Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3993/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 173 manat məbləğındə pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2022-ci il tarixli MAS-5499 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəllərinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq “Azərmaş" MMC iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 13 sentyabr 2023-cü il tarixli e- 2(012)-3267/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin edilərək cavabdehdən ümumilikdə 1221,86 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. AR X3 İdarəsi tərəfindən yazılmış İXP ******* saylı protokola görə 64 manat, EQ 13047993 saylı protokola görə 18 manat, EQ 12571421 saylı protokola görə 9 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ 12571429 saylı protokola görə 9 manat və EQ 13047994 saylı protokola görə 9 manat, ümumilikdə 173 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X1 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2022-ci il tarixli MAS-5499 saylı “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ödənilmiş X2 cərimələrinə görə 173 manat məbləğində pulun ödənilməsi, əks təqdirdə həmin pulun məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İXP ******* saylı protokola görə 64 manat, EQ 13047993 saylı protokola görə 18 manat, EQ 12571421 saylı protokola görə 9 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ 12571429 saylı protokola görə 9 manat və EQ 13047994 saylı protokola görə 9 manat cərimə məbləğləri İddiaçı MMC tərəfindən Daxili İşlər Nazirliyi BDYPİ-nə ödənilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-3267/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5499 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 685.18 (altı yüz səksən beş manat on səkkiz qəpik) manat gecikdirilmiş əsas, 526.68 (beş yüz iyirmi altı manat altmış səkkiz qəpik) manat gecikdirilmiş mükafat və 10 (on) manat dəbbə pulu olmaqla, ümumilikdə, cəmi 1221.86 (min iki yüz iyirmi bir manat səksən altı qəpik) manat pul vəsaiti və 74 (yetmiş dörd) manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, olan İddiaçı MMC, Cavabdeh arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli MAS-5499 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. İnzibati xəta haqqında protokollara əsasən AR X2 cərimələrinə görə 173 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsio nəzərdə tutulmasın.” Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozlmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçn çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir)”. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən “hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərəin əvəzini ödəməlidir”. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s. nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi çəxsin öhdəsinə qoyulur”. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 173 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 173 manat pul və ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3993/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3993/2024
31.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver