Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4001/2021 01.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili-nümayəndəsi Süleymanlı Elxan Bəhmən oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə 01 dekabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 29 noyabr 2010-cu il tarixdə Cəlilabad rayon Qeydiyyat Şöbəsində 529 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların ananın yanında qalması, birgə nikahdan 26 oktyabr 2011-ci il tarixdə doğulmuş X4 və 15 fevral 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edilən vaxtdan başlayaraq Cavabdeh hər bir uşaq üçün, hər ay 200 (iki yüz) manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi; Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, 10 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə həmin mənzilin 1/3 hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması (payın müəyyən edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 29 noyabr 2010-cu il tarixdə birgə nikaha daxil olmuş və nikahları Cəlilabad rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Rəsmi nikahları bağlandıqdan sonra cavabdeh ilə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahlarından 26 oktyabr 2011-ci il tarixdə X6 və 15 fevral 2014-cü il tarixdə X5 anadan olmuşdur. Ailə münasibətləri bir müddət yaxşı olsa da, sonralar cavabdehin təqsiri üzündən tədricən pozulmağa başlamışdır. Onlar faktiki olaraq bir ailə kimi yaşamırlar. Hazırda cavabdeh ilə ailə münasibətlərini bərpa etmək qeyrimümkündür, aralarında olan nikah formal xarakter daşıyır, ailə münasibətlərinin bərpa edilməsi və ər-arvad kimi birgə yaşamaqları mümkün deyildir. Belə olan halda iddiaçı övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən məhkəməyə müraciət etdiyi vaxtdan başlayaraq hər bir uşaq üçün hər ay 200 (iki yüz) manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq onun xeyrinə ödənilməlidir. Həmçinin birgə nikah dövründə cavabdehin adına Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8 ünvanında yerləşən 10 saylı mənzil əldə edilmişdir. Həmin mənzildə ailə münasibətləri pozulanadək bir yerdə yaşamışlar. Belə olduqda birgə mülkiyyətlərində olan Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, 10 saylı mənzilə onun və uşaqların mənafeyi nəzərə alınmaqla 1/3 hissə kimi müəyyən edilməlidir. Odur ki, hazırda iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda, iddia ərizəsinə dəqiqləşmə verərək, İddiaçı ilə Cavabdeh arasında 29 noyabr 2010-cu il tarixdə Cəlilabad rayon Qeydiyyat Şöbəsində 529 saylı akt qeydi ilə bamlanmış nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların ananın yanında qalması, birgə nikahdan 26 oktyabr 2011-ci il tarixdə doğulmuş X4 və 15 fevral 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edilən vaxtdan başlayaraq Cavabdeh hər bir uşaq üçün hər ay 200 (iki yüz) manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, mənzil 10 ünvana dair birgə nikah dövründə birgə təsərrüfat hesabına ödənilmiş 27751.41 manat pul vəsaitinin ½ hissəsi olan 13875.70 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini, nikahın pozulmasına, uşaqların ananın yanında qalmasına razı olduğunu, onların saxlanılması üçün iddia tələbində alimentin məbləğinin çox qeyd olduğunu, özünün isə aylıq əmək haqqının 400 manat olduğunu bildirdi. Lakin iddia tələbində qeyd olunan mənzilin kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edildiyini, hazırda ödənişlər də edilmədiyini bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun vəkili-nümayəndəsinin və cavabdehin izahatını, vəkilin çıxışını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir . Mülki işin materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə X1 nikahı 29.11.2010-cu il tarixdə 529 nömrə ilə Cəlilabad rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. X3 nikahdan sonra Zeynalova soyadını qəbul etmişdir. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 26 oktyabr 2011-ci il tarixdə X6 və 15 fevral 2014-cü il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. İşin materiallarında olan cavabdehin adına olan əmək müqaviləsi bildirişindən görüür ki, 400 manat əmək haqqı alır. Mülki işin materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 31.10.2012-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, mənzil 10 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. Mülki işin materiallarında olan MA seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 17.04.2010-cu il tarixli Çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Bəx tiyar oğlunun mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 18.02.2017-ci il tarixdə Cavabdeh ünvanlanmış məktubdan görünür ki, onun ərizəsinə baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil üzərində adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusu Ş.F.Gülməmmədova tərəfindən təsdiq edilmiş 17.03.2010-cu il tarixli, 4Ə-01-31 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən 17.04.2010-cu il tarixdə **********99 05101 093003 reyestr nömrəsi ilə qeydiyyata alınmış və həmin mənzil "xxxx" ASC-nin “Həyat” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan sonra, 29.09.2012-ci il tarixdə dövlət reyestrində cari dəyişikliklərin edilməsi üçün Siz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və Abşeron rayonu Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, mənzil 10 (əvvəlki ünvanı ünvan 5l 10) ünvanında yerləşən həmin mənzil üzərində onun adına 31.10.2012-ci il tarixli, **********17 05101-093007 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin mənzil "xxxx" ASC-nin "Həyat" filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və hazırda girovdadır. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 28.09.2021-ci il tarixdə Cavabdeh ünvanlanmış məktubdan görünür ki, onun vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Mülki iş materiallarında olan LPO "xxxx" ASC tərəfindən 26.11.2021-ci il tarixdə məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Texnikabank” ASC ilə Cavabdeh arasında bağlanılmış 16.03.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 36500 (otuz altı min beş yüz) manat kredit verilmişdir. 16.03.2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri Vəkil1 prospekti, ev 8, mənzil 10 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. 29.10.2010-cu il tarixindən 01.09.2015-ci il tarixinədək 16557.91 (on altı min beş yüz əlli yeddi manat 91 qəpik) manat əsas, 11.193.50 (on bir min bir yüz doxsan üç manat 50 qəpik) manat faiz məbləği ödənilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, İddiaçı Cavabdeh ilə əvvəllər münasibəti normal olsa da, sonradan onların bir ailə kimi birlikdə olmaları və yaşayışları mümkün olmamışdır. Hal-hazırda onların münasibətləri tamamilə pozulmuşdur. Ailənin bərpası mümkün deyildir.Tərəflər hər ikisi nikahın ləğvinə razıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh birgə yaşaması və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyindən nikah pozulmalı, iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-ayanrvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə tərəflərin izahatlarını, işin müəyyən edilən hallarını, cavabdehin uşaqların analarının himayəsində qalmalarına razılığını, uşaqların azyaşlı olmaqla daha çox ana nəvazişinə və qayğısına ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 26 oktyabr 2011-ci il təvəllüdlü X4 və 15 fevral 2014-cü il təvəllüdlü X2 anaları İddiaçı himayəsinə verilməsi uşaqların normal həyatının təmin edilməsi baxımından məqsədəuyğundur. Məhkəmə işin materiallarını tədqiq edərək iddia tələbinin aliment tələbinə dair hissəsində də qismən əsaslı olması və təmin edilməli olması nəticəsinə gəlir. Belə ki, Cavabdeh əmək qabiliyyətli olub qazanc əldə etmək qabiliyyətinə malikdir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiya”sının 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. İddiaçı aliment kimi hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləği tələb etsə də, cavabdehin ödəməyə imkanının olubolmamasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, o, buna dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı təyin edilərkən, 2021-ci il üçün uşaqların yaşayış minimumunun 175 manat məbləğində nəzərdə tutulması əsas götürülməli və alimentin miqdarı 175 manat məbləğində müəyyən edilməlidir. . Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 04 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə də qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməlidir. Məhkəmə iddia tələbinin digər hissəsinə münasibətdə qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, mənzil 10 ünvanı mənzil üzərində adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusu Ş.F.Gülməmmədova tərəfindən təsdiq edilmiş 17.03.2010-cu il tarixli, 4Ə-01-31 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən 17.04.2010-cu il tarixdə **********99 05101 093003 reyestr nömrəsi ilə qeydiyyata alınmış və həmin mənzil "xxxx" ASC-nin “Həyat” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan sonra, 29.09.2012-ci il tarixdə dövlət reyestrində cari dəyişikliklərin edilməsi üçün Siz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və Abşeron rayonu Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, mənzil 10 (əvvəlki ünvanı ünvan 5l 10) ünvanında yerləşən həmin mənzil üzərində onun adına 31.10.2012-ci il tarixli, **********17 05101- 093007 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin mənzil "xxxx" ASC-nin "Həyat" filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və hazırda girovdadır. İş materiallarından göründüyü kimi tərəflər 29 noyabr 2010-cu il tarixdə nikaha daxil olmuşlar.Tərəflər birgə nikahda olduqları müddətdə ödənilmiş kredit məbləği LPO "xxxx" ASC tərəfindən 26.11.2021-ci il tarixdə məhkəməyə ünvanlanmış məktubundan müəyyən olunur ki, 29.10.2010-cu il tarixindən 01.09.2015-ci il tarixinədək 16557.91 (on altı min beş yüz əlli yeddi manat 91 qəpik) manat əsas, 11193.50 (on bir min bir yüz doxsan üç manat 50 qəpik) manat faiz məbləği olmaqla, cəmisi 27751,41manat ödəniş aparılmışdır.İddiaçı həmin məbləğdə özünün payının ½ hissə olmasına əsaslanaraq 13875,70 manat pulun cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, 16.03.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 29.10.2010-cu il tarixindən 01.09.2015ci il tarixinədək 16557.91 (on altı min beş yüz əlli yeddi manat 91 qəpik) manat əsas, 11193.50 (on bir min bir yüz doxsan üç manat 50 qəpik) manat faiz məbləği, cəmi 27751.41 (iyirmi yeddi min yeddi yüz əlli bir manat 41 qəpik) manata tərəflərin hər birinin payının ½ hissədə müəyyən edilməli və 13 875,70 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,İddiaçı ilə Cavabdeh arasında 29.11.2010-cu il tarixdə 529 nömrə ilə Cəlilabad rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydi ləğv edilməli,birgə nikahdan anadan olmuş 26 oktyabr 2011-ci il təvəllüdlü X4 və 15 fevral 2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilməli,26 oktyabr 2011-ci il təvəllüdlü X4 və 15 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalı,alimentin tutulmasnın əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi – 04 iyun 2021-ci il tarixdən hesablanmalı, 16.03.2010-cu il tarixli kredit müqaviləsinə əsasən aparılmış cəmi 27751.41 (iyirmi yeddi min yeddi yüz əlli bir manat 41 qəpik) manat ödəniş məbləğində tərəflərin hər birinin payının ½ hissədə müəyyən edilməli və həmin hissəyə uyğun 13 875,70 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməli, Cavabdeh 40 (qırx) manat məbləğində dövlət rüsumuna görə pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 40 (qırx) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-cı maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 29.11.2010-cu il tarixdə 529 nömrə ilə Cəlilabad rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydi ləğv edilsin. Birgə nikahdan anadan olmuş 26 oktyabr 2011-ci il təvəllüdlü X4 və 15 fevral 2014cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilsin. 26 oktyabr 2011-ci il təvəllüdlü X4 və 15 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi – 04 iyun 2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. 16.03.2010-cu il tarixli kredit müqaviləsinə əsasən aparılmış cəmi 27751.41 (iyirmi yeddi min yeddi yüz əlli bir manat 41 qəpik) manat ödəniş məbləğində tərəflərin hər birinin payının ½ hissədə müəyyən edilməklə, həmin hissəyə uyğun 13 875,70 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 40 (qırx) manat məbləğində dövlət rüsumuna görə pul tutularaq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-4001/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4001/2021
01.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver