manat, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 274 391,41 manat, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 15520 manat, Bakı Kommersiya Məhkəməsinin 18.11. 2020-ci il tarixli qətnaməsi ilə 209 000 manat məbləğində pulun müxtəlif cavabdehlərdən tuulub“xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən cavabdehin iddianın cərimə borcuna etirazının dəlillərini əsaslı hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə cavabdehin təqsiri sübuta yetirilmədiyindən əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddianın 7,25 % bank uçot dərəcəsi ilə 2552 manat ziyan tələbi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra еdilməməsi dеdikdə, оnun pоzulması və ya lazımınca icra еdilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,cavabdeh tərəfindən iddiaçıya məxsus son haqq-hesab məbləğindən hər hansı şəkildə faydalanması və ya həmin məbləği əsassız əldə edilməsi sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. İddia tələbinin 5000 manat mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi bu hissədə əsaslandırılmadığından və eyni zamanda bu hissədə sübutlar təqdim edilmədiyindən iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli,“xxxx” MMC-dən son haqq-hesab məbləği olan 6700 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, alan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğindəki hissəsi cavabdeh “xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” MMC-dən son haqq-hesab məbləği olan 6700 manat və dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar