Məhkəmə qərarları › İş №e-2(012)-4274/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4274/2022

11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4274/2022 11.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı «alimentin azaldılması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 30 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı Baloğlan qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, aliment mələbğinin 120 manat məbləğində təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, İddiaçı Baloğlan qızının Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddia tələbinin təmin edilməsini, Cavabdeh yetkinlik yaşına çatmayan 30 iyul 2016-cı il təvəllüdlü X2 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin İddiaçı Baloğlan qızının xeyrinə tutulmasını, alimentin artırılması ilə bağlı Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanması və tutmanın həmin vaxtdan hesablanmasını, alimentin azaldılması barədə qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətində olmuş və həmin faktiki nikahdan 30 iyul 2016-cı ildə Məhəmməd adlı uşaqları anadan olmuşdur. Cavabdeh 30 iyul 2016-cı il təvəllüdlü Məhəmmədin atası müyyən edilmiş və bu barədə Sumqayıt şəhər qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin aprel ayının 4-də 25 № ilə qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavavdehdən 30 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 160 manat məbləğində alimentin tutularaq İddiaçı Baloğlan qızına verilməsi qət edilmişdir. Lakin həmin məbləğ hazırki vaxtda uşağın tələbatınıı yarısını ödəmir, iddiaçı heç yerdə işləmir və başqa gəlir mənbəyi də yoxdur. İddiaçının isə uşağın saxlanılması üçün artan tələbatını ödəmək imkanı yoxdur. Cavabdeh alimenti ödəməmək məqsədi ilə işləmək istəməsə də, başqa gəlir mənbəyi vardır. Belə valideyninə məxsus, lakin faktiki cavabdehin idarə etdiyi obyektlərdən gəlir əldə edir. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Həmçinin cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan mütəmadi ödəmir və hazırda 2100 manat borcu qalmışdır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Qeyd olunanlara əsasən, o, ilkin iddianın təmin edilməsini,qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, Cavabdeh kəsilmiş 160 manat alimenti ödəməkdə çətinlik çəkir. Alimentin artırılması cavabdehin maddi vəziyyətini daha da pisləşdirəcək. Həmçinin cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur. Cavabdeh 27 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşev adına ECM-də ürək kateterizasiyası əməliyyatı keçirmiş və xroniki ürək xəstəsi hesab olunur, bununla bağlı daimi müalicə alır və bu da kifayət qədər vəsait tələb edir. Cavabdeh hal-hazırda işləmir və qardaşlarının köməyi ilə çətinliklə dolanır, aliment məbləğinin artırılması kifayət qədər ciddi fəsadlar törədə bilər. İddiaçı isə müəllimə işləyir. Odur ki, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X6 tərəfindən verilmiş AZ-İV № 259608 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, X5 30 iyul 2016-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən edilmiş, Cavabdeh 30 iyul 2016-cı il təvəllüdlü X4 atası olmasının müəyyən olması, qətnamənin yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsaslı hesab edilməsi, 30 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay Cavabdeh 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia baxılmamış saxlanmalı və bu barədə ayrıca qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2022-ci il üçün uşaqların yaşayış minumumu nəzərə alınmaqla 30 iyul 2016-cı il təvəllüdlü X1 üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İlkin iddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 30 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar