Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-369/2022 21.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Gıunaı Guluevanın vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Gıunaı Guluevaya qarşı «13 iyun 2020-ci il tarixində doğulmuş X1 atası olmamasının müəyyən edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 13 iyun 2020-ci il tarixində doğulmuş X1 atası olmamasının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı 05 iyun 2014cü il tarixində cavabdehlə nikaha daxil olmuşdur. X3 (Bakı Nikah Evi) nikahın bağlanması haqqında 816 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Lakin nikahın bağlanmasından təxminən bir il sonra tərəflər ayrılmışlar. Təxminən 2015-ci ilin ortalarından tərəflər ayrı yaşayır və birgə təsərrüfat aparmırlar. İddiaçı Gəncə şəhərində öz evində cavabdeh isə Xırdalan şəhərində yaşamışdır. Həmin vaxtdan demək olar ki, heç bir əlaqələri olmamışdır. 2021-ci ilin iyul ayında cavabdeh iddiaçıyla əlaqə saxlayaraq bildirmişdir ki, 13 iyun 2020-ci il tarixində faktiki nikah münasibətlərində olduğu başqa bir şəxsdən oğlan uşağı dünyaya gətirmişdir. Hazırda iddiaçı həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün Abşeron rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin Abşeron rayon Qeydiyyat Şöbəsi cavabdehin nikahda olmasını əsas gətirərək həmin uşağa tənha anadan doğulmuş uşaq kimi doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Buna görə də cavabdeh 16 iyul 2021-ci il tarixində həmin uşaq üçün doğum haqqında şəhadətnamə almışdır. Uşağın doğulması doğum akt qeydi kitabında 323 nömrə ilə qeydə alınmışdır və doğum haqqında şəhadətnamədə uşağın atası kimi iddiaçı göstərilmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, hazırda uşaq üçün doğum haqqında şəhadətnamə almaq üçün başqa yolu yoxdur. İddiaçı cavabdehə uşağın bioloji atası olmadığını və bu səbəbdən də atalığı mübahisələndirəcəyini bildirmişdir. Hesab edir ki, cavabdehin faktiki nikah münasibətlərində olduğu başqa şəxsdən doğduğu uşağın bioloji atası olmadığı halda uşağın doğum haqqında şəhadətnaməsində iddiaçının atası kimi iddiaçının göstərilməyi hüquqlarının kobud şəkildə pozulmasıdır və buna görə də iddiaçı atalığı mübahisələndirmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 18.01.2022-ci il tarixli, 9/30 saylı məhkəmə ekspertizasının rəyindən də göründüyü kimi İddiaçı 13 iyun 2020-ci il tarixində doğulmuş X1 atası olmaması müəyyən edilmişdir. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Gıunaı Guluevanın vəkili-nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh iddia tələbini qəbul edir. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Səadət Sarayı tərəfindən verilmiş AZ-İ № 947751 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə cavabdeh Gıunaı Gulueva arasında 05 iyun 2014-cü il tarixində 816 saylı nikah bağlanmışdır. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İV № 549780 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 13 iyun 2020-ci ildə Göygöl rayonunda doğulmuşdur. Uşağın ata qrafasında İddiaçı, ana qrafasında isə Quluyeva Günay qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-5589/2021 saylı, 29.10.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə tibbi-bialoji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 18.01.2022-ci il tarixli, 9/30 saylı rəyindən görünür ki, 1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış 16 müxtəlif STR lokusdan 16-ı (cədvəl 1, 1-16 saylı STR lokuslar) üzrə X5 ilə güman olunan ata İddiaçı arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır. Cədvəldən göründüyü kimi, nəticələrin etibarlı hesab olunduğu 15 (1-15 saylı STR lokuslar) autosom STR lokuslar üzrə analıq faktı şübhəsizdir. Lakin bu lokuslarm hər biri üzrə üzrə testdə iştirak edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində ən azı bir ortaq allel aşkarlanmamışdır. Testin nəticələrini aşağıdakı kimi interpretasiya etmək olar: Amelogeninlə alman nəticə reallığa uyğun gəlmişdir - testə uğradılan uşaq oğlandır. Testə uğradılan şəxslərin genotiplərində on halda (D21S11, D7S820, CSFİPO, D3S1358, THOl, B16S539, D19S433, vWA, D18S51 və FGA STR lokusları üzrə) uşaq (C) və güman olunan atanın (F) genotiplərində uyğunluq aşkarlanmışdır (cədvəldə xüsusi sütunda C-nin güman olunan ataya - F-ə nəzərən obliqat allelləri yağlı şriflə altından xətt çəkilməklə göstərilmiş və «uyğundur» kimi qiymətləndirilmişdir). Bu hallardan üçündə (D21S11, CSFİPO və D16S539 STR lokusları üzrə) uşağın DNT profillərində ata ilə ortaq allellər (STR lokuslar üzrə uyğun olaraq 28, 11 və 9 saylı allellər) aşkarlansa da, həmin allellər birqiymətli olaraq anadan götürüldüyündən, həmçinin həmin STR lokuslar üzrə uşağın DNT profillərində nə anaya, nə də güman olunan ataya mənsub olmayan, yəni üçüncü şəxsə (digər ataya) mənsub olan allellər (STR lokuslar üzrə uyğun olaraq |30.2|, |12| və |13| saylı allellər) aşkarlandığından həmin lokus üzrə nəticə “uyğundur, lakin nəticə neqativdir” kimi qiymətləndirilmişdir. Qalan beş halda (D8S1179, D13S317, D2S1338, TPOX və D5S818 STR lokusları üzrə) isə güman olunan ata (F) ilə uşaq (C) arasında tam uyğunsuzluq aşkarlanmışdır (nəticələr cədvəldə xüsusi sütunda “yoxdur” qeyd olunaraq “uyğun deyil” kimi qiymətləndirilmişdir). Bütün hallarda uşağın DNT profillərində aşkarlanan nə anaya, nə də güman olunan ataya mənsub olmayan, yəni üçüncü şəxsə (həqiqi ataya) mənsub olan allellər çərçivəyə alınaraq göstərilmişdir. Beləliklə, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X5 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Bundan başqa məhkəmə iclasında cavabdeh Gıunaı Guluevanın vəkili-nümayəndəsi X6 izahatında iddianı qəbul etmiş və iddiaçının 13 iyun 2020-ci il təvəllüdlü X1 atası olmamasını etiraf etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 18.01.2022-ci il tarixli, 9/30 saylı rəyini, cavabdehin vəkili-nümayəndəsinin iddianı qəbul etməsini nəzərə alaraq hesab edir ki, 13 iyun 2020-ci il təvəllüdlü X1 atasının xx.xx.1959-cu ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1959-cu ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 13 iyun 2020-ci il tarixində doğulmuş X1 atası olmaması müəyyən edilsin. Qətnama rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-369/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-369/2022
21.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver