Məhkəmə qərarları › İş №e-2(012)-4031/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4031/2023

06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4031/2023 06.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İlqar qızına qarşı «ayrılmış müavinətin şəxsə münasibətdə dəyişdirilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İlqar qızına qarşı «ayrılmış müavinətin şəxsə münasibətdə dəyişdirilməsi» tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi – vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi X2 iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia ərizənin baxılmamış saxlanılmasına dair etiraz etməyərək məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki,ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından göründüyü kimi İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə vermiş,Cavabdeh İlqar qızı işin mahiyyəti üzrə həll olunmasını tələb etməmiş, 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi məhkəmənin mülahizəsinə buraxdığından iddia tələbi baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 268 maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh İlqar qızına qarşı «ayrılmış müavinətin şəxsə münasibətdə dəyişdirilməsi» tələbinə dair iddiası baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar