Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3704/2022 26.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddia ərizələri üzrə mülki işə 26 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1177/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 170 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq 80 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1177/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı olundan onun xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək normal şəraitdə saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq İddiaçı əmək haqqının üçdə biri miqdarında müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4929/2022 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair 2(060)-4929/2022 saylı iş İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair 2(012)-3704/2022 saylı işlə birləşdirilməsi üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-3704/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işlə Qurbanova iddiaçı Aynurə Məhəbbət qızının cavabdeh İddiaçı qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sabit pul məbləği olaraq hər ay 200 manatdan çox məbləğdə alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1177/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnamə ilə iddia tələbi qismən təmin edilərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qət olunmuşdur. Cavabdeh Sumqayıt şəhər X5 Stansiyasında həkim işləyir və aylıq məvacibi 3000-3500 manat civarındadır. Dərman firmasında göstərdiyi fəaliyyətə görə əlavə olaraq 2000 manat gəlir əldə edir. Evdə xəstələri qəbul edərək müalicə və müayinə edir, oradan da gəlir əldə edir. Birinci həyat yoldaşından doğulmuş qızına da aliment alır və onun atası öz övladına köməklik göstərir. Belə yaxşı gəlir əldə edən həkim bütün gəlirlərini toplayaraq özünə Masazır qəsəbəsindən iki otaqlı mənzil götürmüşdür. Göstərdiklərini əsas tutaraq müəyyən edilmiş alimentin miqdarının azaldılması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2014-cü il tarixli qətnaməsi ilə qızı X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 103 (yüz üç) manat sabit pul məbləğində alimentin İddiaçı alınıb ona verilməsi qət edilmişdir. Şahanə böyüdükcə onun saxlanma xərcləri də artırdı. Bu səbəbdən 2020-ci ilin yanvar ayında yenidən alimentin miqdarının artırılması üçün Sumqayıt Şəhər Məhkəməsinə yenidən müraciət etmişdir. xx.xx.2020-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsi 170 (yüz yetmiş) manat miqdarında sabit pul məbləğində alimentin İddiaçı əmək haqqından tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda Şahanə məktəbə, 5-ci sinifə gedir və onun xərcləri də artır. Onun aldığı əməkhaqqı ehtiyaclarını ödəmir. İddiaçı isə ancaq məhkəmənin müəyyən etdiyi 170 (yüz yetmiş) manatı ödəyir. Bu isə uşağın ehtiyaclarını tam ödəmir. Ondan fərqli olaraq cavabdeh İddiaçı maddi durumu çox yaxşı vəziyyətdədir. Aylıq məvacibinin də artması ilə əlaqədar olaraq maddi vəziyyətində xeyli müsbət dəyişiklik olmuşdur. Onun bahalı bağ evi və “Toyota Prado” markalı avtomobili var. İş rejiminə uyğun olaraq o. bir sutka işləyir, 2 sutka evdə olur. Ona məxsus avtomobil ilə cavabdeh İddiaçı daim Rusiya Federasiyasına, Dağıstan Muxtar Respublikasına sərnişin daşıyır, eyni zamanda oradan burda satmaq üçün ərzaq, paltar və s. gətirir və alver edir. Cavabdeh İddiaçı əldə etdiyi aylıq gəlirin miqdarı 1500 (min beş yüz) manatdan artıqdır. Ancaq o, bütün bunlara baxmayaraq qızı Şahanənin normal vəziyyətdə saxlanmasına kömək etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi iddianı müdafiə edərək təmin edilməsini, Cavabdeh ona qarşı iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə alimentin azaldılması barədə iddia ərizəsini qəbul etməyərək rədd edilməsini, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1177/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq İddiaçı əmək haqqının üçdə biri miqdarında müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən İddiaçı iddia tələbi təmin edilməməli, Cavabdeh isə iddia tələbi təmin edilməlidir. Belə ki, Sumqayıt Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhər X5 Stansiyasıbnda TTY üzrə həkim vəzifəsində işləyir orta aylıq əmək haqqı 3187.27 manat təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Mərkəzi qaraj tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həmin idarədə sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 953.40 manat təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 1177/2020 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikahda olmuşlar və onların faktiki nikahından xx.xx.2011-ci il təvəllüdlü X3 adlı övladı vardır. Uşaq hazırda Cavabdeh himayəsindədir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1177/2020 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1177/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 170 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq 80 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh isə cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1177/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı onun xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək normal şəraitdə saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq İddiaçı əmək haqqının üçdə biri miqdarında müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşaqları cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, bundan sonra isə alimentin azaldılmasını və uşaqların maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. Eyni zamanda məhkəmə uşağın artan təlabatını, alimentin məbləğinin azaldılmasını isə onun əvvəlki həyat səviyyəsinin pisləşməsi kimi qiymətləndirir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçının cavabdehlə faktiki nikahdan olan uşağının saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin azaldılmasınin hüquqi əsası olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı Cavabdeh iddia tələbində Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1177/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq İddiaçı əmək haqqının üçdə biri miqdarında müəyyən edilməsi barədə iddiasına münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək normal şəraitdə saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının İddiaçı əmək haqqının üçdə biri miqdarında müəyyən edilməsi uşağın artan maddi tələbatının yaxşılaşmasına əsas verdiyindən məhkəmə hesab edir ki, Cavabdeh iddiası qismən təmin edilməli, cavabdeh İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) hər ay dörddə bir hissəsi miqdarında aliment xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1177/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) hər ay dörddə bir hissəsi miqdarında aliment xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh xeyrinə tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3704/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3704/2022
26.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver