Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-413/2023 11.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin sığorta qaydasında tutulması» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2078,18 məbləğində pulun, 40,78 məbləğində dövlət rüsumunun və 0,40 məbləğində xidmət haqqının, cəmi 2119,36 məbləğində pulun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2022ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Daewoo Nexia” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Dodge Durango minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Abşeron DYPŞ-nin xx.xx.2022ci il tarixli, TP ******* saylı qərarına əsasən Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Dodge Durango minik” markalı, ** PS *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği cavabdehin məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC ilə məktub vasitəsi ilə razılaşdırıldıqdan sonra 250 manat azadolma məbləği çıxılmaqla ASC tərəfindən 6182 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəlləyə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta nişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyi sığorta ödənişi həcmində keçir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Dodge Durango minik” markalı, ** PS *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən əmlak sığortası qaydasında 250 manat şərtsiz azadolma məbləği müəyyən edilməklə 33000 manat məbləğində sığorta etdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayış” dan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə ASC-də “avtokasko” risklərindən sığortalanmış “Dodge Durango minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil və “Daewoo Nexia” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. İddia ərizəsinə əlavə edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli elektron qərarın surətindən müəyyən olunur ki, Cavabdeh baş vermiş-yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində inzibati cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1079 saylı sığorta aktına və qüsur aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Dodge Durango minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 6432 manat məbləğində zərər mişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, ASC tərəfindən dəymiş zərərin aradan qaldırılması üçün 6182 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarış sənədindən müəyyən olunur ki, həmin sığorta ödənişi məbləğindən 4103,82 məbləğində pul cavabdehin məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-C-22/3853 saylı geriyə tələb məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 6182 manat məbləğində sığorta ödənişinin 2078,18 məbləğində hissəsinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 56.1.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə sığorta ödənişinin məbləği 5000 manat məbləğində məyyən edilmişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən “Daewoo Nexia” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 5000 manatdan qalıq hissəsini, 2078,18 məbləğində pulu ASC mütənasiblik qaydasında pulu cavabdehdən tələb etmək hüququna malik olmuşdur. Qeyd olunanlara əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında və etirazında bildirdi ki, sözügedən iddia tələbinin heç bir əsası yoxdur və rədd edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixində gecə radələrində o, öz mülkiyyətində olan “Daewo-Nexia” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində olarkən “Dodge Durango” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sol qapısına zərbə ilə çırpılmışdır. Aylar sonra, Bakı sığorta ASC-nin xx.xx.2022-ci il tarixli dəvət məktubu ilə idarələrinə getmişdir. İddiaçı şirkət ona 2078,18 "xxxx" ASC-yə manatın ödənilməsi barədə öhdəliyi olduğunu bildirdilər. O da bu borcun nəyin əsasında yaranması barədə sual vermişdir. Qeyd etmişdir ki, 4 ay ərzində qarşı tərəfin avtomobilinə dəymiş zərərlə bağlı ona heç bir bildiriş, məlumat gəlməmişdir. Əsassız yerə "xxxx" ASC qəzadan 4 ay sonra ona 2078,18 manat borcumun olması barədə məktub göndərmişdir. Bu məktuba əlavə olaraq "xxxx" ASC ona “AutoColorS Avtoservis" şirkətinin verdiyi avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısını göndərmişdir. Həmin siyahıdakı qiymətlər şişirdilmiş və əsassız dəyişmələr edilmişdir. O, bu ödənişin əsassız olduğunu bildirmişdir. Məlumat üçün bildirir ki, hazırda "xxxx" ASC ona qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin bildiriş vərəqəsi 16 sentyabr 2022-ci ildə “Azərpoçt” vasitəsilə ona çatdırılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbininin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 20 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC “Dodge Durango minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6182 manat məbləğində sığorta ödənişini X3 hesabına ödəyərək köçürmə həyata keçirmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sığorta ödənişi ilə bağlı aktdan görünür ki, 6182 manat sığorta ödənişi məbləğindən 4103,82 məbləğində pul Cavabdeh məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yəödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 9/1982 saylı ekspert rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “AutoColors” avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Dodge Durango” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5094 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından məlum olur ki, "xxxx" ASC tərəfindən verilmiş sığorta ödənişi ilə bağlı akta əsasən, 6182 manat sığorta ödənişi məbləğindən 4103,82 məbləğində pul Cavabdeh məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş maşına vurulmuş ümumi ziyandan yəni, 5094 manat, "xxxx" ASC tərəfindən ödənilmiş 4103,82 manat çıxılmaqla, qalan 990,18 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. "Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüquqi (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə almaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalanmış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə «digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi çəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası cıranı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar «niəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki hüquq pozuntusu (delıkt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd ənəli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Miiiki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə’hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 40,78 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 19 manat və 0,40 məbləğində xidmət haqqı cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 05 iyun 2023-cü il tarixli, 9/1982 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 26 manat Cavabdeh, 24 manat isə "xxxx" ASC-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 990,18 manat pul, habelə 19 manat dövlət rüsumu və 0,40 məbləğində xidmət haqqı tutularaq iddaçı "xxxx" ASC-yə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 05 iyun 2023-cü il tarixli, 9/1982 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 26 manat Cavabdeh, 24 manat isə "xxxx" ASC-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-413/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-413/2023
11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver