Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-431/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş maddi ziyana görə 29700 manat, mənəvi zərərə görə 10000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 29700 manat, mənəvi zərərə görə 10000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 torpaq sahəsi satdığını öyrənmiş, cavabdeh isə ona Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 7-ci küçədə yerləşən 2 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boş qalan hissəsini satmaq istədiyini bildirmişdir. O, cavabdehlə razılığa gələrək 55 kv.m torpaq sahəsini 3200 manat pul məbləğinə almış və torpaq sahəsində özünə fərdi yaşayış evi tikməyə başlamışdır. Tikinti işləri bitdikdən sonra Cavabdeh2 atası Cavabdeh1 torpaq sahəsinin və onda olan fərdi yaşayış evinin öz adına olduğunu bildirmişdir. Cavabdeh1 ondan torpaq sahəsində əvvəlcədən inşa etdiyi yaşayış evini satın almağını və ya evin satılmasında ona köməklik göstərməsini xahiş etmişdir. O, Əliyev X1 edəcəyinə söz vermiş, özünün və İntiqamın evini satmaq məqsədi ilə 2017-ci ildə Kamran adlı şəxslə əraziyə gəlib hər iki evi ona göstərmişdir. Kamran adlı şəxs yeni inşa edildiyi və təmirli olduğu üçün onun tikdiyi evi 26500 manata almışdır. Cavabdeh1 evi almağı ona təklif etmiş, lakin o, ancaq evin satılmasında kömək edəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh1 10.05.2017-ci il tarixdə Abşeron Rayon Polis idarəsinə ərizə ilə müraciət edərək özünə məxsus torpaq sahəsində tanımadığı şəxsin fərdi yaşayış evi tikdiyini bildirmişdir. Abşeron RPİ-nin 20.05.2017-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh1 ona məxsus torpaq sahəsində özbaşına tikilmiş evin sökülməsi də daxil olmaqla torpaq sahəsinin cavabdehin hesabına ilkin vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, cavabdeh qismində onun qoyulduğu həmin mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(102)-819/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28.07.2020-ci il tarixli, 2(105)-114/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi küçə 7, 6-cı dalan, 7 saylı evin həyətində 0,0064 ha torpaq sahəsində onun tərəfindən tikilmiş evin hesabına sökülməsi və torpaq sahəsinin ilkin vəziyyətinə gətirilərək Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Nəticədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, evə xərclədiyi pul məbləğindən məhrum olmuş, daimi olaraq əsəb, gərginlik, stress keçirməyinə səbəb olmuş və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Xırdalan bələdiyyəsinə ünvanladığı ərizəyə 11.06.2020-ci il tarixli, 186 saylı məktubla bildirilmişdir ki, üzərində fərdi yaşayış evi tikilmiş 45 kv.m torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmulu izahat vermişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı evinin satılmasını xahiş etmişdir. Abşeron Rayon Polis İdarəsinə müraciəti ilə əlaqədar olaraq, istifadəsində olan torpaq sahəsini onun xəstəxanada olan zaman oğlu Cavabdeh2 qanunsuz olaraq dostu İddiaçı satmışdır. Elçin isə onun xəstəxanada olmadığından və əməliyyat olmağından istifadə edərək evi tikib və başqa şəxsə satmışdır. Abşeron Rayon Polis İdarəsinə müraciət edənə kimi o, evi kimin tikdiyini bilmirdi. Çünki oğlu Cavabdeh2 ondan gizlənirdi və evin qapısı bağlı olduğundan həmin ünvana kimsə gəlib-getmirdi. Abşeron Rayon Polis İdarəsinə müraciət edəndən sonra məlum oldu ki, oğlu Seymur ondan xəbərsiz və qanunsuz olaraq “makler” Elçinə onun istifadəsində olan torpaq sahəsini satmışdır. O, tədqiqat orqanında oğlu Seymurun həbs olunmaması üçün ifadəsində guya “3200 manat pul vəsaitini oğlum Seymur mənə vermişdir” ifadəsini söyləmişdir. Elçin də öz növbəsində tutulmaması üçün ona yalvarmış və sonda onun bütünlüklə evini “çıxarış”la alacağına dair söz vermişdir. İddiaçı isə iddia ərizəsində “cavabdehin qanunsuz hərəkətləri nəticəsində evə xərclədiyi pul məbləğindən məhrum olmuş və əsəb, stress, gərginlik keçirməyinə səbəb olmuşdur” ifadəsini qeyd etmişdir. Halbuki, işin faktiki halları tamamilə başqadır. Abşeron Rayon Polis İdarəsinin qərarında İddiaçı inşa etdiyi evi 26500 manata Kamran adlı şəxsə satmışdır. Onun iştirakı olmadan keçirilən 31.05.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı izahatında “Həmin ev üç dəfə satılmış, birinci dəfə mən satmışam, mən satandan sonra isə onlar bir-birilərinə satmışlar” göstərmişdir ki, həmin cümlələr iddiaçının inşa etdiyi evlə bağlı ona sərf edən qiymətə əldə etmişdir. Belə görünür ki, iddiaçı onun istifadəsində olan torpaq sahəsində tikib satdığı ev üçün ikinci dəfə maddi və mənəvi ziyan tələbi ilə bağlı qazanc əldə etmək istəyir. O, nə hazırlıq iclasında, nə də digər məhkəmə iclasında iştirak etmiş, bundan məlumatı olmamışdır. Hazırda iddiaçının satdığı evdə X4 tək yaşayır. İddiaçı isə bu barədə iddia ərizəsində hər hansı bir məlumatı qeyd etməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, X13 1 həftə olar ki, tanıyır. Cavabdeh1 isə narkoman atası kimi tanıyır. Onun evi Papanində yerləşir, həmin ev ona qaynatası tərəfindən hədiyyə verilmişdir. 2013-cü ilə kimi, o, həmin evdə yaşamış, sonra ev plana düşdüyündən və ev barədə mübahisə yarandığından o, ev axtarmağa başlamışdır. Ona payın 21000 manat pul vəsaiti düşdüyündən ev tapana qədər bir müddət qardaşının bağ evində yaşamış, ev axtarmaq məqsədilə təsadüfən ev alqısatqısı obyekti önündən keçmiş, qardaşı ilə birlikdə X18 ilə tanış olmuşlar. Aqşin onları məlum məhəlləyə gətirmiş və həmin evi onlara təqdim etmişdir. O, həmin evə köçmədən 3 ay gedib-gəlmiş, qonşularla əlaqə yaratmış, sonra qardaşı problem olub-olmayacağını dəqiqləşdirmişdir. O, evi Əşrəf adlı şəxsdən almış, bələdiyyə sənədini isə Cavanşir adlı şəxs düzəltmişdir. O, 24500 manatı Əşrəf adlı şəxsə, qonşuların aktı ilə təhvil vermişdir. Lakin ondan qızının cehizlərinin çıxarılması üçün 3 gün möhlət istəmiş, 3 gün keçmiş, 7 gün olmuşdur. Həmin evə dair işıq pulu, su pulu Kamran Məmmədovun adınadır. Həmin evdə o, iki ay yaşamış, sonra isə ona evi ondan alacaqları ilə hədələmişlər. Sonradan ona Cavabdeh1 xəstə olduğunu, oğlu Seymurun isə Əliyev Elçinə 3500 manata satdığını öyrənmişdir. Elçinlə Elxan evi tikib satmışlar, evi alan 3-cü şəxs isə o olmuşdur. Cavabdehlər onu təngə gətirmişlər. Kanalizasiya turbalarını onun evinə axıtmışlar. O, həmin evdə yaşayır, qaz, işıq və su xətti onun adınadır. Məhkəmə proses iştirakçılarının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonara Mülki Prosessual Məcəllə) ; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon Polis İdarəsinin 20.05.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Qərardan müəyyən olunur ki, izahatı alınmış Cavabdeh1 DƏDRX tərəfindən verilmiş, sənədinə əsasən Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivində 0,006 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdiyini, xəstəliyi ilə əlaqədar həmin evini və torpaq sahəni satmaq qərarına gəldiyini bildirmişdir. Bu məqsədlə adını bilmədiyi ev alqı-satqısı ilə məşğul olan şəxslə boş torpaq sahəsində ev tikib satdıqdan sonra ona 45000 manat pul verməsi ilə razılığa gəlmişdir. Həmin şəxs 2017-ci ilin yanvar ayında evi tikib qurtardıqdan sonra tikdiyi evi tanımadığı bir nəfərə satmış, o, pulunu istədikdə həmin şəxs onun evini satdıqdan sonra onun pulunu verəcəyini bildirərək pulu ödəməkdən yayınmışdır. -Qərardan daha sonra müəyyən olunur ki, izahatı alınmış X11 bildirmişdir ki, Abşeron rayonu Xırdalan şəhərindən ev almaq istəyərkən Elçin adlı ev alqı-satqısı ilə məşğul olan şəxslə tanış olmuşdur. Elçin Xırdalan şəhəri Quşçuluq massivi 7-ci küçədə yerləşən 2 otaqlı fərdi yaşayış evini ona təqdim edərək torpaq sahəsini aldıqdan sonra orada həmin evi inşa etdiyini özünə məxsus olduğunu bildirmişdir. O, Elçinlə razılaşıb həmin evi 26500 manata ondan almış, 5-6 ay sonra tanımadığı bir nəfər şəxs onun evinə gələrək evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu demiş, o, mübahisələrini Elçinlə həll etmələrini həmin şəxsə tövsiyyə etmişdir. -Qərardan daha sonra müəyyən olunur ki, izahatı alınmış Nəcəfov X14 rayonu Xırdalan şəhərində ev alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. 2016-cı ilin mart-aprel aylarında Seymur adlı şəxsin torpaq sahəsi satdığını eşidib ona yaxınlaşmış, Seymur Xırdalan şəhəri Quşçuluq massivi 7-ci küçədə yerləşən 2 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boş qalan hissəsini satmaq istədiyini ona bildirmişdir. Sonra o, Seymurla 55 kv/m torpaq sahəsini 3500 manata ondan satın almağa razılaşmış, torpaq sahəsini aldıqdan sonra orada özünə fərdi yaşayış evi inşa etməyə başlamışdır. Tikinti işləri bitdikdən sonra Seymurun atası Cavabdeh1 torpaq sahəsinə gələrək torpaq sahəsinin və orada olan fərdi yaşayış evinin onun adına olduğunu bildirmiş, ondan torpaq sahəsində əvvəlcədən inşa etdiyi fərdi yaşayış evini satın almaq istəmiş, yaxud evin satılmasında ona köməklik göstərməsini xahiş etmişdir. O, İntiqama kömək edəcəyinə dair söz vermiş, özünə inşa etdiyi və İntiqamın evini satmaq məqsədi ilə 2017-ci ilin yanvar ayında Kamran adlı şəxslə oraya gəlib hər iki evi Kamrana təqdim etmişdir. Kamran onun tikdiyi ev yeni inşa edildiyindən və təmirli olduğundan İntiqamın evini almaq istəməmiş, onun özünün inşa etdiyi evi almaq istədiyini bildirmişdir. Kamranla razılaşıb həmin evi 26500 manata ona satmış, bundan sonra İntiqam onun evinin satıldığını görüb, öz evini də təcili satmağı istəmiş, onun gətirdiyi müştərilər İntiqamın evini təmirsiz və baha olduğuna görə almaq istəməmişlər. Bunu görən İntiqam həmin evi almağı ona təklif etmiş, o, İntiqama evini almaq istəmədiyini, ancaq evin satılmasında kömək edə biləcəyini bildirmiş, bundan sonra İntiqam evinin satılmadığını görüb ondan şikayət etmək qərarına gəlmişdir. -Qərardan daha sonra müəyyən olunur ki, izahatı alınmış Əliyev X6 rayonu Xırdalan şəhəri Quşçuluq massivində atası Cavabdeh1 adına DƏDRX tərəfindən verilmiş çıxarış sənədinə əsasən 0,006 ha torpaq sahələrinin və həmin torpaq sahəsində fərdi yaşayış evlərinin olduğunu bildirmişdir. Atası Cavabdeh1 xəstəliyi ilə əlaqədar həmin evi və torpaq sahəsini satmaq qərarına gəlmiş, torpaq sahəsini 3200 manata, orada yerləşən evi isə 32000 manata satmağı ona bildirmiş, o, bu məqsədlə Elçin adlı ev-alqı satısı ilə məşğul olan şəxslə tanış olmuş və 65 kv/m boş torpaq sahəsini Elçinə 3200 manata satmağa razılaşmışdır. Elçin evi də satmaqda onlara kömək edəcəyinə söz vermiş, Elçindən aldığı 3200 manat pulun hamısını atası İntiqama vermiş, evin pulunu isə ev satılandan sonra verəcəyini atasına bildirmişdir. Sonra Elçin ondan aldığı torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və həmin evi Kamran adlı şəxsə 26500 manata satmış, atası İntiqam isə evlərinin satılmadığını görüb Elçinin onları aldatması və evi qəsdən satmaq istəməməsi qənaətinə gəlib Elçindən şikayət etmişdir. -Qərardan daha sonra müəyyən olunur ki, Cavabdeh1 Mirzəhəsən oğlunun torpaq sahəsinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, müvafiq protokol tərtib edilərək materiala əlavə edilmişdir. -Qərardan daha sonra müəyyən olunur ki, beləliklə, Cavabdeh1 müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 atası Cavabdeh1 ilə razılığa gəldikdən sonra ünvan 2 ünvanında yerləşən sonuncunun adına olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boş qalan hissəsini 3300 manata İddiaçı satmış, İddiaçı isə həmin torpaq sahəsində 2 otaqlı fərdi yaşayış evi inşa edərək həmin evi X5 26500 manata satmışdır. İddiaçı Cavabdeh1 onun fərdi yaşayış evini satmaqda köməklik edəcəyinə söz versə də vədinə əməl etməmiş, bunun səbəbini Cavabdeh1 evinin təmirsiz və baha olması ilə əlaqələndirmişdir. Aparılmış araşdırma zamanı hansısa şəxsin əməlində cinayət tərkibi aşkar edilməmişdir. Odur ki, material üzrə cinayət işinin başlanması rədd edilməli, tərəflər arasında qabaqlayıcı profilaktik söhbətlər aparmaq məqsədi ilə qərarın surəti aidiyyəti üzrə göndərilməli, Cavabdeh1 İddiaçı qarşı olan tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilməlidir. -Abşeron Rayon Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(012)-819/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 Mirzəhəsən oğlunun cavabdeh İddiaçı qarşı özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(105)-114/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(012)-819/2018 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 7-ci küçə 6-cı dalan 7 saylı evin həyətində 0.0064 ha torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən qeyri-qanuni tikilmiş evin onun hesabına sökülməsi və torpaq sahəsinin cavabdeh İddiaçı hesabına ilkin vəziyyətə gətirilərək iddiaçı Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.04.2021-ci il tarixli 10/4081 saylı rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 7-ci küçədə yerləşən 55 kv.m torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin tikintisinə (tikinti materiallarının daşınma xərcləri, fəhlə əməyinin haqqı və s.) çəkilmiş xərclərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 19851,0 manat məbləğində müəyyən olunur. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrıayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. -Rəydən daha sonra görünür ki, tədqiqat Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 7-ci küçədə yerləşən 55 kv.m torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evi üzrə aparılır. Tədqiqat obyektinə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Baxış zamanı tədqiq olunan yaşayış evinin ölçüləri və sahəsi aşağıdakı kimi müəyyən olunur; 1 saylı dəhliz-mətbəxin sahəsi 9,25 m2 (0,8x2,2m+2,0x2,7m+1,1x1,9m), 2 saylı yaşayış otağının sahəsi 13.0 m2 (3,1x4,2m), 3 saylı yaşayış otağının sahəsi 9,6 m2 (2,0x4,8m), 4 saylı hamamın-ayaqyolunun sahəsi 2.0 m2 (1,0x2,0m) Cəmi: 33,85. Baxış keçirilən zamanı yaşayış evinin bünövrəsi armaturla toxunaraq beton tökülmüş, 1,0 m hündürlükdə kürsü, xarici divarları 40 sm qalınlığında, daxili divarları 20 sm qalınlığında mişar daşı ilə hörülmüş, xaricdən və daxildən suvanmışdır. Yaşayış evinin divarlarına şpaklyovka çəkilərək, divarları divar kağızı ilə üzlənmişdir. Tavanın altı profillə yığılaraq, üzərinə alçipan, penaplas künclük vurularaq, şpaklyovka çəkilmiş və boya ilə rənglənmişdir. Döşəmənin altı taxta atmalar ilə yığılaraq, döşəmə üçün taxta vurularaq üzəri cilalanaraq laklanmışdır. Hamam-ayaqyolunun divarları kafellə üzlənmiş, döşəməsinə metlax, tavanına asma-tavan vurulmuşdur. Plastmas pəncərəaltı quraşdırılmışdır. Qapıları şpon materialından, pəncərələri və qapısı plastik materialından quraşdırılmışdır. Yaşayış evinə elektrik xətti, su-kanalizasiya xətləri və kombi sistemi çəkilmiş, radiator (metralıq) quraşdırılmışdır. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin dəyərini müəyyən etmək məqsədilə hal-hazırki bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuşdur. Cəmi manatla 19851,0. Aparılan hesablamalar nəticəsində tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 19851,0 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, aparılmış tədqiqatla, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 7-ci küçədə yerləşən 55 kv.m torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin tikintisinə (tikinti materiallarının daşınma xərcləri, fəhlə əməyinin haqqı və s.) çəkilmiş xərclərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 19851,0 manat məbləğində müəyyən olunur. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. -Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -20.09.2018-ci il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəcəfov X14 rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 3-cü küçə, dalan 1, 27 saylı evdə qeydiyyatdadır. -07.03.2007-ci il tarixli AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X2 rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 7-ci küçə, dalan 6, 7 saylı evdə qeydiyyatdadır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında torpaq alqısatqısı barədə şifahi razılaşma olmuş, iddiaçı cavabdehə 3200 manat verilməsi müqabilində 55 kv torpaq sahəsini almış və sonra orada fərdi yaşayış evi tikdirmişdir. Daha sonra digər Cavabdeh1 həmin torpaq sahəsinin onun adında olduğunu bildirmiş iddiaçı ilə şifahi razılaşma əsasında belə qərara gəlmişlər ki, iddiaçı alqı-satqı işləri ilə məşğul olduğundan yeni tikdirdiyi evlə bərabər Cavabdeh1 məxsus olan ev və torpaq sahəsini satacaqdır. Lakin iddiaçı tərəfindən gətirilən müştərilər Cavabdeh1 məxsus ev köhnə olduğundan evi almaqdan imtina etmiş, yeni tikilən evi almaq istəmişlər. İddiaçı tərəfindn yeni tikilmiş ev satılmışdır. Bu səbəbdən Cavabdeh1 iddiaçıdan Abşeron rayon Polis İdarəsinə şikayət etmiş, iş araşdırılaraq cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Cavabdeh1 özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair Məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən iddia təmin edilmişdir. İddiaçı isə cavabdehin qanunsuz hərəkətləri nəticəsində evə xərclədiyi pul məbləğindən məhrum olduğunu, daimi olaraq əsəb, gərginlik, stress keçirtdiyini əsas gətirərərək, ona vurulmuş xeyli miqdarda maddi və mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə); 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflərin izahatından, tədqiq edilmiş sübutlardan, işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında şifahi razılaşma olmuş həmin razılaşma əsasında iddiaçı cavabdehlərə məxsus ev və torpaq sahəsinin satılması üçün orada yeni ev inşa etdirmişdir. Tərəflər arasında olan razılaşma cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardakı tərəflərin izahatında da öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh məhkəmədə verdiyi izahatda torpağın satılmasından, evin tikilməsindən xəbəri olmadığını bildirsə də, onunla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə hesab edir ki, cavabdeh izahatında səmimi deyildir. Belə ki, cavabdehin oğlu Cavabdeh2 Polis İdarəsində verdiyi izahatda torpağın satılması və eyni zamanda orada evin inşa olması barədə məlumatları atası Cavabdeh1 bildirdiyini göstərmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, evin inşa edilməsi qısa müddət ərzində deyil, xeyli müddətə başa gəldiyindən Cavabdeh1 bu barədə xəbərsiz olması inandırıcı deyildir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 iddiaçının ona məxsus torpaq sahəsinin almasından və orada ev tikdirməsindən xəbəri olmuş, sadəcə olaraq ona məxsus torpaq sahəsi və ev iddiaçı tərəfindən satıla bilinmədiyindən aidiyyəti orqanlara şikayət etmişdir. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(105)- 114/2020 saylı qətnaməsinə əsasən iddiaçının Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 7-ci küçə 6-cı dalan 7 saylı evin həyətində 0.0064 ha torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən qeyri-qanuni tikilmiş evin onun hesabına sökülməsi və torpaq sahəsinin cavabdeh İddiaçı hesabına ilkin vəziyyətə gətirilərək iddiaçı Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin qətnaməsi icra olunsa belə işin araşdırılan hallarından təsdiq olunur ki, cavabdehlərlə iddiaçı arasında torpaq alqı-satqısı olmuş və iddiaçı cavabdehlərin razılığı ilə orada ev inşa etdirmişdir. Ona görə də, iddiaçı maddi ziyanın ödənilməsi tələbində haqlıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci mаddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən зıxmış fаydа) bаşа düşülür. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Real zərərin müəyyən edilməsi üçün məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyindən görünür ki, iddiaçı tərəfindən Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 7-ci küçədə yerləşən 55 kv.m torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin tikintisinə (tikinti materiallarının daşınma xərcləri, fəhlə əməyinin haqqı və s.) çəkilmiş xərclərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 19851,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən ekspert rəyini tədqiq edib, əsaslı hesab edərək sübut kimi qəbul edir və hesab edir ki, ekspert rəyində hesablanmış 19851,0 manat məbləği obyektiv, əsaslı və işin hallarına uyğun olduğundan həmin məbləğ maddi ziyan məbləği kimi götürülməlidir. Mülki Məcəllənin; 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verib, qanun göstərilən normalarını əsas gətirərək hesab edir ki, cavabdehlərin iddiaçıya vurmuş olduğu maddi ziyan sübut olunduğundan iddianın maddi ziyan hissəsi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada maddi ziyana görə 19851,0 manat tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Mülki Prosessual Məcəllənin ; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmiş, həmçinin ekspertiza tədqiqatlarının dəyəri üçün 100 (yüz) manat məbləğ müəyyən edilmişdir. İddiaçı iddia tələbində ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehdən tələb etmədiyi üçün həmin rüsum iddiaçıya aid edilməli, iddianın təmin olunmasına münasib olaraq 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri müvafiq ekspertiza aparan təşkilatın xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X7 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəlləsinin; 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19851 (on doqquz min səkkiz yüz əlli bir) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-431/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-431/2021
02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver